Страницы

21.09.2021

"Torpaqbasdı" məsələsində günah İran tərəfində deyil, Azərbaycan tərəfindədir


İqtisad elmləri doktoru Nazim Bəydəmirli:
"Ədalət xatirinə deyim ki, İran yük avtomobilləri ilə bizim yük avtomobillərinin qarşılıqlı "torpaqbasdı" məsələsində yaranmış durumda günah bizim tərəfdədir... İndiki uşaqlar bilməz, lap əvvəllər hər iki tərəf təqribən 10 dollar yol vergisi alırdılar, sonradan Azərbaycan tərəfi təktərəfli olaraq bu vergini 160 dollara qaldırdı (bizim gömrükçülərin iştahası çox böyük olduğundan)... Düz iki il boyunca İran bizimkilərdən 160 dollar əvəzinə əvvəlki rüsumu almağa davam etdi və səbri daşdı, onlar da 160 dollar almağa başladılar... Bir neçə il əvvəl bizimkilər bu rüsumu yenə artırıb 280 dollara çatdırdılar, İran da adekvat olaraq eynisini etdi... Beləliklə nəqliyyat xərcləri də sahibkarlar üçün bahalaşdı, bu hələ son deyil...
Bir neçə gün əvvəlki bəh-bəhlə gömrükçülərimizə alqış yağdırdığınızdan sonra bizimkilər daha bir əcaib addım atıblar. Azərbaycana mal gətirib geri qayıdan İran maşınlarının yük aparacağı təqdirdə bizim gömrükçülər bir maşından əlavə 600 dollar tələb edirlər, ya da yük boşaldılır... Beləliklə yaxın günlərdə İran tərəfinin də analoji addım atacağı proqnozlaşdırılır... Bütün artan nəqliyyat xərcləri malların dəyərinə əlavə edilərək, sonda sizdən - vətəndaşlardan çıxarılacaq... Hər atılan anormal addımlara "əl çalmamış" məndən də bir rəy öyrənin, sonra "əl çalın")
Mənim üçün ən önəmlisi, Azərbaycanın strateji maraqlarıdır - bu maraqları hər hansı bir qurumun "qrup maraqlarına" qurban vermək olmaz!"

Комментариев нет:

Отправить комментарий