Страницы

21.09.2021

Afik Əlinin videoları rekord qırdı

https://www.youtube.com/watch?v=kOrrjPDtyKk

Tanınmış antiqlobalist aktivist Afik Əlinin facebook profilində paylaşdığı video və müvafiq statusu sosial şəbəkədə böyük maraq doğurub.
Afik Əlinin həmin statusunu və sosial şəbəkə istifadəçilərinin buna yazdığı duzli-məzəli kommentləri sizlərə təqdim edirik.

Afik Əli:
"Hal-hazırda vəziyyətin gərginliyindən istifadə edərək İran-molla rejiminə Pakistanın lideri İmran Xanın İrana, "64 milyonluq ordu ilə bir zaxoda Tehrana girərik" təhdid dolu çıxışını "Əgər İran Aslandüzdə təlimləri dayandırmasa yenidən 64 milyonluq ordu ilə Tehrana girərik" başlığı ilə xatırlatmaq istəyirəm. Əgər bu videodan sonra da fars-malla rejimi ölçü götürməsə, o işığa kor baxım Sərdar Cəlaloğlu, tfu... İmran Xan öz ordusu ilə Tehrana girəcək".

YAZILAN ŞƏRHLƏR

Eli Zeynlzade:
Bərəkət haqqı)))

Faud Gadirov:
O işığa kor baxım. Əhəd dayımın goruna and olsun..., Kərəmin başıyçün, var-yoxsuna lənət.. yalan deyənin hər bir şeyini İmran Xan deyirsə eliyər.

Pasha Pasha:
Bir 2 nəfər, ayaqüstə duran insanlar, heyvan və açıq hava şəkili ola bilər.

SeyyidƏli Ağalarov:
Canım üçün bu tərcümə İmran Xanın öz danışıqından daha yaxşı oxşayır İmran Xanın danışığına. Sanki bu sözləri demək istəyirmiş başqa sözlər deyib. Bunu düz-qoş edənə Əhsən)))

Meftun Nagiyev:
Qaqa canı inanacaqlar

Mahir Ahmed Aslanov:
Türkiyə, İran, Pakistan dövlətləri arasında heç bir problem yoxdur. Bu dövlətlər arasındada muharibə zad olan da deyil. Özünüzi yormayın. Uşaq söhbətləridir bular hamısı...

Arif Səmədov:
Mıran xan möhkəm əsəbiləşib, hindistanlılar bundan möhkəm qorxuya düşüblər, bizə yalvarıblar ki, vasitəçilik edib onları barışdıraq. Söz veriblər ki, erməni ilə qəti surətdə əlaqələrini kəsəcəklər. Əvəzində bizə 64 milyon hinduşqa göndərəcəklərinə söz veriblər. Hindoneziya çox olmasa da, bir balaca qorxub və bizə hind qozu göndərməyə söz verib, təki Mıran xanın hirsi soyusun.

Atash Gulverdiyev:
Ala belə eliyirsüz ki, Sərdar Cəlaloğlu qaza gəlirdəəə

Nurlan Ceferi:
hələ də bu videonun tərcüməsinin altyazıdakı cümlələr olduğuna inananlar var, inanın mənə)

MuhammedBaqir Hamidov:
Əntiqə videodu))

Elmin Qedirli:
Bərəkət haqqı...

Elmin Qedirli:
Camaat da bu videoya baxır,qızışır

Faiq Babayev:
Vatsapa yolla da bunu Kəbleyi

Aydin Abilov:
Bu videonun ilk dəfə yayılmağı yadımdadı. 1 sutka gülmüşəm. Bütün səy səhfələr də paylaşmışdı))))

Sadiq Adiloğlu:
Adam göz yaşlarını saxlaya bilmir) Allah razı olsun admin)

Abbaszade Abbaszade:
Toba inanacaqlar)

Аскер Вердиев:
Montaj olsada bele, dediyi sozlerde haqq varddfdgdxiyaryigini

Sebuhi Memmedov:
Oturub əl calanlar bunu nəysə elə bil siryoznu qəbul eləmir mırta qoyublar bunu)))

Zeynalov Ferahim:
Deyir askır amma farsca

Elvin Ezizov:
Bunu kim düzəldibse amma çox istedadlı adamdır)))

Jamil Shirvanov:
Bu video şedevrdi də. Baxmaqdan doymuram)))

Vugar Mamedzade:
Dedilər axı, İsmayılov, Aslanın quyruğuna basmayın... Sözə qulaq asırlar ki?! AFFA-nın nə işi vardı axı onnan?!

Talibov Niyaməddin:
64 milyon ordu sərhəddə gözləyir, olara yeməyi kim bişirir?

Vugar Mamedzade:
Dedi axı 40 milyard türk. 64 milyonu yedizdirmək nədir ki?

Talibov Niyaməddin:
əcəb oyuna düşməmişik

Vugar Mamedzade:
Oyuna düşməmişik, salıblar...

Seymur Bayramov:
Baldızı gildə))

Ceyhun Sahmarov:
Musiqi lap adamı pərişan edir

Senan Veliyev:
Qardaş çox çox xahiş edirəm bunu mesengerdə at mənə çox çox xahiş edirəm

Elvin Hüseyni:
Caan ay qardaş)) Yaman kövrəldim

Talibov Niyaməddin:
Rəşid məllim haqqinda danişir alt yazıda hamıda inanir

Zaur Hüseynov Biləsuvari:
Dübliyagları yaxşı edirlər bəziləri..!!)))

Elcin Memmedov:
5000 insan bunu ciddi ciddi paylaşmışdı e təzə təzə çıxanda. Aralarında universitet müəllimi də var idi)))

Əbdürrəhman Banifatemeh:
qaqa iran dağılır ujeee)))

Müşviq Cəfərov:
Allah qəflətdə olanlara ağıl versin!

Vugar Sabziyev:
Seherden dəfelerle baxmisham buna. Sumkami zadi yigiahdirmisham. Kochurem burdan.

Təhmasib Lənkərani:
get lənkərana))

Vugar Sabziyev:
Yalan deyirsen beyem. Gederdim e. Pakistan ordusu o terefden gelmez?

Cemsid Huseynov:
Dəliyə yel ver, Əlinə bel ver..))

Vugar Sabziyev:
Cibinden ozuyle Pakistandan getirdiyi choreyi chixardib and ichmedi bes?

Vusal Sabziyev:
"Allaha həmd olsun ki, düşmənlərimizi axmaqlardan qərar verib."İmam Səccad(ə)

https://www.youtube.com/watch?v=cygnIBdbbzQ

Комментариев нет:

Отправить комментарий