Страницы

12.09.2021

KRIMIN İŞĞALI HAQQINDA


Mən Rusiyanın Krımı işğal etdiyini iddia edən adamları anlamıram. Bu sırf Amerikadan körüklənən və ABŞ-ın müstəmləkəçi imperialist siyasətinə hesablanmış cığal bir mövqedir.
19 fevral, 1954-cü ildə Nikita Xruşşovun təşəbbüsü ilə 27 min kvadrat kilometr ərazisi olan və əhalisinin əsas hissəsini ruslar təşkil edən Krım vilayəti Rusiyanın tərkibindən çıxarılaraq Ukraynaya verilmişdi. Xruşşovun Ukraynanın Rusiyaya birləşdirilməsinin (1654) 300 illiyi münasibətilə atdığı bu səhv addımı Putin düzəltdi. Vəssalam. Burda qeyri-adi heç nə yoxdur.
Krımın Rusiya tərəfindən işğal olunduğunu iddia eləmək sadəcə absurddur.
Tarix boyu Krım dəfələrlə əldən ələ keçib. Onu Bizans idarə edib, Osmanlı işğal edib, Rusiya Osmanlıdan alıb, SSRİ ona müxtariyyət verib, Hitler işğal edib, sonra yenə SSRİ ondan alıb, Ukraynaya bağışlayıb, Rusiya da geri alıb. Orda bu gün ruslar çoxluqdadır və Rusiyanın tərkibində olmaqda onların iradəsi mühüm rol oynayır.
Əgər Ukrayna düzgün siyasət aparsaydı, ABŞ-ın vassalına çevrilməsəydi, Krım onun tərkibində qala bilərdi.
Rusiya Krımı ona görə götürdü ki, NATO öz bazalarını ora soxmasın.
Və düz də elədi.

Nadir Qocabəyli

Комментариев нет:

Отправить комментарий