Страницы

09.08.2021

Cəmil Şirvanov - SSRİ idmanı


Bayaq bir dost ABŞ idmanının ən güclü olduğunu yazmışdı. Mən də bununla razılaşmayaraq ən güclü idman məktəbinin SSRİ-yə məxsus olduğunu yazdım. Və qeyd etdim ki, hətta ölməkdə olan Sovet idman məktəbi siyasi cəhətdən parçalanmış, iqtisadiyyatı məhv edilmiş halda olan kiçik dövlətlərin idman təmsilçiliyi halında olsa belə yenə amerikalıları qabaqlayır. Çünki keçmiş Sovet dövlətlərinin medallarını hesablasaq yenə öndəyik.
Cavabında isə həmin dost bildirdi ki, Qazaxıstan və Azərbaycan kimi ölkələrlə ABŞ-a idmanda rəqib olmaq olmaz və sonda daha da irəli gedərək mənim idmandan heç nə anlamadığımı yazdı.
Əlbəttə, mən idmandan anlamıram və ya çox az anlayıram. Amma mən fikir adamıyam. Fikir yürütmək isə bilik, təhlil tələb edir.
Buna görə də istənilən sahəni araşdırıb ən azından sadə idman azərkeşlərindən daha faydalı fikir yürüdə bilərəm. 
Dediklərimin isbatı kimi 15 dəqiqəlik araşdırma ilə müəyyən etdim ki, həmin dostumun idmanına ağız büzərək adını çəkdiyi Qazaxıstan, Azərbaycan və SSRİ-nin digər "geridə qalmış" ölkələri birlikdə gedib istənilən rəqibə, hətta pul ilə dünyanı ala bilmək iqtidarında olan ABŞ-ın idmançılarına belə qan uddurublar.
Sadə, ümumi bir statistikanı nəzərinizə çatdırıram. SSRİ Yay Olimpiya Oyunlarında ilk dəfə 1952-ci ildə Helsinkidə iştirak edib. 295 idmançı ilə yarışa qatılıb. Möhtəşəm Olimpiya yolu bu ildən başlayır. İndi isə keçək quru, vacib və həm də qürurverici rəqəmlərə:

1952-ci il Helsinki Olimpiadası - 2-ci yer;
1956-cı il Melburn Olimpiadası - 1-ci yer;
1960-cı il Roma olimpiadası - 1-ci yer;
1964-cü il Tokyo olimpiadası -1-ci yer;
1968-ci il Mexiko olimpiadası - 2-ci yer;
1972-ci il Münhen olimpiadası - 1-ci yer;
1976-cı il Monreal olimpiadası - 1-ci yer;
1980-ci il Moskva olimpiadası - 1-ci yer;
1984-cü il Los-Angeles olimpiadası - iştirak etməyib;
1988-ci il Seul olimpiadası - 1-ci yer.

Xatırladaq ki, SSRİ cəmi 9 Yay Olimpiya Oyunlarında iştirak edib. Artıq 30 ildir ki yoxdur. Yəni artıq özündən sonra 8 yay olimpiya oyunları keçirilib. Biz hələ 1952-ci ildən qabaq keçirilənləri demirik. 30 il bundan öncədən idman oyunları subyekti kimi mövcud olmamasına baxmayaraq hələ də ümumi medal sayına görə ikinci yerdə gedir.
Biz hələ Qış Olimpiya Oyunlarından danışmırıq. Məlumat üçün deyim ki, SSRİ orda da liderdir.

İndi mən demirəm siz deyin, ABŞ idmanı güclüdür, yoxsa hətta mövcud olmayan SSRİ-nin idmanı?

Комментариев нет:

Отправить комментарий