Страницы

07.06.2021

Valeri Korovinə dostluq göndərdim, həmin saniyə qəbul etdi, amma Tofiq Zülfüqarova 6 aydır dostluq göndərmişəm, qəbul etmir

Nadir Qocabəyli

Ən zəif yerim intellektdir. İntellektual adam düşmənim də olsa, ona bağlanıram...
Amma bir iş də var ki, vaxtilə intellektual saydıqlarımın çoxusu sonradan gözümdən düşür...
Çünki yaxından bələd olduqdan sonra ya düşündüyüm qədər olmadıqlarını görürəm, ya da şəxsiyyətlərinin qüsurlu olduğunu...
Yazılarında, əsələrində bizə böyük görünən insanlar bəzən şəxsi təmaslarda özlərini doğrultmurlar.
Ən çox hörmət etdiyim insan yaxşı cümlə quran, etikadan kənara çıxmayan və səmimi olandır. Bu üçünün bir-birini tamamlaması nadir haldır, amma olur...
Mənim intellektual dəlilərdən xüsusilə xoşum gəlir, çünki onların təhqiri və söyüşü belə, istedadlı, duzlu, səmimi olur. Dəlilik ümumiyyətlə daha çox müsbət anlayışdır. Bizim ənənədə dəli ayaması verilənlərin hamısı müsbət qəhrəmanlardır: Dəli Domdul, Dəli Həsən və s.
Həmişə demişəm və bu gün də fikrimdə qalıram: Azərbaycanı dəli bir adam xilas edəcək. Çünki onu ağılla dərk etmək çox çətindir. Deyəsən, bu sözü kimsə Rusiya haqqında da deyib...
Rusiya dedim, ruslar yadıma düşdü. Ruslarda qiymətləndirdiyim ən üstün keyfiyyət ümumən bizdən daha savadlı, daha untellektual, daha səmimi, daha dürüst və daha sadə olmalarıdır. Avrasiya Birliyinin sədr müavini, son dərəcə intellektual şəxs Валерий Коровинə dostluq göndərdim, həmin saniyə qəbul etdi. Bu məni o adama dərhal bağladı, hörmətimi birə-on artırdı. Həm intellektual, həm də səmimi.
Amma Tofiq Zülfüqarova 6 aydır dostluq göndərmişəm, qəbul etmir. Guya ki, dostluğunda olanlar məndən artıqdır. Onu da intellektual sayırdım. Həm də metisdir, deyəsən, bir tərəfi avropalıdır, düşündüm ki, bizə nisbətən daha mədəni, tolerant olar. Odur ki, dostluğumu geri çəkmirdim. Amma son açıqlamalarında qatı atlantist olduğu açıq-aydın görünür.
Yəqin, mərhum Heydər Əliyev onu elə buna görə işdən çıxarıbmış.
Məni qəbul etməməsinin səbəbi də bu olmalıdır. Bu gün dostluğumu geri çəkəcəyəm.
Tofiq məni oxumaq istəmirsə, mənim də ondan ötəri gözüm atmır.
Hər şey qarşılıqlıdır...

Комментариев нет:

Отправить комментарий