Страницы

14.07.2021

AZƏRBAYCAN XALQINA MÜRACİƏT: AZƏRBAYCANIN VƏ RUSİYANIN ÜMUMİ DÜŞMƏNİ VAR — ABŞ

Valeri Korovin

Biz böyük dövlətin süqutunu yaşadıq ki, Cənubi Qafqazda problemlərin yaranması və Rusiyanın qeyri-müəyyənliyə və çaşqınlığa qərq olması ilə nəticələndi. Yaxşı xatırlayırıq ki, bir çox postsovet respublikaları necə böyük həvəslə Qərbin ağuşuna can atdılar, böyük ümidlər içində Amerika və Avropa ilə əlaqələr qurmağa başladılar. Və əlbəttə ki bu ümidlərin necə puç olmasının da şahidi olduq.
Azərbaycan da öz təcrübəsində Avropanın və Amerikanın nə olduğunu sınaqdan keçirmişdir. Amerikanın necə bir qəddarlıqla və kobudluqla nəinki öz düşmənlərinin, o cümlədən neytral qüvvələrin, hətta onu özünə dost sayanların da öhdəsindən gəldiyini biz hamımız görürük. Yaxın Şərqə baxmaq kifayətdir ki, amerikanyönümlü rejimlərin bir-birinin ardınca necə çökdüyünün, Misirdə Mübarək rejiminin necə yıxıldığının, Qəddafinin qollarının necə burularaq amerikanyönümlü terrorçulara şırğalanmağa verildiyinin, Əsədlə necə əvvəl sakit ticarət qurub, qarşılıqlı ünsiyyət yaradıb, sonra üstünə İŞİD orduları göndərmələrinin şahidi olaq. Yəni Qərb üçün özündən başqa heç bir müttəfiq yoxdur, müqəddəs heç nə yoxdur, heç bir razılaşma və öhdəlik də vecinə deyil. Qərblə əlaqələr — həmin ölkənin müstəqilliyinin itirilməsi ilə nəticələnir, ölkəni xaosa qərq edir və məhvə sürükləyir. Qərbə dövlətlərdən maksimum lazım olan şey, xüsusən də postsovet respublikalarından istədiyi- ərazilərində ABŞ və NATO hərbi bazaları qurmaqdır. Tabe olanları da tabe olmayanlarla birgə ətçəkənə verirlər.
Başa düşmək lazımdır ki, Azərbaycan da bu taledən yan keçməyib və Qərblə təmasını davam etdirərsə, əvvəl-axır öz müstəqilliyini itirirək dediyimiz alqoritm üzrə məhvə yuvarlanacaq. Azərbaycan da eyni alqoritm üzrə Ermənistanda baş verən amerikanyönümlü maydan inqilabı ilə üzləşəcək və fəlakətlərə düçar olacaq.
Ermənistan Rusiyanın strateji müttəfiqi sayılmaqla iyirmi ildən çox idi ki, amerikan və Qərb strateqlərinin boğazında sümük kimi qalmışdı. Nəticədə biz nə gördük? Eyni ssenari, eyni alqoritm işə salındı, Qərb polittexnoloqlarının yazdığı eyni metodlarla Yerevanda da Ukraynada, Gürcüstanda və digər postsovet respublikalarında müşahidə etdiyimiz maydan həyata keçirildi. Amerikanlar praqmatik adamlardır və “it works” prinsipi ilə hərəkət edirlər. Yəni əgər hansısa metod işləyirsə, demək ondan istifadə etmək gərəkdir. Və bizi inandırmaq lazım deyil ki, bəs bu Ermənistanda xüsusi hadisədir, bəs bu maydan deyil, sadəcə xalq korrupsioner hakimiyyətə qarşı qalxmışdır – Paşinyanın indiki hökumətində oturanların siyahısına baxan kimi anlamaq olur ki, bütün bu söhbətlər cəfəngiyyatdır. Ermənistanda sırf maydan həyata keçirilmişdir – sadəcə istənilən ölkədə rast gəlinən neqativ enerji yenə Qərbin və ABŞ-ın maraqları çərçivəsində qanuni hakimiyyətin devrilməsinə yönəldilmişdir. Burda heç bir eksklüzivlik, heç bir xüsusilik yoxdur.
Bunları, xüsusən də Gürcüstanın çoxdan amerikanlar tərəfindən ələ keçirildiyini anlayarkən, –orda amerikan hərbi bazaları, NATO hazırlıq mərkəzləri yerləşib, gürcü elitalarının rusofob ritorikası isə hakimiyyətdə kimin olmasından asılı olmayaraq fontan vurmaqdadır,– biz belə bir məntiqi nəticəyə gəlirik ki, Azərbaycan bu gün Cənubi Qafqazda Rusiyanın yeganə müttəfiqi olaraq qalır. Fakt belədir. Bir az əvvəl belə deyildi, amma indi Azərbaycanla Rusiyanın ən dayanıqlı, özü də strateji münasibətləri qurulub. Ermənistandakı maydanı və Gürcüstanın Qərb tərəfindən çoxdan ələ keçirilməsini nəzərə alsaq, demək olar ki Azərbaycan Qafqaz respublikaları arasında Rusiyanın yeganə dostudur.
Burdan nə nəticə hasil olur? Şübhəsiz ki, həm Rusiya, həm də bütün postsovet ölkələri, o cümlədən də Azərbaycan üçün təhlükəsizlik məsələsi ön yerdədir. Əsas təhlükə mənbəyi isə ölkələri bir-birinin ardınca suverinlikdən məhrum edən, fəlakətlərlə üz-üzə qoyan ABŞ-dır. Məhz ABŞ rəngli inqilablar törədir, maydanlar qurur, ölkələri bir-birinin ardınca öz strateji nəzarəti altına salır və suverenlikdən məhrum edir. O cümlədən Qərbdə yaradılmış, dövlətçilikləri məhv etmək üçün sırf əldəqayırma texnololoji maşın olan İŞİD kimi beynəlxalq terrorizmin qollarını işə salaraq öz istədiyini həyata keçirir. Suriyada açıq-aydın şəkildə ortalığa çıxdı ki, İŞİD kimi terrorçu təşkilatlar Qərb maraqlarında fəaliyyət göstərən əldəqayırma texnoloji instrumentdir. Bu instrument Qərb, ABŞ və NATO-ya xoşgörünüşlü bəhanə verir ki, istənilən dövlətin işinə qarışınlar, istənilən regiona dürtülsünlər, istənilən məkanı dağıtsınlar, istənilən xalqı xaosa, qan-qadaya və qətliama qərq etsinlər.
Beləliklə, müasir dünya və müasir dövlətlər üçün 2 əsas təhlükə faktoru var: ABŞ və ABŞ-ın doğurduğu beynəlxalq terrorizm. Bu təhlükələrə qarşı effektiv mübarizə apara biləcək yeganə güc – Rusiyadır. Biz bunun Suriyada şahidi olduq. İŞİD kimi beynəlxalq terror təşkilatları istənilən ölkəni çökürtmək iqtidarındadır. Arxasında böyük qüvvələrin durduğu belə təşkilatların qarşısını heç kəs ala bilməz. Əgər Allah eləməmiş, bir anlığa İŞİD-in terrorçu şəbəkələrinin Azərbaycan ərazisinə girməsini təsəvvür etsək, çox dəhşətli nəticələr olardı. Qarabağ probleminin yaratdığı fəsadlar bununla müqayisədə cüzi olardı. Suriya nümunəsi göz önündədir.
Ona görə də Rusiya ilə müttəfiqlik, strateji, hərbi-strateji əlaqələr həyati vacib məsələlərdir. Əlbəttə çoxvektorlu siyasət həyata keçirərək regionda hamı ilə müttəfiqlik münasibətləri qurmaq olar, amma geopolitik nöqteyi-nəzərdən heç bir ikimənalılıq ola bilməz. Geopolitik seçim ciddi şəkildə birmənalı olmalıdır: ya atlantik geopolitik seçim və ABŞ və Avropaya yönlənmək (Avropa özü də ABŞ-ın nəzarəti altındadır və hazırkı durumu ilə amerikan koloniyasını xatırladır), ya da avrasiyaçı geopolitika, avrasiyaçı seçim və Rusiya ilə qarşılıqlı əlaqə.
Geopolitika kimi ciddi məsələlərdə ikimənalılıq qətiyyən ola bilməz. Rusiya və Türkiyə arasında qarşılıqlı əlaqənin interfeysi olmaqla məhz azərbaycanlılar həm türklərlə, həm də ruslarla gözəl anlaşırlar ki, bu da Moskva ilə Ankaranın yaxınlaşmasına unikal imkan verir. Rusiya ilə Türkiyənin yaxınlaşmasında məhz Azərbaycanın rolu həlledicidir. Azərbaycanlılar həm də Rusiya ilə İranın qarşılıqlı anlaşma yaratmasının interfeysidirlər. Və bu çoxvektorluluq – Azərbaycanın əsas kozırıdır.
Qərb Qafqazda özünün koloniya prinsipini həyata keçirir və təbii resursları sümürüb aparır. Rusiya isə Qərbə qarşı dayanmaqla regionu təhdirlərdən qoruyur. Azərbaycanlılar başa düşməlidirlər ki, Qərb sümürücülüklə məşğul olur, Rusiya isə çiçəklənmə gətirir. Tarixən belə olub, belə də olacaq.
Qərbin idarə etdiyi mətbuatda gedən məişət söhbətlərinə fikir verməmək, məsələlərə sivil mövqedən yanaşmaq lazımdır. Qafqazda destabilizasiya mənbəyinin əslində nə olduğunu, ölkənin və xalqın gələcəyi üçün hansı layihənin daha tutarlı və səmərəli olduğunu anlamaq gərəkdir.
Avrasiya Birliyi, ya NATO? Seçim budur. İnsanın ənənələrə bağlı insan olmaqdan çıxıb postinsana çevrilməsini nəzərdə tutan Qərbə inteqrasiya Azərbaycan xalqına lazımdırmı? Fikirləşin və öz seçiminizi edin. Xaos və dağıntı gətirəcək təhdidləri müəyyənləşdirmək zamanıdır. Dediyimiz kimi, heç bir postsovet dövləti ayrı-ayrılıqda ABŞ-ın dünyada qurduğu terrorçu şəbəkələrin öhdəsindən gəlməyə qadir deyil. ABŞ-ın və onun yaratdığı terrorun öhdəsindən gəlməyə yalnız Rusiya qadirdir.
Bir daha təkrarlayırıq ki, geopolitik nöqteyi-nəzərdən heç bir ikimənalılıq ola bilməz. Ya Rusiya iləsən, ya da Qərblə!
Ya Avrasiya inteqrasiyası proyektləri çərçivəsində stabillik və təhlükəsizlik qazan, ya da təhlükə və amerikan ssenarisi üzrə suverenliyini itirmək növbəni gözlə!
Mən Azərbaycan xalqını avrasiyaçı geopolitik seçimə daha çox üstünlük verməyə çağırıram. Xalqlarımız regionda təhlükəsizliyi təmin etmək üçün bir-biri ilə əl-ələ verməlidirlər.
Hər iki ölkə rəhbərinin müdrik və uzaqgörən siyasəti Rus və Azərbaycan xalqlarının təhlükəsizliyində mühüm rol oynayır və müştərək gələcəyimizin qurulmasına böyük yol açır.

Комментариев нет:

Отправить комментарий