Страницы

11.07.2021

Sosial şəbəkələrdə yağışdan sonra göbələk kimi artan bolitoloxlarımıza


Zöhrə İsmayılova

Azərbaycan kütləvi informasiya vasitələrində və sosial şəbəkələrində Rusiya, ABŞ və Fransa nümayəndə heyətlərinin Prezident İlham Əliyevin onları Şuşaya dəvətinə gəlməmələri partapart və qızğın müzakirə edilir.
Bayaq xəbər paylaşıblar ki, Rusiyanın nümayəndə heyəti niyə Şuşaya getməyib. Məni də tag ediblər.
Oxuyan kimi tez Putini yığdım ki, deyim bu nə özbaşınalıqdır? Olmaz belə şey axı, ay balam! Bizim şəbəkə bolitoloxlarımızı yenə nöş hövsələdən çıxarmısınız? Nə istəyirsiniz bu yazıqların canından?
Qorxusundan telefona cavab vermədi.
Yanındakı adam dedi ki, gördü zəng edən sizsiniz, qorxusundan əsirdi. Bir azdan zəng edərsiniz.
Kakraz mən də əlimdə xalça yuyuram, əlimdə işim var. Dedim yuyum, bitirim. Cay içməyə oturanda yenə yığaram, görüm nə məsələdir.
Sözüm ondadır ki, maşallah, sosial şəbəkələr yaranandan gündəlik analitik, qlobal politoloq, hərşeyşünas ekspert və dejurnı filosoflarımızın sayı yağışdan sonra göbələk kimi artıb.
İndi isə həmin “ittihamlara” Turan ekspess teleqram kanalımızda verdiyimiz cavabı sizə təqdim edirəm ki, konkret olsun, bəzi tərəflərdən hali olasınız ki, hərşeyşünas analitiklərimizin dəminə getməyəsiniz.
Bu halın hiddət doğurması başa düşüləndir. Amma Moskvanın, Vaşinqtonun və Parisin də aşkar və bəraətverici motivləri var.
—Kremlin rəsmi mövqeyi münaqişə zonasında gərginliyin azaldılmasından ibarətdir. Belə bir tədbirdə iştirak etmək Ermənistanla münasibətlərdə rezonans doğuran bilər.
—ABŞ Türkiyə ilə olan fikir ayrılıqlarına görə onun müttəfiqi olan Azərbaycana dəstək jestindən yayınır.
—Fransa ilə vəziyyət aydındır. Ermənistanı açıq-aşkar dəstəkləyən bir ölkənin Azərbaycanın öz mövqeyini möhkəmlətmək üçün təşkil etdiyi tədbirdə iştirak etməsini gözləmək sadəlövhlük olardı.
Daha bir müzakirə olunan və “qınanan” hadisə isə terror təşkilatı sayılan Taliban üzvlərinin Moskvada təmtəraqla qarşılanması və onlarla danışıqlar aparılmasıdır.
—Bu siyasətdir. Sizin başa düşdüyünüz, Azərbaycanda xodda olan çalarda yox, real siyasət. Əfqanıstanda hadisələr elə şəkil alıb ki, regionda milyonlarla insanın taleyi həll olunur. Rusiyanı bu görüşə görə qınamaq da olar, amma qan tökülməsin deyə terrorçuyla danışıq da aparmaq, lap ona yeyib içmək də vermək olar.
—Bəlkə sizə ABŞ dövlət xadimlərinin Yaxın Şərqdə terror təşkilatları sayılan (elə onların özlərinin terrorçu elan etdikləri!) qruplaşmaların liderləri ilə görüşməsini və qucaqlamasını əks etdirən şəkillər göstərək? Yoxsa həmişə olduğu kimi: “ABŞ-a mojnadu”?!
—Onları terrorçu təşkilatlar ona görə elan etməyiblər ki, heç kəs onlarla görüşməsin, ona görə elan ediblər ki, heç kəs onlara maliyyə dəstəyi və digər dəstəklər verməsin, onlar bu və ya digər ölkənin ərazisində fəaliyyət göstərə bilməsinlər.
—Sudan ABŞ tərəfindən beynəlxalq terrorizmi dəstəkləyən ölkə elan olunub. Məgər amerikanlar Sudan ilə əlaqələrini dayandırıblar, ya hansısa cür pozublar?
Allah hamınıza əcr versin.

Комментариев нет:

Отправить комментарий