Страницы

11.07.2021

Türkiyənin Konstitusiyası və millətçilik

Gəlin Türkiyənin millətçilik aşıb daşan Anayasasına (Konstitusiyasına) bir nəzər salaq.
Hesab edirik ki, göstərdiyimiz bu maddələrə dəyişikliklər edilməlidir. Türkiyənin müsəlman xalqı üçün yaxşı olardı ki, bu dəyişikliklər baş versin.
Bu Türkiyənin xeyrinə olar.
Amma heç inanmırıq ki bu iş baş verə. Bu - xarab pantürk əqidəsinin qanuniləşdirilmiş formasıdır.
Bir çoxunuz bu mətnləri oxumayıb, heç oxuyanlar da mətnə varmayıb. Bəziləri isə sevinib və susub. Axı bəzilərinin faşizm zatındadır.
Anayasadan aydən olur ki, pantürklərin proqramı elə Türkiyənin Əsas Qanunudur.
Keçək mətnə. Türkiyə çoxmillətli dövlətdir, amma Anayasası preambulada yazır: “Türk Vatanı ve Milletinin ebedi varlığını ve Yüce Türk Devletinin...” Axı belə də yazıla bilərdi: “Türkiye Milletinin ebedi varlığını ve Yüce Türkiye Devletinin...” Elə yazmırlar, yazırlar ki bu dövlət ancaq Türk Dövlətidir. Məsələn, İranın Anayasısnda bu kimi yazılar yoxdur. Məsələn belə yazı yoxdur: “Fars Vatanı ve Milletinin ebedi varlığını ve Yüce Fars Devletinin...”
İran Konstitusiyasında ümumiyyətlə iki yerdə fars sözü var. O da ancaq dövlət dili haqqında yazılan yerdə.
Türkiyə Konstitusiyasının preambulasından daha bir neçə misal gətirək: “Millet iradesinin mutlak üstünlüğü, egemenliğin kayıtsız şartsız Türk Milletine ait olduğu...”
Deməli Türkiyədə millət iradəsi ancaq Türk Millətnə aiddir.
Sonra: “Hiçbir faaliyetin Türk milli menfaatlerinin, Türk varlığının, Devleti ve ülkesiyle bölünmezliği esasının, Türklüğün tarihi ve manevi değerlerinin, Atatürk milliyetçiliği...”
Türk varlığı, Türklüyün tarixi və Atatürk millətçiliyi...
Yəni bunlar əqidəsini heç gizlətmirlər. Sadəcə bizim camaat oxumur. Açıq deyirlər ki biz türk millətçisiyik. Nə kürd varlığı, nə zaza varlığı, nə də Türkiyədə yaşayan başqa millətlərin tarixi bunları maraqlandırmır.
Sonra: “Her Türk vatandaşının”... “Topluca Türk vatandaşlarının milli gurur ve iftiharlarda”...
Təsəvvür edin İran Konstitusiyasında yazılsaydı: “Her Fars vatandaşının”...
Nəisə, davam edək: “TÜRK MİLLETİ TARAFINDAN, demokrasiye âşık”...
Ancaq türk milləti tarafından, başqası yox. Türkiyə milləti də demirlər, Türk milləti deyirlər. Məsələn, biz deyirik Azərbaycan xalqı, ya da İran xalqı - yəni orda yaşayanlar. Burda isə ancaq Türk milləti gedir.
Sonra birinci kısımda, Genel esaslarda deyilir: “Madde 6 – Egemenlik, kayıtsız şartsız Milletindir. Türk Milleti, egemenliğini, Anayasanın koyduğu esaslara göre, yetkili organları eliyle kullanır...”
Məsələn İran Konstitusiyasında “Fars millətinin hegemonluğu” deyilən bir şey yoxdur.
“Madde 7 – Yasama yetkisi Türk Milleti adına Türkiye Büyük Millet Meclisinindir”.
“Madde 9 – Yargı yetkisi, Türk Milleti adına bağımsız mahkemelerce kullanılır”.
Baxın, Milli Məclisləri də, məhkəmələri də Türk milləti adınadır. Təsəvvür edin rus milləti adına məhkəmə, ya da fars milləti adına milli məclis ola!
Geçək başqa bölümlərə. Üçüncü bölümdə deyilir: “Madde 41 – Aile, Türk toplumunun temelidir...”
Başqa toplum yoxdur elə bil. Ancaq türk toplumu var.
Anayasa deyil, ay qardaş, elə bir Hitler oturub yazıb bunları.
Ordaca yazılır: “Türkçeden başka hiçbir dil, eğitim ve öğretim kurumlarında Türk vatandaşlarına ana dilleri olarak okutulamaz ve öğretilemez”. Pantürklərin bir cınqırları çıxır ki, niyə belədir?
İran Anayasasında, yəni Konstitusiuasında isə 15-ci maddədə yazılır: “İran xalqının rəsmi müştərək dili və əlifbası farsdır. Sənədlər, məktublaşmalar, rəsmi mətnlər və dərs kitabları bu dil və əlifba ilə olmalıdır. Lakin yerli və etnik dillərin fars dili ilə yanaşı işlənməsi mətbuat, kütləvi informasiya vasitələri və milli ədəbiyyatın məktəblərdə tədrisində azaddır”.
Burda deyilir ki, fars dili “lingva frankadır”, yəni xalqlar arası dildir deyə dövlət dili elan olunur. Müştərək dil, yəni “lingva franka”, xalqlar arası dil.
Məsələn, bir vaxt Dağıstanda xalqlar arası iki dil var idi: Kumık dili və Azərbaycan dili. Şimalı Dağıstanda yaşayan xaqlar bir biri ilə kumık dilində danışırdılar, cənubdakilar isə Azərbaycan dilində. İndi orda linqva franka rus dilidir.
İndi keçək əsas yerə, dördüncü bölüm.
“Madde 66 – Türk Devletine vatandaşlık bağı ile bağlı olan herkes Türktür”.
Yəni istəyirsən qara dərili ol, rus ol, ya da ingilis - Türkiyə vətəndaşı olan kimi türkə çevrilirsən. Deməli, Türkiyədə yaşayan milyonlarda qeyri-türklər hamısı türk elan olunur. Bu da etnosidin bir növüdür. Arpaslan Türkeş demişkən: “Yüce İslam dinin istifade edib, onun yoğurucu qüvvəsindən istifadə edib hepenizi türk yapıcaz”.
Nə isə... İran Anayasasında belə bir şey yazılsaydı, bunların üyəri qopardı.
Məsələn: “Fars Devletine vatandaşlık bağı ile bağlı olan herkes Farsdır”.
Necədi? Amma İranın Əsas Qanununda belə bir axmaq maddə yoxdur.
Türkiyə Konstitusiyasında tapa bilmədiyim maddəni İran Konstitusiyasında tapdım. 19-cu maddədə yazılır: “Hər hansı bir etnosa və yaxud atyafaya aid olan iranlılar eyni hüquqlara malikdir...”
Bu maddə bir çox normal ölkələrin Konstitusiyalarında var. Burda qeyri adi bir şey yoxdur. Amma Türkiyə Konstitusiyasında bu maddə yoxdur.
Hətta mənim gözümdən qaçmış olsa belə, bu maddə orda olsa belə, bu üstdə göstərilən maddələrlə ziddiyət təşkil edir.
Gətirdiyim bu maddələr Türkiyə dövlətinin Əsas və Ən Ali qanunudur, ideologiyasıdır, mahiyətidir.
Orda hətta İslam dini bu ideologiyanıən xidmətinə qoyulub.
Və indiyə kimi bu maddələri dəyişməyiblər.

ar-rad.org

Türkiyə Anayasası: http://www.mevzuat.gov.tr/MevzuatMetin/1.5.2709-20100707.pdf

Комментариев нет:

Отправить комментарий