Страницы

16.09.2021

Politoloq İranla bağlı son kampaniyaya münasibət bildirdi

Politoloq Nəzakət Məmmədova: 
Varlı vəzifəlilərimiz gedib İsraildə müalicə olunanda, kasıblarımız da gedib İranda şəfa tapır, yaşama, həyatda qalma şansı əldə edə bilir. Cənub zonası İranla ticarətlə dolanır. Ermənistanla əlaqələrə gəlincə, dost dediyimiz, neft müqaviləsi bağladığımız İngiltərənin də Ermənistanla lap yaxşı əlaqələri var, o dərəcədə ki Ermənistan prezidenti İngiltərə kraliçasına ana deyir. Qazaxıstan prezidentinin qızının Ermənistan prezidenti ilə ortaq biznesi var. Türkiyədəki bəzi millətçilər belə Ermənistanla ticarətə can atıblar. Siyasət çox dərin və müəmmalıdır. Biz ancaq yapışmışıq İranın yaxasından. Özümüzü aldatmayaq, realist olaq.

Комментариев нет:

Отправить комментарий