Страницы

02.06.2021

Əxlaqi dəyərləri üstün tutan cəmiyyət mümkün olan bütün vasitələrlə buna etiraz etməlidir

Hər nə qədər "gənclərin istirahət və əyləncə mərkəzi" kimi təqdim edilsə də, barlar, diskotekalar həmişə bir çox cinayətlər üçün, xüsusən də, fuhuş və narkotik üçün zəmin yaradıb. Bu, belə demək mümkünsə, qaçılmazdır. Müasir quldarlar (kapitalistlər) bunu çox gözəl bildikləri üçün müxtəlif adlar altında mütəmadi şəkildə bunun təbliğatını aparırlar. İstəkləri budur ki, bütün cəmiyyətlərdə barlar, diskotekalar fəaliyyət göstərsin. Göstərsin ki, gəncləri istirahət, əyləncə adı altında fuhuşa, narkotikə cəlb edə bilsinlər, mənəviyyatsız cəmiyyət formalaşdıra bilsinlər. Beləcə insanları özlərindən asılı vəziyyətə salsınlar.
Barların, diskotekaların fəaliyyətinə münasibət müxtəlif cəmiyyətlərdə müxtəlif cürdür. Bu cəmiyyətləri ümumiləşdirib əsasən 3 yerə bölmək olar:
1. Buna normal və hərtərəfli yanaşan cəmiyyət. Bu anormal cəmiyyətdir. 
2. Buna normal, amma təktərəfli yanaşan cəmiyyət. Bu da anormal cəmiyyətdir. 
3. Buna heç bir halda normal yanaşmayan cəmiyyət. Bu, normal cəmiyyətdir.
Birinci növ cəmiyyət adətən Avropa ölkələrindədir. Onlar diskotekaların, barların fəaliyyətinə həm normal, həm də hərtərəfli yanaşırlar. Belə ki, əgər diskotekalarda, barlarda əks cinsin nümayəndələri ilə əylənməyi və münasibət qurmağı normal hesab edirlərsə, bunu öz yaxınları üçün də normal hesab edirlər. Yəni, məsələ təktərəfli deyil. Belə bir cəmiyyətdə fitnə-fəsad bir deyil, iki deyil, "N" qədərdir. 
İkinci növ cəmiyyət isə adətən bəzi müsəlman və şərq ölkələrindədir. Belə cəmiyyətlərdəki kişi cinsinin nümayəndələri olan bəzi şəxslər diskotekalarda, barlarda əks cinsin nümayəndələri ilə əylənməyi və münasibət qurmağı normal hesab edirlər, amma, bunu öz yaxınlarını üçün normal hesab etmirlər, özlərinə və yaxınlarına bunu sığışdırmırlar. Yəni, məsələ təktərəflidir. 
Elə isə sual meydana çıxır: Əgər kişi cinsinin nümayəndəsi olan bir şəxs diskotekada, barda qadın cinsinin nümayəndələri ilə əylənməyi normal hesab edirsə, bunu niyə öz yaxınları üçün normal hesab etmir? Etmir, çünki bunu haqlı olaraq namus-qeyrət məsələsi kimi görür. 
Əgər bunu namussuzluq hesab edirsə, niyə yaxını olmayan başqa qadınların bu namussuzluğu etməsinə razıdır? Belə çıxır ki, öz nəfsinə sərf etdiyi üçün başqasının namussuzluğu ilə əylənməyi düzgün hesab edir. 
Bir başqa sual da budur: Yaxşı, bəs o barlardakı, diskotekalardakı qadınlar kimlərdən "seçilməlidir"? Yetim və kimsəsiz qızlardan? Əslində psixologiyanın alt qatlarında olan elə budur. Bu cür insanları görəndə "elə bil yiyəsi yoxdur" kimi fikirlər səsləndirilir. Deməli, yiyəsi varsa edə bilməz, yiyəsi yoxdursa özbaşına buraxılmalıdır?  
Əlbəttə, əxlaqsızlıq edən hər şəraitdə bunu edəcək. Amma, mühim olan cəmiyyətin məsələyə necə yanaşmasıdır. Əxlaqi dəyərləri üstün tutan cəmiyyət mümkün olan bütün vasitələrlə buna etiraz etməli, qarşısını almağa, mane olmağa çalışmalıdır. 
Üçüncü növ cəmiyyət isə bunu normal hesab etməyən normal cəmiyyətdir. Belə cəmiyyətlərdə sadalanan problemlər, ictimai fitnə-fəsadlar rəvac tapmır.
Bir şəxs məsələyə öz prizmasından baxanda bu, sadəcə "əyləncə" kimi görünə bilər, amma məsələyə geniş aspektdən nəzərə saldıqda məlum olur ki, əyləncə deyil, əməlli-başlı fitnə-fəsaddır...

Nicat Səfərov

Комментариев нет:

Отправить комментарий