Страницы

15.09.2021

Bizim jurnalistlər canlarını çox istəyirlər


Bu ermənipərəst gədəçəni yəqin ki tanımayan yoxdu.
Bu alçaq gədənin kim olmağı önəmli deyil, önəmli olan bu gədənin həyati təhlükə olan yerlərdə sujetlər, çəkilişlər aparması idi, yəni müharibə vaxtı döyüş zonalarında olurdu.
Ona görə də erməni tərəfinin əlində müharibə dönəminin profesianal döyüş kadırları var ki bu və ya digər şəkildə çəkilib.
İndi gələk əsas məsələyə.
Bəs bizim sinəsinə döyən "jurnalistlərimiz" harda idilər, niyə əllərində olan imkanların heç birindən isdifadə etmədilər, niyə bir dənə də olsun profesianal, real döyüş kadırımız yoxdur? (Olan kadırlar hamısı qəhrəman hərbçilərimiz tərəfimdən mobil telefon vaistəsi ilə çəkilib)
Ona görə ki canlarını çox istəyirlər. Ona görə ki Suqovuşan, Füzuli, Hadrut, və s uğrunda gedən döyüşləri lentə almaq Tərtərin kəndlərində artistlik eləməyə bənzəmir. Ona görə ki səngərdə əsgərlə çiyin-çiyinə dayanıb əsgərin qəhrəmanlığını öz kameranla əbədiləşdirmək "İran ermənilərə silah verir" başlığı altında "xəbər" hazırlamağa bənzəmir. Ona görə ki müharibə vaxtı vətənə görə canını təhlükəyə atmaq, müharibədən sonrakı canfəşanlığa, saxta vətənpərvərliyə bənzəmir!
Məncə məsələ bundan ibarətdi!

P.S.: Bilirəm, bəziləri deyəcək ki, guya "dövlət onlara döyüş zonasına getməyə icazə vermirdi". Mən özüm müharibə vaxtı Ağdam rayonunun Quzanlı qəsəbəsindəydim. Hər gün canlı-canlı bombardımana baxırdım. İki gündən bir dost-tanışın yığıb topaladığı əsgərə dəstək paylarını Füzuli, Murov isdiqamətində çatdırırdıq. Biz o payları aparmaq üçün demək olar bütün postlarda ən azı 1-2 saat xahiş-minnət edirdik, o da bir həddə qədər ki ordan o tərəfə buraxmırdılar. Ançaq rəsmi jurnalist vəsiqəsi ilə keçmək mümkün idi, hələ mən hərbi operatorları demirəm. Siz bu tərəflərdə olmadığınız üçün bu cür şeyləri bilməməniz təbiidir. Adam gərək başı girmədiyi yerə bədənini pərçimləməsin!


Tərlan Hüseynov

Комментариев нет:

Отправить комментарий