Страницы

09.08.2021

Türkiyədə insanlar küçələrinə Rusiya bayraqları niyə vurmayıblar?

Müşfiq Heybətov

Putinə ən azı 3-4 klip çəkilməlidir

Dostluğumda Türkiyədə olan kimsə varmı?
Varsa zəhmət olmasa yazsın görək İstanbulda, Ankarada, Antaliyada və s şəhərlərdə insanlar maşınlarına, darvazalarına, balkonlarına, binalarına, ofislərinə, "moykalarına", taxta sexlərinə, yanacaq doldurma məntəqələrinə, restoranlarına, dövlət idarələrinə Azərbaycan, Rusiya, İran, Ukrayna bayraqları vurmayıblar?!
Bu ölkələr, əsasən də Rusiya təyyarələri olmasaydı Türkiyənin yarıdan çoxu yanıb kül olacaqdı axı, vurmasalar ayıb olar.
Musiqi ilə maraqlananlardan da xahiş edirəm məlumat versinlər görək Putin üçün mahnı zad bəstələməyiblər?
Məncə, ən azı Putin üçün 3-4 klip çəkilməlidir.

P.S.: Allah yanğından əziyyət çəkənlərə kömək olsun.
İnşallah tezliklə bu bəladan qurtularlar.
Səbəbkarlara isə Allah lənət eləsin!

Комментариев нет:

Отправить комментарий