Страницы

11.09.2021

Aleksandr Krasnoqorski

—  Maliyyə instrumentlərinin və kompüter texnologiyalarının inkişafı havadan pul qazanmağa imkan verdi. Qiymətli kağızlarla spekulyasiya etməklə, yəni olmayan şeyi satmağa söz verməklə, yaxud real omayan pulu ödəməklə pul qazanırlar. Bizim dövrdə hətta qızıl alveri sarı metalın real alınıb daşınması ilə heç bir əlaqəsi olmayan formal kompüter əməliyyatları ilə aparılır. Nəticədə sahibkarların yerini fırıldaqçılar və avantüristlər tutdular, hansılar ki kələkbaz maliyyəçilərlə sıx əlaqədə total soyğunçuluq və talan yolu ilə varlanlırlar. Onları nə istehsalat, nə ticarət, nə faydalı qazıntıların çıxarılması, nə də kənd təsərrüfatı maraqlandırır. Onlar parazit kimi hər yeri sümürürlər. Biologiyadan bildiyimiz kimi parazitlərə sağlam və güclü bədən lazım deyil, xəstə və əldən düşmüş bədən lazımdır. Ona görə də artıq insanların bədənini hədəfə alıblar. Ümumdümya maliyyə elitası məhz bunu hədəfə alıb – sağlam, cəsur, aktiv bəşər övladını ayaq üstə qırxı çıxmış xəstə qula çevirmək istəyir. Bu qul hətta udduğu havaya görə belə özünün görünməz və məchul ağasına borcludur, hansı ki bu ağa hətta insan da yox, ucsuz-bucaqsız internetdə qərarlaşmış süni təfəkkür də ola bilər.

Комментариев нет:

Отправить комментарий