Страницы

15.08.2021

Mediaya qurban olmayan hər bir şəxs dövrümüz üçün əvəzsiz tapıntıdır


Hitlerin yanındakı şəxs Yozef Gebbelsdir. Gebbels 2-ci dünya müharibəsində bəlkə də Hitlerdən daha böyük sima idi. Faşist Almaniyasının təbliğat maşını olan Gebbels medyaya yeni bir nəzəriyyə gətirən şəxsdir. Nəzəriyyənin adı "Böyük yalan nəzəriyyəsi"dir. Bu nəzəriyyənin əsas işləmə mexanizması belədir: bir yalanı nə qədər çox təkrarlasan, bir zamandan sonra insanların gözündə həqiqətə çevriləcək. Gebbels hər zaman deyirdi: "Mənə əxlaqsız bir media verin, sizə cahil bir cəmiyyət bəxş edim". 
Faşistlərin çöküşündən sonra onların ən böyük düşməni olan sionistlər demək olar faşistlərin bütün prinsiplərini mənimsəyirlər. Bunların içində Gebbelsin böyük yalan nəzəriyyəsi də var.
Hazırda dünya medyasını ələ alan sionistlər böyük yalan nəzəriyyəsi əsasında hər cür yalanı cəmiyyətə həqiqət kimi təlqin edirlər. Çox təəssüf ki, bu şey bizim ölkədən də yan keçməyib və media vasitəsi ilə cəmiyyətin böyük bir hissəsi yalanları həqiqət kimi həzm edib. 
Mən çox şadam ki, mənim əziz bildiyim din qardaşlarımın böyük hissəsi media qurbanı olmayanlardandırlar. Bu da bizim ideoloji xəttimizin misilsizliyindən qaynaqlanır.
Mediaya qurban olmayan hər bir şəxs dövrümüz üçün əvəzsiz tapıntıdır. 


Ziya Balıyev

Комментариев нет:

Отправить комментарий