Страницы

11.09.2021

Aleksandr Krasnoqorski

— İlk növbədə anlamaq lazımdır ki, bizim həqiqi, əbədi düşmənimiz kimdir. Bu torpaqlarımıza iddia edən böyük məmləkətlər, insanlarımızı qorxuya salmağa çalışan terror qruplaşmaları, fəsadlı virus və bakteriyalar deyil. Bu Ümumdünya maliyyə sistemidir. Bu sistem qədim yunan mifologiyasındakı hamını öz zəhəri ilə zəhərləyən əcaib Lerna əjdahası kimi ələkeçməz və sarsılmazdır. Bu sistem qlobal korporasiyaların dayağı və milli dövlətlərin düşmənidir. Bu sistemin agentləri politoloq, jurnalist və ictimai xadim adı altında Böyük qlobal dəyişiklik və insanlığın total qullaşdırılması planlarını həyata keçirirlər. Dünyanın heç bir ölkəsi bu əcaib əjdahanı öldürmək iqtidarında deyil və horizontda buna qadir Herakl da müşahidə olunmur. Lakin biz onun öhdəsindən gələ bilmiriksə, demək sadəcə ondan uzaq durmalıyıq. Bəziləri deyə bilər ki, Sovet dövründə olduğu kimi dəmir pərdə çəkmək lazımdır. Bu da ola bilər, çünki başqa çıxış yolu yoxdur. Sağ qalmaq istəyən xalqlar, elektron konslagerə çevrilmək istəməyən dövlətlər üçün başqa yol qalmır. Onlar “maliyyə göbəkbağını” kəsməlidirlər, öz ağıllarına görə, öz pulları hesabına yaşamağa başlamalıdırlar. Məhz elə bu onlarçün xilasa ümid verən Böyük dəyişiklik olacaq.

Комментариев нет:

Отправить комментарий