Страницы

22.09.2021

Dünyanın ən məkrli ölkələri yığışıb bura - Rusiya və İran buna səssiz qalacaq?!


Politoloq Nəzakət Məmmədova:
"Türkiyə ilə Azərbaycan qardaşdır, buna kimsə söz deyə bilməz. Bölgədə olmaq Türkiyənin qardaşlıq haqqıdır. Pakistanın bu regionda yeri yoxdur. Onu bölgəyə gətirib Azərbaycana müttəfiq kimi sırımaqla regionda gərginliyi artırırlar. İngilislər adada, Çin Uzaq Şərqdə oturub plan cızır, olan bizə olur. Bölgədə gərginlik artır, arada bizim insanlar həlak olur, böyük geosiyasi planların kiçik qurbanına çevrilirlər. Bu, gördüyümüz kimi Rusiya və İranı qıcıqlandırır. Bizə bu lazımdır?! Nəyə görə axı?! İran Azərbaycanla sərhəddə hərbi texnika yığır, Rusiya Xəzərə hərbi gəmilər göndərir. Üstəlik 1 milyard 700 milyon əhalisi olan, nüvə dövləti, BMT Təhlükəsizlik Şurasının gələcəkdə BMT-də islahatlar olarsa, daimi üzv olmaq potensialı olan Hindistan kimi böyük dövlət artıq Ermənistanla əlaqələrini genişləndirir. Niyə Hindistanla münasibətimiz pisləşsin Pakistana görə?! Bu da ingilis planıdır, Pakistanı bizə, Hindistanı Ermənistana yaxınlaşdırıb bölgədə vəziyyətə əl qoymaq. Çin də qonşusu və rəqibi Hindistana qarşı onun düşməni Pakistan kimi bir terror yuvasını regional siyasətinə alət edir. Dünyanın ən məkrli ölkələri yığışıb bura. Rusiya və İran buna səssiz qalacaq?! Yəqin ki, yox. Qarabağ münaqişəsi yox, Qarabağdan sonrakı status-kvo sən demə bölgəni barıt çəlləyinə döndərməkdə imiş. Biz sülh və sabitlik istərkən, İsrail və İngiltərə Azərbaycanı, Qafqazı və bütövlükdə regionu yeni savaşa sürükləyir. Halbuki bu iki ölkə bölgəmizə yad oyunçulardır və harda barmaqları varsa, qan su yerinə axıb. Bölgənin taleyini bölgə ölkələri özləri həll etməlidir. İstənilən yad ölkə burada virus kimidir, yad cisimdir - ya orqanizmi qanqrena edəcək, ya da iylənib çıxacaq. Bizimkilərin siyasəti də bir aləmdir. Hərbi təlim keçməyin hara, güc göstərdiyin ölkənin hərbi gəmilərini orkestrlə qarşılamağın hara?!"

Комментариев нет:

Отправить комментарий