Страницы

12.09.2021

Qədim lotuların aqibəti niyə xeyirlə tamamlanırdı?


Məhərrəmliyin hörmətini saxlamırsansa, yaşayışının hörmətini sındıracaqlar. Zəhranın (s.ə) naləsi ucalan vaxtı sən musiqiyə qulaq asırsan? Bununla xeyir tapmayacaqsan. Sonra deyirlər ki, mənə göz dəydi, cadu ediblər, bəxtim gətirmədi. Yox, bundan deyil. Hər kim Hüseyn və Ali Hüseynlə düşmənçilik etdisə məhv oldu. Məhərrəmliyin hörmətini saxlamırsan? Yaşayışının hörmətini sındıracaqlar. Öz də öz əlinlə. Çünki Hüseynlə dava etmək - Allahla dava etməkdir. Çünki "Həqiqətən Hüseyn hidayət çırağıdır". Çıraqla dava eləmə. Hörmətini saxla. Qədim lotuların əksəriyyətinin aqibəti xeyirlə tamamlanıb. Qədim bıçaq çəkib camaatı təhdid edənlərin əksəriyyətinin aqibəti xeyirlə tamamlanıb. Qədim araq içənlərin əksəriyyətinin aqibəti xeyirlə tamamlanıb. Bilirsiniz niyə? Çünki baxmayaraq ki araq içən idi, bıçaq çəkən idi və ya hər nə idisə məhərrəmlik daxil olanda İmam Hüseynin (ə) müqabilində ədəb göstərərdilər. Amma indi gəl qəbirstanlığa bax. Nə qədər cavan orda yatıb! Zəhranın (s.ə) bədənini lərzəyə gətirərsənsə  (narahat edərsənsə), cavan yaşda ölərsən.
Buna anla. Musiqiyə qulaq asırsan ya asmırsan yaxud əzadarlıq edirsən ya etmirsən - İmam Hüseynin(ə) əzəməti üçün fərq etmir. Amma sən şüurunu aləmə göstər. Mərifətini Fatiməyə (s.ə) göstər. Qonşun rəhmətə gedir. Nə atandır, nə yaxın qohumundur - sadəcə məhəlləndə yaşayan qonşundur ki, sənə aidiyyatı da yoxdur, amma atanın dostudur deyə qara köynək geyinirsən. Bu bir ehtiramdır. Buna deyirlər ədəb. Buna deyirlər şüur. Buna deyirlər insaniyyət. Zəhranın (s.ə) Hüseyninin (ə) başını kəsiblər, sənsə mahnıya qulaq asırsan?

Ustad Daneşmənd

Комментариев нет:

Отправить комментарий