Страницы

12.09.2021

Məmur özbaşınalıqlarını paylaşaraq xal yığıb, sonra iyrənc mövzuları adi formada paylaşaraq beyinlərə yeridirlər


44 gün ərzində dünyaya Qeyrət, Kişilik, Vicdan, Ədalət və s. bu kimi amillərdən dərs keçən ölkəmizdə bu tip səhifələrin aşkar fəaliyyət göstərməsi, üzdən iraqların rahat çıxış etmələri çox təhlükəli bir haldır.
Hər evdə, demək olar böyükdən kiçiyə hər kəsin əlində müasir telefon var və bu tip təbliğlərə istəmədən belə qulaq asırlar. 
Belə səhifələrin adminləri - bu xalqın ən böyük düşmənləridir.
Hərdən məmur özbaşınalıqlarını paylaşaraq xal yığıb, sonra bu tip mövzuları adi formada paylaşaraq beyinlərə yeritmək ən böyük xəyanətdir. 
Müxalifət yönümlü olmaq normaldır, amma iyrənc paylaşımlarla beyinləri yumaq siyasəti çox böyük faciəyə yol açır. 
Bu tip səhifələri izləməməyi tövsiyyə edirəm.

Pərvin Cəfərzadə

Комментариев нет:

Отправить комментарий