Страницы

02.09.2021

Aleksandr Duqin: Amerika imperiyasının sonu


Hamı Əfqanıstanı ittiham edir. Elə düz də edirlər.
Bizim dediyimiz kimi Taliban Kabili ələ keçirib praktik olaraq bütün Əfqanıstan üzərində hakimiyyətlərini bərpa etdi. Bu vaxta qədər bütün güclərini Kabildəki səfirliklərində transgender və digər pozğunların həftəsini qeyd etməyə sərf edən amerikalıların Kabili qoyub qaçması onu göstərir ki, amerikanların liberal ideologiyasına əsaslanan dominantlığı və hegemonluğu məhv oldu. Burda təkcə amerikanların qaçması deyil, onların necə qaçması da vacibdir. Onlar texnikalarını sahibsiz şəkildə qoymasına, təyyarələrdən yapışan və sonra yetişmiş üzüm kimi yerə düşən amerikayönümlü rəzil kollaborantları atıb getməsinə də xüsusi diqqət yetirilməlidir.
Bügün bütün dünyaya bəllidir ki, Qərb sivilizasiyası başını itirib. O sanki strateji, mənəvi, intellektual cəhətdən fəaliyyət qabiliyyəti olmayan bir varlıq halına gəlmişdir. ABŞ-da reallıqdan bixəbərdirlər. Onlar özlərinin şəbəkə tarixinə inanmaqla həyat sürürlər. Amma hazırda reallıq Taliban şəklində özünü onlara göstərməkdədir. Reallıq onlara çox yumşaq şəkildə deyir: Rədd olun! Və amerikanlar da göy qurşağı təsvir olunan bayraqlarını, pornoqrafik posterlərini götürüb qaçır, uçur, gizlənməyə siçan deşiyi axtarırlar.
SSRİ öz qoşunlarını Əfqanıstandan çıxararkən ikiqütblü dünya nizamı süqut etdi. Bunun ardınca isə SSRİ-nin özünün süqutu gəldi. Əlbəttə ki, bu süqutun səbəbi Əfqanıstan deyildi. Lakin Əfqanıstan hadisələri monitorda olduğu kimi qütblərdən birinin vəziyyətini dəqiq təsvir etmişdi. Həmin qütb zəifləmişdi. O, tezliklə mövcud olmadı.
Bu gün Əfqanıstandan elə bir dövlət qaçır ki, o SSRİ-nin və Varşava Müqaviləsi Təşkilatının süqutundan sonra dünyanın yeganə qütbü olduğuna iddia edirdi. Bu sondur. Ola bilər ki, bu, Amerikanın özünün sonu deyil - çox güman elədir, lakin birqütblü dünyanın, liberal qlobalizasiyanın, NATO bazaları ilə LGBT və onun ideologiyasının patoloji alyansının sonudur. Bu dəqiq belədir. Bu artıq baş verdi.
Bir çoxları Kabildən biabırçı şəkildə qaçışı Sayqon hadisələri ilə müqayisə edirlər. Lakin Kabil hadisəsi Sayqondan daha ciddi hadisədir. Sayqon hadisəsi ABŞ-a böyük zərbə olsa da ikiqütblü dünya nizamını ləğv edə bilmədi. Əfqanıstandan çıxmaq Amerikanın sonu deməkdir. Çoxları bunu əvvəlcədən bildirmişdilər və bunu gözləyirdilər. Hansısa mənada bu, qaçılmaz idi. Lakin belə hadisələr nə qədər gözlənilən və qaçılmaz hesab olunsa da baş verdiyi zaman şok, möhtəşəm hadisə kimi qiymətləndirilir.
Amerika təyyarəsinin şassisindən yıxılıb-düşən bədbəxt əfqanlar haqqında heç kəs əvvəlcədən belə bir şeyin baş verəcəyini ehtimal edə bilməzdi. Lakin bu hadisə indi NATO-nun, avroliberalizmin, Ukraynanın və ABŞ-ın dünya miqyasındakı digər kollobarantlarının simvoludur. Əslində təyyarənin şassisindən düşən London və Brüssel, Zelenski və Saakaşvili, Maya Sandu və Rusiyada qadağan edilmiş “Azov” idi. Şassidən düşən Rusiyada fəaliyyəti qadağan edilən məhkum Navalnı idi. Əfqanıstanın çox zülmlər görmüş, günəşin yandırdığı torpaqlarının üzərində Rusiyada qadağan edilmiş Corc Sorosun cəsədi uçurdu.
2021-ci ilin avqustunda birqütblü dünyanın sonu gəldi. Bir az əvvəl və ya bir az sonra da gələ bilərdi. Lakin olan oldu artıq: Gey parad keçirdik – və qaçaq. Baş verənləri həddindən artıq yüksək qiymətləndirmək çətindir. Bu hətta 9/11 də deyil. Bu daha da ciddi hadisədir.
Nəzərə almaq lazımdır ki, liberal qlobalist ideoloqların ən radikallarından olan, filosof, Fransanın son 3 prezidentinin müşaviri, bir neçə il əvvəl Amsterdam operasından onunla “Çoxqütblü dünyaya qarşı birqütblü dünya” mövzusunda sərt debat apardığım, Rusiyada qadağan edilmiş Bernar Anri Levi Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən dəstəklənən, Əfqanıstan taciklərinin lideri – Əhməd Şah Məsudun oğlu ilə Pəncşir dərəsində görüşüb. Levi ona Talibanla mübarizə aparmaq üçün Qərbin köməyini vəd edib. Levi bundan əvvəl 2008-ci ildə Rusiya ilə müharibə etmək üçün Saakaşviliyə Qərbin köməyini vəd etmişdi. O həm də kürdlərə Bağdadla, Dəməşqlə, Tehranla və Ankara ilə mübarizə aparmaqda Qərbin köməyini söz vermişdi. O, Suriya terrorçularına Əsədlə müharibə üçün Qərbin dəstəyini vəd vermişdi. O, Ukrayna nasionalistlərinə Krım və Donbassı qaytarmaq üçün müharibədə Qərbin köməyinə vəd vermişdi. Və onun indiyə qədər verdiyi sözlərin heç bir dəyəri yoxdur. Heç kim Qərbdən heç nə almadı, heç nə də qaytarmadı.
Levi özünün “İmperiya və 5 kral” kitabında ağrıdan qışqırırmış kimi bağırır: birqütblü dünya dağılır, siz nə edirsiniz! Təcili Rusiyaya zərbə endirmək lazımdır! Çini saxlayın! İranın və Ərdoğanın boynunu burub qırın! Pakistanı cəzalandırın! Ərəb ölkələrinə yerini göstərin!
Liberal imperiya 5 kralın zərbəsindən dağılır... Mən onunla keçirdiyim debatda həmin 5 kralın səfiri rolunda çıxış etdim. Mən Bernar Anri Leviyə qara nöqtə gətirmişdim. Lakin o bunu sezmədi. Və o yenə də Əfqanıstan taciklərinə nəsə söz verir. Yazıq Əfqanıstan tacikləri...
Talibanın hakimiyyəti nə yaxşıdır, nə də pis. Bizim Xarici İşlər Nazirliyimiz onlarla tamamilə dügün əlaqələr qurub. Və həm də onlar qarşısında tamamilə düzgün şərt qoymuşdur. Bu gün bir qanun işləyir: güc, iradə və ideya. Lakin bütün bunlar o zaman effektli olur ki, biz yaşadığımız reallıq barədə illüziyalara qapılmayaq, nəinki yadların və düşmənin, hətta öz propaqandamızın qurbanına çevrilməyək.
Gey-paradın hipnozu, demokratiyanın daha da dərinləşməsi və insan hüquqları, vətəndaş cəmiyyəti və azlıqların müdafiəsi haqqında uydurulmuş nağıllar artıq işləmir. Qlobal miqyasda. Hər kəs öz ənənəsini qorumağa çalışır. Taliban da öz ənənələrini. Biz də özümüzkünü. Ənənəsi olmayan və ya ənənəsini unudanlar məhvə məhkumdurlar. Qərbin sonu çatıb. Bugün. Biz postqərb dövrünə qədəm qoyuruq. O problemlər, çağırışlar və təhlükələrlə  doludur. Ona görə də o avtomatik olaraq nə sülh, nə harmoniyanı qarantiya vermir. Postqərb, çoxqütblü dünya hansı tərəfə desən dönə bilər. Lakin bu artıq bir faktdır.
İndi iş çox asandır. Hazırda bizim vəzifəmiz yeni yaranmış reallıqda unikal bir sivilizasiya, böyük dövlət olan Rusiya üçün layiqli bir yer qazanmaqdır.

Tərcümə: Cəmil Şirvanov                izborsk-club.ru

Комментариев нет:

Отправить комментарий