Страницы

12.09.2021

Necə olur ki, Hikmət Həsənovun bunlardan xəbəri olmur?


Ədliyyə mayoru Fuad Ağayevin şəkili yoxdur. Amma o 7 Avqust, 2017-ci il tarixdə həbs edilənə qədər 1-ci korpusun hüquqşünası vəzifəsində işləyib.
Mayor Ağayev Fuad 1 may 2017-ci ildə başlayan Tərtər istintaqı zamanı vəzifə səlahiyyətlərini aşma maddəsi ilə ittiham olunaraq 10 il azadlıqdan məhrum edilib. Onu da xatırladım ki, hüquqşünas Ağayev 1-ci korpusun keçmis komandiri general-leytenant Hikmət Həsənovun müavini idi.
İndi burda Azərbaycan gerçəkliyinə uyğun olaraq axmaq bir sual meydana çıxır: 1 may 2017-ci ildən 16 iyul 2017-ci ilə qədər, yəni 76 gün ərzində mayor Ağayev "səlahiyyətlərini aşaraq" 11 nəfərin işgəncə ilə qətlə yetirilməsində, 25 nəfərin vətən xaini çıxarılmasında, yüzlərlə müxtəlif rütbəli hərbiçilərin "butulkaya" otuzdurulmasında iştirak etdiyi üçün həbs edilir, amma korpus komandirinin bunlardan xəbəri olmur və həmin o korpus komandiri rahatlıqla Azərbaycanda mövcud olan hərbi məktəblərdən birinə rəis müavini göndərilir?!
Analoqu olmayan cəmiyyətlərdə belə təyinatlar mümkündür, hətta labüddür. Amma biz qara camaatın heçmi düşünmək, dərk etmək, idrak etmək, təhlil etmək kimi qabiliyyətimizin olmadığını düşünürlər?
Ey qara camaat, sizə səslənirəm: heçmi düşünmək qabiliyyətiniz yoxdur?

"Mehriban Sadiqova" facebook səhifəsi

Комментариев нет:

Отправить комментарий