Страницы

14.07.2021

Rusiyalı siyasətçi Zəngəzur məsələsi ilə bağlı Azərbaycanı müdafiə etdi

Leonid Kalaşnikov: Ermənistan Azərbaycanla aramızda olan münasibətləri korlamaq istəyir

Rusiya Dövlət Dumasının MDB ölkələri ilə iş, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə komitəsinin sədri Leonid Kalaşnikov "Svobodnaya Pressa" dərgisinə müsahibəsində Cənubi Qafqazda və Orta Asiyada mövcud olan hərbi-siyasi gərginliklə bağlı suallara cavab verib. 
Jurnalistin bir müddət  əvvəl Ermənistanın və Qırğızıstanın KTMT-dən rəsmi kömək istəməsinə baxmayaraq, bu təşkilatın həmin ölkələrə kömək etməkdən imtina etməsi barədə xatırladaraq yenidən bu təşkilatın Talibana qarşı mübarizədə hansı mövqeyi tutacağı barədə suala belə cavab vermişdir:
"Nə Ermənistanda, nə də Qırğızıstanda sərhəd pozuntusu olmamışdı. Ermənilərlə bu vəziyyətin yaranmasına səbəb azərbaycanlıların 2 kilometr "qırmızı xəttə" daxil olması olmuşdu. Və rəsmi İrəvan "KTMT! Kömək edin!" deyə hay-həşir qaldırmışdı. Mən Ermənistandan olan nümayəndə heyəti ilə danışdım və birbaşa soruşdum: "Siz heç delimitasiyanın nə olduğunu bilirsiz? Delimitasiya o deməkdir ki, məsələn, Rusiya 40 ildir -bundan öncə SSRİ- Norveçlə danışıqlar aparır. Və yaxud da biz Çin ilə Amur çayındakı hər ada üçün uzun müddət danışıqlar aparmışıq. Siz isə Azərbaycanla heç diplomatik əlaqələr yaratmırsınız!" Delimitasiya danışıqlar predmetidir, 2 kilometr sərhədd uğrunda müharibəyə başlamaq demək deyil! Rəsmi irəvanın KTMT-yə müraciəti hansı məqsədi güdür? Son zamanlar Bakı ilə aramızda yaranmış isti münasibətləri korlamaq üçünmü?! Belə məsələləri hərbi güc yolu ilə həll etmək, Rusiyanın hərbi gücü hesabına həll etmək alınmaz. KTMT bunun üçün yaradılmayıb!"

demotiya.com

Комментариев нет:

Отправить комментарий