Страницы

15.08.2021

Tramp yenidən seçilərsə

Əli Məhədzadə

ABŞ-da növbəti prezident seçkilərində respublikaçılardan Donald Tramp və Mike Pompeo öz namizədliklərini irəli sürəcəklər.
Əsas məqam budur ki, ABŞ əhalisinin əksəriyyəti Donald Trampı dəstəkləyir və Trampın növbəti seçkilərdə qələbə qazanması real görünür. Donald Tramp demokratların seçiklərdə korrupsiya və saxtalaşdırmaqla səsverməni Baydenin xeyrinə dəyişdiklərini hər gün açıqlayır və əlində buna aid sənədlərin, faktların olduğunu deyir.
Tramp ABŞ tarixində çevriliş etmək istəyən ilk prezident oldu və tərəfdarları Ağ Evin rəmzi olan Kapitoliyaya hücum etdi.
Donal Tramp Çin və İrana qarşı ən sərt politikası ilə tanınır. Tramp növbəti dəfə ABŞ prezidenti olarsa çox güman ki, ABŞ-ı NATO-dan çıxardacaq.
Rusiya ilə stupkalar ola bilər. Trampın ən böyük xəyalı Latın Amerikası ölkələrini tam nəzarətdə saxlamaqdır. Məqsəd Venesuella kimi 300 milyard barrel nefti olan bir ölkəni ələ keçirməkdir.
Həmçinin Baydendən fərqli olaraq Tramp sionistlərdən çox güclü dəstək alan biridir. Qüdsü İsrailin paytaxtı etməsi buna ən böyük sübutdur. Bayden isə sionistlərin xeyrinə heçnə etmir və birbaşa İsrailin ziyanına gedən siyasi strategiya yürüdür.
Tramp seçilərsə xarici siyasətdəki əsas funksiyaları nələr olacaq?
1) Rusiya amili. Trampın Rusiya ilə siyasəti çox yaxşıdır. Tramp dövründə Rusiya ilə yaxınlaşma oldu və ruslarla bir çox məsələlərdə razılığa gəlindi. Trump seçilərsə ABŞ-ın Baltik ölkələrini və Polşanı Rusiyaya stupka getməsi gözləniləndir. Çünki ABŞ NATO-dan çıxandan sonra Rusiyanın Şərqi Avropa regionunu tutması arasında heç bir sədd olmayacaq. Rusiya Suriya, Şimali Koreya və Venesuella problemlərində Tramp ilə konfederativ halında işləyə bilər, amma İranı heç vaxt stupka getməz, çünki Xəzərin regional stabiliyi və nəzarəti Rusiyanın qırmızı xəttidir. Rusiya Suriyada Aralıq Dənizində Tartus hərbi dəniz bazası qurmaqla kabotaj rolunu oynadı.
2) Çin amili. Tramp Çin ilə ən çox iqtisadi rəqabəti üstün tuturdu. Amma seçilsə Anakonda siyasətinə start verə bilər. Cənubi Çin dənizi və Yapon dənizi kimi geostrateji yerlərdə aktiv hərəkət edə bilər. ABŞ-da fəaliyyət göstərən iri Çin şirkətlərini ölkədən qova bilər. Bu isə Çin iqtisadiyyatına 2 trilyon dollar zərbə deməkdir. Tramp dövründə ABŞ-ın Şimali Koreya ilə yumşaq siyasəti Çin üçün əsas təhlükəli prioretlərdən biri idi.
3) Türkiyə amili. Türkiyənin Rusiyadan S-400 zenit raket kompleksi alması ABŞ-Türkiyə arasında gərginliyi daha da artırdı. Tramp yenidən seçilərsə Ərdoğan üçün başağrı strategiyalar işlədə bilər. Yunanıstan Tramp üçün Türkiyəyə təsir metodu kimi oynanılacaq, həmçinin ABŞ Kipr kartından məharətlə istifadə edə bilər. Tramp twitterdə yazmışdı ki, ABŞ qoşunları Suriyadan çıxarılandan sonra Türkiyə Suriyadakı kürd qüvvələrinə hücum edərsə, "Türkiyənin iqtisadiyyatı viran qoyulacaq".
4) İran amili. Trampın İran politikası hamıya məlumdur. ABŞ-ın nüvə danışıqlarından çıxıb Fars Körfəzinə hərbi manevrlər etməyi də İrana qarşı olan kəskin siyasətinin dalğasıdır.
5) Avropa amili. ABŞ-ın Avropada əsas təsir metodu əsasən Avropadan idxal olunan mallara vergilərin artırılması və Britaniyanı BREXİT etməsi oldu.
Dostlar, fikirləriniz maraqlıdır, buyurun şərhlərdə yazın.

Комментариев нет:

Отправить комментарий