Страницы

24.01.2022

Azərbaycan Xalq Cəbhəsinin İdarə Heyətinin üzvü olmuş politoloq Zərdüşt Əlizadə Xalq Cəbhəsini xalqı qırğına verməkdə ittiham etdi:
“O vaxtlar belə bir faciəli günün yaxınlaşdığını görürdüm. Xalq Cəbhəsi İdarə heyətində üç dəfə məruzə etdim ki, xalqı ayağa qaldırıb dövlət idarələrinə, orduya hücum etmək lazım deyil. Bu təhlükəlidir və nəticəsi pis olacaq. Orduda qulluq eləməmiş, fərrari Xalq Cəbhəsinin İdarə Heyətinin üzvləri mənim dediyimi anlamırdılar. 15 nəfər idarə heyətinin üzvündən yalnız 2 nəfər Sovet ordusuna qulluq etmişdi ki, onlardan biri də mən idim. Son 13 nəfər isə fərrari idi, Sovet ordusunda qulluq eləməmişdi, min bir fırıldaqla boyun qaçırmışdı. Ona görə də orduda andın nə olduğunu, orduda verilən əmrlərin sözsüz yerinə yetirildiyini anlamadan Vəzirovu devirmək naminə xalqı sövq edirdilər ki, dövlət idarələrinə hücum etsinlər. Mənasız, səfeh uşaqlarla mitinq keçirirdilər. Dövlət idarələrini iflic vəziyyətə salmışdılar. Axırda görəndə ki bu adamlar söz anlamırlar, şüurlu surətdə xalqı qırğına aparırlar, 1990-cı il yanvarın 7-sində Xalq Cəbhəsini tərk etdim. Mən Xalq Cəbhəsini tərk edəndən sonra son sözlərim bu olmuşdu: “Bəylər, mən qorxuram. Siz xalqı qana, məğlubiyyətə aparırsınız”. Qışqırdılar ki, “xain, satqın, qorxaq” və s.  Mən də döndüm, çıxdım getdim. Qaldı Əbülfəz Əliyev və onun ətrafı. 13  gündən sonra bu hadisə baş verdi”.

Комментариев нет:

Отправить комментарий