Страницы

11.11.2021

İRAN SEPAHINDAKI 2 QRUP

Həmid Herisçi

Azərbaycan-İran qarşıdurmasının pərdəarxası daha maraqlıdır, nəinki pərdəönü.
Pərdəönündəkiləri gəlin hələlik bir an unudaq. Görək arxa cəbhədə kimlər körükləyir bu qardaş qırğınını.
1998-ci ilə qədər İranda cəmi-cümlətanı bircə ideologiya vardı- qatı islam fundamentalizmi. Azərbaycanəsilli ruhanilər ölkənin vacib nöqtələrini tam nəzarətə almışdılar. Bu, İrandakı fars irqçilərini, "İranzəmin", "Ariana" layihəsi tərəfdarlarını, adına "İslahatçı" deyilən düşərgəni xeyli həycanlandırmışdı.
Bu "arianaçılar" o vaxt 1998-ci ildə birləşib ölkə prezidenti kürsüsünə öz namizədlərini- Məhəmməd Xatəmini gətirdilər.
O siyasətə əliboş deyil, "Dialogue of Civilizations", yəni "Sivilizasiyaların dialoqu" nəzəriyyəsi ilə gəldi. Bu fənd vasitəsi ilə o Qərb, Rusiya, Ermənistanla əlaqələrinə legitimlik qazanmaq, xariclə əlaqələrdə islama deyil, "mədəniyyətə" bel bağladığını sübut etmək istəyirdi.
Qərb, Ruysiya, Ermənistanla bu xətlə geniş əlaqələr yarandı. Xatəmini bütün dünyada "sülh göyərçini" kimi qəbul etməyə başladılar. O demək istəyirdi ki, islam dialoq üçün əngəl deyil, guya əksinə vasitədir.
O vaxt İran Əfqanistan, Azərbaycan, Tacikistanda çətinlik çəkirdi. Buralarda öz nüfuzunu itirirdi. Xatəmi dəstəsi, bu ölkələrdəki İran mövqelərini Rusiyaya, ABŞ-a, Fransaya, Ermənistana təhvil vermək qərarlarını bax bu yalançı "Dialogue of Civilizations" adı altında gizlədi. İran mühafizəkarlarını siyasi meydançalardan çıxarmaq naminə Azərbaycan, Tacikistan, Əfqanistandakı İran mövqelərini düşmənə təhvil verdi. Ancaq ortada islam təəsübkeşliyini qoruyan "İnqilab keçikçiləri" korpusu vardı. Bu korpusda öz mövqelərini möhkəmləmək naminə Xatəmi dəstəsi "İran inqilab keçikçiləri" tərkibində tam məxfi "sepahcybery" (yəni Kiber ordu) yaradıb, mühafizəkarların burdakı monopolyasını pozdular.
Həmin bax bu korpusun "Əl Qüds" (Qasem Süleymani dəstəsi) qrupu da o vaxtlar Xatəmi planlarına uyğun hərəkət etdi- Azərbaycandakı, Əfqanistandakı, Tacikistandakı, Bosniyadakı mövqeləri ABŞ-a, Rusiyaya, Avropaya, Ermənistana təhvil verdi.
Üzdə bu "Sivilizasiyaların dialoqu" adlansa da, astarında başqa idi- bu xətlə İran kəşfiyyatı ilə Qərb, Ermənistan, Rusiya arasında güclü əməkdaşlıq başlayırdı.
İndi, Azərbaycan-İran qarşıdurmasının pərdəönündə mühafizəkar İran qüvvələri dayansa da, bu aldadıcı mənzərədi. Pərdəarxasında yenə həmin islahatçılar, İran liberalları,"Xatəmi-Ruhani-Zərif" qruplaşması durur.
Yenə də qutudan Xatəmi dəstəsinin xoruz pipiyi görünür.
Məqsəd aydındı- İran mühafizəkarlarını Qafqazda zibilə salmaq, Xamneyinin hər iki Azərbaycandakı dayaqlarını laxlatmaq. İnqilab keçikçiləri korpusunu xalqla, hər iki Aəzrbaycanla üz-üzə qoymaq.
Yəni üzdə biz guya İran mühafizəkarlarıyla qarşıdurmadayıq. Arxa planda isə gülən, zarafatlaşan yenə həminki aryaçılar, irqçilər- Xatəmi dəstəsidir.
Məqsədləri İran hakimiyyət strukturundakı Azərbaycan türklərini neytrallaşdırmaq, İranda tam hakimiyyətə yiyələnməkdir.
Zərif, Ruhani son prezident seçkilərindəki məğlubiyyətlərinin acısını, indiki siyasi böhranı, Əfqanistan, Azərbaycan mövzusundakı boşluqları bax bu cür həll etmək istəyirlər. Məsuliyyətdən qaçmaq istəyirlər.
Çünkü İran dörd tərəfdən geopolitik mühasirəyə alınıb. Bunun səbəbi isə məhz Xatəminin "Dialogue of Civilizations" siyasətinin bankrotluğudur.
İslahatçılar cavabdehlikdən qaçmaq naminə Azərbaycan, Əfqanistan sərhədlərində gərginlik yaratmaq, nəticələri mühafizəkarların boynuna yıxmaq istəyirlər.
İntriqa bax budur.
Mühafizəkarlar sırasında, Sepahdakı agentləri, qərərgahları isə "sepahcybery" deyilən ünvandadır.
Sepahdakı antitürk dəstəsi məhz bu ünvanda gizlənir, biləsiz.
Unutmayın, lütfən. Azərbaycanla İran, Azərbaycan türkü ilə farslar şiə, əhli-beyt coğrafiyasının iki ana sütunudur. Bu sütunların birini- Azərbaycanı laxlatmaq, məhz şiəliyə qarşı cinayətdir. Uca Allah özü bunu kimsəyə bağışlamaz. Özü zərbə vurar bu cür xəyanətə.
Allahdan qorxun.
***
İranın indiki Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan ilə İnqilab Keçikçiləri korpusunun müavini Əli Fədavi əsl "həmşəri"dirlər- yəni yerlidirlər. İsfəhan tərəfdəki qədim Ərdəhan şəhərindəndirlər.
Abdullahiyan xarici siyasətdə sərt mövqe, güc, əzələ nümayişi tərəfdarıdır. Əzələ isə kimdədir? Sepahda. Dəqiq desək Əli Fədavidə. İkisi də qatı millətçi, ariyanaçı, farsdırlar. Can deyib (farslar "cun" deyirlər) can eşidirlər. Birgə çalışırlar. Azərbaycan məsələsində də Abdullahiyan Əli Fədaviyə arxalanır. 
Antiazərbaycan siyasətlərində uğur alınsa, Əli Fədəvi mütləq indiki Sepah rəhbəri Hüseyn Səlimini öz taxtından aşıracaq. Sepahdakı türkləri ucdantutma ixtisara göndərəcək.
Xatırladıram- Ərdəhan qədim şəhərdi. Əhalisi arasında Zərdüşt icması üzvləri az deyil. Məscidə orda məsələn qədim farsca "Mazda" deyərlər. Şahnamə qəhrəmanı Rüstəm Zalla bağlı bu şəhərdə bir neçə abidə var. Dilləri də qədim farscadı, müasir deyil. Qısası paniranistlərin əsl yuvasıdır. Sepahda Əli Fədavinin özünə "Rüstəm Zal" deməsini isə hamı bilir.
Beləliklə Sepahda daxili ziddiyətlər getdikcə artacaq. Ərdəhan mafiyası XİN-i ələ keçirtdikdən sonra Sepaha əl uzadacaq. Türkləri orda sıxışdıracaq.
Namizəd kimdi? Əli Fədəvi.
Ay-hay... yatıbsız fil qulağında. Deyirsiz elə belə, boş yerə bu cütlük öz arasında rəsmi farsca yox... məhz Ərdəhan dialektində danışırlar, hə?
Allah bizi bu Ərdəhan cütlüyündən qorusun.
Həm də Sepahı.
***
Sepahda əslində iki dəstə var-"hüseynçilər" və "mehdiçilər".
Hüseynçilər arasında, bəli, türklər çoxdu. Ancaq bu zahiri, romantik, qurbanlıq Sepahda belədi. Daxili Sepahda isə vəziyyət qəlizdir. 
Orda "mehdiçilər", yəni batiniçilər də var. 
Farsdırlar. 
Qeyb aləmini indiki elektron, internet səhifələrində görüb orda yerlərini rahatlayıblar.
Xakerlərdi.
Mass-media ilə əlaqələr də bu dəstənin əlindədir. Ermənilərlə curdular.
Mollaları, təqlidləri ayətullah Mispəh Yəzdi və digərləri ilə bağlıdır.
Hüseynçiləri bu dəstə "top yemi" bilər. Ucuz xərclərlər.
Özləri isə gedib müxtəlif niklər, yalançı, feyk ünvanlarda gizlənərlər.
Fikirləri-filan, Güneyli-quzeyli türkləri Araz qırağında qardaş qırğınına verməkdir və sə. i. və ilaxır.
Xatırladıram, Xomeyni özü bu "mehdiçiləri" sevməzdi. Onları o "Höccətiyyə" adlandırıb 1984-cü ildə ləğv etmişdi.
Bu dəstə 2000-ci illərdə prezident Əhmədienejat dövründə qəbrindən xortladı.
***
İranda şahpərəstlərin, "Ariyana"çıların, fars irqçilərinin bircə qənimi olub- ayətullah Sadeq Xalxali.
Bioqrafiyası dumanlıdır. Pişəvəri tərəfdarları mənə deyərdilər ki, o əvvəlllər, lap sütül gəncliyi dövrlərində Azərbaycan Demokrat Firqəsi üzvüydü. Fədailərdəndi. Ərdəbil-Xalxal uşağıdı. Pişəvəri hərəkatının süqutundan sonra Quma gedir. Orda islam fədailərinə- Nəvvab Səfəvi dəstəsinə qoşulur. Şah rejiminə, fars irqçilərinə qarşı amansızlığı indi də dillərdə əzbərdi. İmam Xomeyninin qələbəsində xidmətləri əvəzsizdir. İranın indiki Ali Dini Lideri Seyid Əli Xamneyi də deyilənlərə görə, məhz Sadeq Xalxalinin əzmi, tələbi, qətiyyəti ilə Xomeyninin vəfatından sonra hakimiyyət kürsüsünə qalxıb.
Fars, "Ariyana" irqçilərini o hələ 1946-cı ildən başlayaraq gülələməyə başlayıb. Qurbanlarının sayı yüzlərlə, minlərlə ölçülür.
Siyahı böyükdü. Şəxsən mən bu edamları həmişə alqışlamışam. Xalxali ilk növbədə Azərbaycan xalqının düşmənlərini, fars irqçilərini ucdantutma güllələyib. Nə göz yaşlarına baxıb, nə anaya, nə bacıya...
Yüz minlərlə Azərbaycan türkünün qanını tökmüş irqçiləri, Arianaçıları 15 dəqiqəlik məhkəmələrlə tələsik cəhənnəmə vasil edib. Siyahıda gör kimlər var: İranın baş naziri Abbas Hoveyda, Tehran meri Qulamrza Nikley, İran Radio və Televiziya direktoru Mahmud Cəfəriyan, şah qvardiyası "Cavidan"ın generalı Əli Neşad, SAVAK rəhbərləri Nematullah Nasiri, Həsən Pakravan, Naser Moqəddəm, şah genarelları Mənuçehr Xosroudad, Mehdi Rəhimi, Reza Naci, Nader Cahanbani, Pərviz Əmini Əşrəf, İran XİN rəhbəri Abbasağa Halatbari və s. və i.
Fars irqçilərinin, indiki "Kir" partiyasının baş qibləgahını- şah Kiryavuşun məzarını sökmək istəyirdi, ancaq qoymadılar. Qoysalar, indiki fars millətçiləri bu öz qibləgahlarından məhrum olacaqdılar. Əfsus...
Rza şahın möhtəşəm mavzoleyini də o söküb. O Sadeq Xalxali. 2003-cü ildə dünyasını dəyişib.
Oxşar yeni bir Xalxaliyə indi də ciddi ehtiyac var. Bu günkü İranda at oynadan fars irqçilərinin, arianaçıların qulağına ilk fürsətdə bircə dəfə Xalxali adını pıçıldasaz bəsinizdi. O dəqiqə quzu balasına dönəcəklər.
Gəl ay Sadeq Xalxali! Qurtar bizi arianaçılardan. Antiazərbaycançılıqdan. Qurtar! Sənə səslənirəm. Sənə...

Комментариев нет:

Отправить комментарий