Страницы

06.10.2021

İllərdi təkbaşına ABŞ-la dirəşən, hələ üstəlik Çin və Rusiya kimi müttəfiqləri olan İrana Türkiyə və İsrail heç nə edə bilməz


Azərbaycan, İsrail və Türkiyənin İran ilə münasibətlərinə uyğun bir lətifə var.
Demək bir gün Molla Nəsrəddin bir uşaqla bərbərə gəlir. Saçını kəsdirəndən sonra bərbərə deyir ki, uşağın da saçını düzəlt, mən bazara dəyib qayıdım, pulu bir yerdə verərəm.
Bərbər uşağın saçını qırxır, amma saatlar keçsə də Molla Nəsrəddin qayıtmır. Bərbər uşaqdan soruşur ki, bəs nə oldu, atan niyə qayıtmadı? Uşaq deyir ki, o mənim atam deyildi, sadəcə yolda məni gördü, dedi gedək saçını qırxdırm, mən də gəldim.
Bərbər bunu eşidib uşağa bir qapaz vuraraq əsəbini ondan çıxır.
İndi Azərbaycan da o uşaqdı.
Məlum məsələdi ki, illərdi təkbaşına ABŞ-la dirəşən, hələ üstəlik Çin və Rusiya kimi müttəfiqləri olan İrana Türkiyə və İsrail heç nə edə bilməz. Arada da elə ziyan Azərbaycana dəyəcək.

Aftandil Babayev

Комментариев нет:

Отправить комментарий