Страницы

14.08.2021

Xalqın əsrlərlə yaşayan ənənəsinə, inancına hücum baş verir


Keçən il onsuz da karantində nə toy etməyə, nə də Aşura keçirməyə icazə vermədilər. Bu il isə toylara icazəni o qədər yubatdılar ki, Məhərrəm ayına az qalmış icazə verdilər. Sonra şaiyə yaydılar ki, yoluxma çoxalacaq, yenə qapanma olacaq əvvəlki kimi. Camaat düşdü qorxuya ki, burda vaxt azdır, qarşıdan Məhərrəm ayı gəlir, ondan sonra qapanma filan olacaq, yenə toy qalacaq.
Sonra yolunu tapıb bunun kimi sapıqları efirlərə çıxardılar. Bu da çıxıb dedi ki, Məhərrəmlikdə toy edin, Kərbəlaya ağlamayın filan.
Cahil kütləyə də bunun kimilərin "Fətvası" sərf elədi.
Çünki həm uzun zamandı toy eləmir, həm də karantindən qorxur. İndi də Məhərrəmliyə görə qalmışdılar girinc. Elşad Miri də "Toy edin" deyən kimi əllərinə bəhanə düşdü. Dedilər bax gördüz, toy etmək olarmış.
Və bunu getdikcə adiləşdirmək, "Məhərrəmlikdə toy  etmək olar" düşüncəsini daimiləşdirmək istəyirlər.
Adi vaxtlarda bu adamı tanıyan,ciddiyə alan yox idi.
Çox şey planlı şəkildədi.
Birbaşa bu xalqın əsrlərlə yaşayan ənənəsinə, inancına hücum baş verir.
Məqsəd Ali Muhəmmədi (s), Aşuranı xatirələrdən, dillərdən, düşüncələrdən götürüb yerinə sadəcə quru bir inanc qoymaq vəssalam...

Sadiq Əkbər

Комментариев нет:

Отправить комментарий