Страницы

15.09.2021

“Hələ bilmək olmaz, istefasının arxasında nələr var”

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı vəzifəsindən istefa verib. Bununla bağlı o özünün Tvitter hesabında yazıb.
Paylaşımda deyilir: "Artıq TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsindən ayrılmağım üçün ərizə ilə müraciət etmişəm. İstər 44 günlük haqq savaşımızda, istərsə də ümumbəşəri bəla sayılan COVID-19 virusu ilə mübarizədə çiyin-çiyinə çalışdığımız dəyərli məsləkdaşlarıma öz təşəkkürümü bildirir, bu yolda canlarını qurban vermiş həkimlərimizin ruhu qarşısında baş əyirəm. Bundan sonra da Vətənimə və Xalqıma xidmətimi davam etdirəcəyəm".
Ramin Bayramlının istefası günün əsas müzakirə mövzusuna çevrilib. Onun vəzifəsindən getməsi barədə müxtəlif fikirlər səsləndirilir. Bildirilir ki, R.Bayramlının TƏBİB-dən getməsi ən doğu qərardır və o səlahiyyətlərinin öhdəsindən gələ bilmirdi.
Bəs Ramin Bayramlı niyə istefa verdi? İstefanın arxasındakı səbəblər nələrdir?
Milli Məclisin deputatı Vahid Əhmədov modern.az-a bildirib ki, onun istefa qərarının gerçək səbəbləri hələlik məlum deyil: "Ramin Bayramlının istefasını oxudum. Hələ bilmək olmaz, istefasının arxasında nələr var. Bununla bağlı yəqin ki yaxın günlərdə suallara cavab tapılar. Mən özüm ilk gündən Milli Məclisdə qeyd etmişəm ki, Səhiyyə Nazirliyini iki yerə bölmək səhv addımdır. Səhiyyə Nazirliyi ölkə əhalisinin sağlamlığı ilə məşğul olan qurumdur. Ona görə də səhiyyənin iki yerə ayrılması xoşagəlməzdir. Düzdür, TƏBİB koronavirusun ağır vaxtlarında müsbət addımlar atdı, amma hesab edirəm ki, bu quruma ümumiyyətlə ehtiyac yox idi. Səhiyyə Nazirliyinin tabeliyində nə lazım idisə, orda görülürdü. Niyə Səhiyyə Nazirliyini iki yerə bölürük? Bu məsələni Milli Məclisdə müzakirə edəndə fikirimi bildirdim ki, belə etmək olmaz. Təəssüf ki oldu".

Комментариев нет:

Отправить комментарий