Страницы

16.01.2022

Xalq Cəbhəsi 20 Yanvar faciəsinə görə cavab verməlidir!


Nemət Pənahlının əmri ilə Mərkəzi Komitənin binası qarşısında dar ağacı quruldu: cəbhəçilər elan etdilər ki, respublika rəhbərliyini bu dar ağacından asacaqlar. Elçibəyin əmri ilə AXC-nin silahlıları Bakıdakı hərbi hissələrin giriş-çıxışında barrikadalar qurdular. Onlar hərbçilərin hərbi hissədən çölə çıxışını bağladılar. Hərbi hissələrin qapısının ağzına beton bloklar gətirərək düzdülər, blokların yanında isə dolu benzovoz maşını saxlayaraq hərbçilərə bildirdilər ki, əgər bloku yarıb çölə çıxmağa cəhd göstərsəniz benzovoza od vuracayıq.
Həmin vaxt Bakıdakı hərbi hissələrdə olan rus hərbçiləri öz kazarmalarında, həyat yoldaşları isə “obşaqalarda” blokirovkaya salınmışdılar, yəni faktiki olaraq cəbhəçilərin əsirliyində idilər. Cəbhəçilər dəfələrlə açıq şəkildə bildirmişdilər ki, biz sizi sağ buraxmayacayıq, ermənilər kimi siz də cavab verməli olacaqsınız. Nemət Pənahlının ov tüfəngləri ilə silahlanmış dəstəsi rus zabitlərinin övladlarının olduğu uşaq baxçasını tutdular, uşaqları girov götürərək şəhərdəki ordu komandanlığına ultimatum verdilər. Rus hərbçilərinin arvad-uşaqları cəbhəçilərin qarşısında hansı günah işlətmişdilər, başa düşmək olmurdu.
AXC-nin hökumət qarşısında qoyduğu mücərrəd tələblər bunlar idi: Azərbaycanın iqtisadi müstəqilliyi bərpa edilsin; Müdafiə dəstələri yaradılsın; Şimali Azərbaycanla Cənubi Azərbaycanın sərhədləri götürülsün. Maraqlıdır ki, Vəzirovun dövründə Azərbaycanın İranla sərhədlərini sökən cəbhəçilər özləri hakimiyyətə gələndən sonra həmin sərhədləri yenidən bərpa etdilər. Elə təkcə bu fakt onu göstərir ki, AXC-nin tələbləri sırf manipulyasiya xarakterli idi. “Azərbaycanın Rusiyadan iqtisadi asılılığı aradan qaldırılsın” tələbi qoyan cəbhə tərəfdarlarının çoxu “müstəqillik bərpa olunandan” sonra bir tikə çörək dalınca Rusiya bazarlarına alver eləməyə yollanmalı oldular. 1989-cu ildə meydanda “Qarabağda erməni qalmayacaq, hamısını qovub çıxaracayıq” deyən cəbhəçilər Ayaz Mütəllibov erməni terrorçularına qarşı əməliyyat keçirəndə buna qarşı çıxdılar. Elçibəy, İsa Qəmbər və Etibar Məmmədov mətbuat konfransı keçirərək, xarici KiV-lərə müsahibə və açıqlamalar verərək Mütəllibovu erməniləri qırmaqda, Azərbaycandan deportasiya etməkdə günahlandırdılar və genosidi dayandırmağı tələb etdilər. 1989-cu ildə meydanda “Nə qədər erməni Qarabağdadır, bizim rahatlığımız yoxdur!” bağıran Elçibəy özü prezident olanda, 1992-ci ildə deyirdi ki: “Laçın dəhlizini bağlamaq olmaz, ermənilər dünyanı üstümüzə qaldırarlar”. Sonralar Ayaz Mütəllibov xatirələrində yazırdı: “Qarabağın işğal olunmuş ərazilərinin qaytarılması əməliyyatı 23-cü motoatıcı diviziya ilə razılaşdırılmışdı və 6 mart 1992-ci ilə təyin olunmuşdu. Elə həmin gün Xalq Cəbhəsi Ali Sovetin binasını mühasirəyə aldı və mənim istefamı tələb etdi”. İsa Qəmbər açıq-aşkar deyirdi: “Bizə Qarabağ lazım deyil, Mütəllibovun istefası lazımdır”. “Nə qədər erməni Qarabağdadır, bizim rahatlığımız yoxdur”
Yanvar hadisələrindən qabaq Nemət Pənahlı Azadlıq meydanı adı verdikləri Lenin meydanında etdiyi çıxışlarında deyirdi:
“Vaxt var idi yumruq kimi birləşmişdik. Amma erməni evlərinin bölüşdürülməsinə gələndə parçalanma baş verdi, aramızda qırğın düşdü. Çünki başladılar erməni evlərinin bölüşdürülməsi uğrunda davaya. Şəxsi mənafe milli mənafeyi üstələdi. Bu məqsəd yavaş-yavaş parçalandı getdi vəzifə davalarına, tayfa davalarına. Belə getsə axırda özümüz bir-birimizi qıracayıq”.
“Ermənistandan gələnlərlə bizim aramızda müəyyən fərqlər, yadlaşmalar var. Ona görə bir-birimizi başa düşmürük”.
“Mən bu meydana kəfən geyinib gəlmişəm!”
“Kəfən geyinmişəm, dediyimdən dönməyəcəyəm, sizinlə bu meydanda öləcəyəm”.
“Artıq “Şmidt” zavodu avtomat silahlar istehsal etməyə başlayıb. Müdafiəmizi təşkil edəcəyik”.
“Fikirləşirsiniz ki, qoşun gətirəcəksiniz, xalqı qırdıracaqsınız. Biz 100-200 avtomatlı ilə gələcəyik bura. Həmin gətirəcəyiniz ordu da tərksilah olunacaq, həmin avtomatlar da xalqın əlinə keçəcək”.
“Şəxsən mən girəcəyəm burda 10 nəfəri öldürəcəyəm, özümü də öldürəcəyəm”.
“Ölümə gedəcəyik və qələbə qazanacayıq. İkinci söhbət olmamalıdır”.
“Əgər bu gün biz 100 nəfərin qanı bahasına qələbə çalacayıqsa, sabaha qalsa 200 nəfərin, birisi gün 1000 nəfərin qanı hesabına qələbə çalacayıq”.
“Bilməlidirlər ki, bizim qoyduğumuz tələbin arxasında “ya olum ya ölüm” durur”.
“Mənim mübarizəm şimallı-cənublu vahid Azərbaycan qurmaqdır. Bu yolda son nəfəsimə qədər vuruşacağam!”.
“Kim ki ölümə hazırdır, döyüşdə birləşək. Döyüşdə birləşəndə biz müqəddəs oluruq”.
“Silahlı dəstələr yaradırıq. Qeyrəti olan, namusu olan hər kəs bizə qoşulsun”.
“Azərbaycanın rəhbərliyi xalqı eşitməsə, onu məhv edəcəyik. Xalq öz oğullarını meydana çıxaracaq”.
“Biz məcburuq ki, öz içərimizdə daxili düşmənlərlə vuruşaq”.
“Bu gün sizə müraciətimiz budur: Silah, silah, silah! Hansı yolla edirsiniz edin – oğurluq, doğurluq – silah əldə edin!”
“10 nəfər birgə dəstə düzəltsin, başçısı gəlib desin ki, 10 nəfərlik dəstə hazırdır. Tələbələr ayrı gəlsin. Hərbi məşqlər keçirmək üçün pensiyada olan hərbiçilər bizə köməyə gəlsin”.
“Yerdən məlumatlar gəlir ki, Mərkəzi Komitəni dağıtmaq lazımdır. Əgər bura hansısa məqsədə görə yığışmışıqsa, gəlin bunu edək”.
“Tələblərimizə cavab verilməsə Mərkəzi Komitəni dağıdacayıq”.
Xalq cəbhəsinin aktivistləri silah ələ keçirmək üçün hərbi hissələrin silah anbarlarına hücumlar təşkil etdilər. Rəsul Quliyevin pulu ilə Volqoqraddan odlu silahlar alınaraq Bakıya gətirildi. JEK-lərdən rus praporşiklərinin və zabitlərinin ünvanlarının siyahısını çıxarmışdılar, bu evlərə basqınlar edərək ailələrə təcavüz edirdilər. Sonradan aydın oldu ki, bütün bunlar hərbçiləri xalqın üzərinə yönəltmək məqsədilə edilirdi. Xalq Cəbhəsinin liderləri rayonlara da yollanıb burda böyük fitnə-fəsadlar törətdilər. 29 dekabr 1989-cu ildə AXC Cəlilabadda, 10 yanvar 1990-cı ildə Lənkəranda hakimiyyəti ələ keçirdi. Cəlilabadda raykom və KQB binaları dağıdılaraq tar-mar edildi, raykom katibi döyülərək eşşəyin belinə mindirildi və küçələrdə gəzdilrildi. 19 yanvarda artıq 27 rayon AXC-nin əlinə keçmişdi. Cəbhəçilər raykom binalarının katibliyinə doluşurdular, qapını çöldən mısmarlayırdılar, raykom katibi içəridə qalırdı və çölə çıxa bilmirdi. Bəzi rayonların raykom binasında çiyinlərində ov tüfəngləri olan cəbhəçilər otururdular, Cəlilabad, Sabirabad və digər rayonlarda partiya komitələrinin və dövlət orqanlarının qapıları mismarlanmışdı, bu rayonlardan katiblər, prokurorlar və digər dövlət işçiləri qovulmuşdu. Respublikada sözün əsl mənasında anarxiya və özbaşınalıq yaranmışdı. 1989-cu il dekabrın sonunda cəbhəçilər Naxçıvanda heç bir əsas olmadığı halda İranla dövlət sərhədinin məftillərini söküb dağıtdılar və İrana girdilər. Ümumilikdə Azərbaycan ilə İran arasında 700 kilometrlik sərhəd xətti məhv edildi. 19 yanvarda Naxçıvan MSSR təktərəfli olaraq SSRİ-dən rəsmən ayrıldığını elan etdi ki, bu həm SSRİ, həm də Azərbaycan Konstitusiyasına zidd idi. Beləliklə, Naxçıvan müstəqil respublika oldu. Cəbhəçilər təkcə soyğunçuluqlar, qətllər və dağıntılar törətmir, açıq-aşkar terror aktı həyata keçirməkdən də çəkinmirdilər. Onlar Sovet flotiliyasının Bayılda tikilmiş yeni qərargah binasını bomba qoyaraq partlatdılar, 22 matros dağıntılar altında qalaraq öldü.
Qarət olunacaq erməni mənzillərinin siyahısını AXC üzvləri Becan Fərzəliyev və Nemət Pənahlı hazırlamışdı. İğtişaşlar törədən dəstələrdən birinə Elçibəyin köməkçisi Şəmsəddin Umudov rəhbərlik edirdi və o 16 yaşlı rus qızının zorlanmasında da iştirak etmişdi. Qarət olunmuş malların bir hissəsi AXC-çilərin Leytenant Şmidt adına zavoddakı qərargahında toplanmışdı. AXC 40-a yaxın silahlı dəstə yaratmışdı. Nəticədə 42-si erməni, 17-si azərbaycanlı olmaqla 59 adam öldürülmüş, 300 nəfər isə yaralanmışdı. 17-18 yanvarda odlu silah, bıçaq və payalarla silahlanmış cəbhəçilər Hökumət Evini tutmaq üçün 3 dəfə cəhd göstərərək hücuma keçdilər. “Ölkə rəhbərliyinə də bildirmişik ki, ya öləcəyik, ya da öldürəcəyik” – proseslərin əsas yönləndiricilərindən olan Nemət Pənahlı deyirdi.
Belə bir ağır şəraitdə Moskvadan Mərkəzi Komitənin katibi Andrey Qirenko digər dövlət nümayəndələri ilə birgə Bakıya gəldilər. Qirenko cəbhəçilərlə görüşərək xahiş etdi ki, qızışdırdıqları əhalini meydandan evlərinə göndərsinlər. O demək olar yalvararaq onlara dedi ki, yollarda, hərbi hissələrdə və aeroportda qurduqları barrikadaları yığışdırsınlar, hərbçilərin əhali ilə toqquşmasının qarşısını alsınlar. Lakin Etibar Məmmədov Qirenkoya bildirdi ki, onlar heç bir barrikadanı sökməyəcəklər, hərbçiləri şəhərə buraxmayacaqlar və müqavimət göstərərək bu yolda son damla qanlarına kimi vuruşacaqlar. Elçibəy də dövlət nümayəndələrinin xahişlərinə məhəl qoymadı, bildirdi ki, bizim hərbçiləri şəhərə buraxmaq fikrimiz yoxdur, tələbimiz Vəzirovun hakimiyyətdən getməsidir və onun yerinə xalqın içindən çıxmış bizim dediyimiz adam oturmalıdır. Mərkəzi Komitənin ikinci katibi Viktor Polyaniçko Etibar Məmmədova Bakıya ordu göndəriləcəyi barədə xəbərdarlıq etdi. Etibar Məmmədovun cavabı isə qəti oldu: “Biz tam hazırıq, müqavimət göstərib ordunu məhv edəcəyik”.
Azərbaycan KQB-sinin keçmiş sədri Vaqif Hüseynov yazır: “Xalqı qırğına verməmək təklifimizə Elçibəy belə cavab verdi: «Bizə qan lazımdır! Nə qədər ki Tbilisidə qan axıdılmadı, beynəlxalq hüquq təşkilatları Gürcüstana diqqət ayırmadılar. Bizə diqqət yetirmələri üçün hökmən qan lazımdır»”.
20 yanvar günü Etibar Məmmədov mitinqçilərə müraciətində deyirdi: “Xalqı küçələrə çıxmağa və işğalçı orduya qarşı müqavimət göstərməyə çağırırıq. Möhkəm durun, mən AXC rayon şöbələrinə əmr vermişəm ki, kömək göndərsinlər. Artıq Göyçay rayonundan hərəsində 100 nəfər olmaqla 5 avtobus adam yola düşüb, köməyə gəlirlər!”
Həmin hadisələrin iştirakçısı olmuş Hacı Əbdül bildirirdi: “Nemət Pənahlı əhaliyə deyirdi ki, heç yerə getməyin, sizin üçün silah-sursat gətirəcəyik. Camaatı aldada-aldada meydanda saxlayan Nemət Pənahlı oldu. 20 Yanvar hadisələrində əsas günahkar Xalq Cəbhəsidir. Hadisələri onlar özləri törədirdilər. Buna görə də hadisələrin qarşısını almaqdan söhbət gedə bilməz. Məqsəd hakimiyyətə gəlmək idi”.
20 yanvar barədə AXC liderlərinin səsləndirdikləri fikirlərə baxaq.
Etibar Məmmədov: “Nə qədər çox qan tökülsə, işimizin xeyrinədi, millət bir o qədər tez təşəkkül tapar”.
Nemət Pənahlı: “20 yanvar - bizim ən böyük qələbəmizdir. O ki qaldı yüz, iki yüz adamın ölümünə, boş şeydi, qələbə ilə müqayisədə bu o qədər də böyük faciə deyil”.
Elçibəy: “Qoy lap millətin yarısı qırılsın, nə olasıdı ki? Yaxşılar ki qalacaq!”
Fəzail Ağamalı: “Rumıniyadan başlayan qanlı inqilablar dalğası Azərbaycanı da öz ağuşuna almalıdır”.
Sovet Ordusu AXC ekstremistlərinin əlində olan hakimiyyəti geri qaytarmaq üçün 19 yanvar gecəsi Bakıya daxil oldu. Xalq Cəbhəsinin radikallarından ibarət olan silahlı qrup üzvləri yaxınlıqdakı beşmərtəbəli binaların pəncərələrindən, balkonlarından və damlarından əsgərlərə atəş açdılar ki, onlar da cavab atəşi açsınlar və qabaqdakı əhalini gülləbaran etsinlər. Qırğın da məhz həmin təxribatçı qrupun açdığı atəş nəticəsində baş verdi. Qrup atəş açaraq onlarla Sover hərbçisini öldürmüş və yaralamış, bundan sonra əsgərlər kütləyə atəş açmağa başlamışdılar. Qırğın törədilməsi məqsədilə cəbhəçilərin öldürdüyü rus əsgərləri bunlardır:
Vladimir Qamartsev – başından və sinəsindən güllələnmişdir;
Vasili Kovalev – başından və boynundan güllələnmişdir;
Aleksandr Kuzin – başından güllələnmişdir;
Aleksandr Lukyanov – qarnından güllələnmişdir;
Aleksandr Maleev – başından güllələnmişdir;
Serqey Oleynik – sinəsindən və qarnından güllələnmişdir;
Serqey Pyatakov – başından güllələnmişdir;
İqor Redko – başından güllələnmişdir;
Serqey Roqaçevski – başından güllələnmişdir.
Bunlar təkcə adları sənədlərdə əks olunan hərbçilərin adlarıdır, reallıqda isə öldürülmüş hərbçilərin sayı daha çox olmuşdur. Bulvarda patrul həyata keçirən rotanın avtomat silahlardan atəşə tutulması nəticəsində bir serjant, bir nəfər də sıravi əsgər yaralandı. Serjantın güllə kürəyindən keçib qarın boşluğuna girmişdi, hospitalda metr yarım bağırsağı kəsilib götürüləndən sonra sağ qaldı, əsgərin isə güllə kaskasını deşərək başına girmişdi ki, bir ay sonra huşu özünə gəlmədən hospitalda öldü. Təkcə Salyan kazarmaları ərazisində snayper tüfənglərindən açılan atəş nəticəsində 6 əsgər yerindəcə öldürülmüşdür. Bu yolla elə bir görüntü yarada bilmişdilər ki, qoşun spontan şəkildə üzbəüz barrikadalardakı camaatı gülləyə tutsun. Mətbuatın məlumatına görə, 19 yanvardan 21 yanvara kimi provokatorlar tərəfindən 29 Sovet hərbçisi və 5 milisioneri öldürülmüş, 300 hərbçi isə yaralanmışdır.
Beləliklə, xalqı küçəyə tökən AXC üzvləri özləri beşmərtəbəli binaların pəncərələrindən yaxınlaşan əsgərlərə atəş açırdılar ki, əsgərlər kütləyə atəş açsın. Nəticədə qan tökülsün, xalqda hakimiyyətə nifrət yaransın, ruslar Azərbaycandan çıxarılsın və ölkədən Moskvanın nəzarəti götürülsün. Başlı-başına qalan ölkə bunların əlinə keçsin.
Cəbhəçilər zavoddan maşına kəsilmiş armatur yükləyərək gətirib aksiya iştirakçılarına paylamışdılar ki, bununla hərbçilərə müqavimət göstərsinlər. Şəhərin içində hər 2-2,5 kilometrdən bir barrikadalar qurmuşdular. Onlar hərbçilərin yaxınlaşdığı küçələrdə hazır vəziyyətdə saxladıqları benzovozların şlanqını açırdılar, benzini yol boyu asfalta süzürdülər, hərbçilərin BMP-ləri yaxınlaşarkən yola od vururdular. Beləcə küçələri oda-alova qərq edirdilər. Məhz cəbhəçilərin qəsdən yaratdıqları xaos və qarışıqlıq 1990-cı ilin 20 yanvarında ağır faciəyə gətirib çıxarmışdır.
Meydanda xalq güllələr altında qırılanda tribinadan barbar bağırıb yaxasını yırtın cəbhə liderlərindən biri də ortalıqda tapılmadı, hamısı qaçıb gizləndi. Nemət Pənahlı deyirdi ki, bütün Azərbaycan xalqı qarşısında and içirəm, bu yolda xalqımla birgə son damla qanına kimi vuruşacağam: “And içirəm Nəsimi inadına, Səftərxan qeyrətinə, Koroğlu qeyrətinə, Babək qeyrətinə” – o tribunadan xalqı tovlayaraq bildirirdi. “Biz vətən eşqi məktəbində can verməyi öyrənmişik” – bu cür pafoslu ifadələr işlədərək kütləni qızışdırırdı. Amma “aşiqi sadiq mənəm” deyən “milli qəhrəmanımız” Qarabağa xalq yardımı adı altında yığılmış bir kulok pulla sərhədi keçərək İran ərazisinə qaçdı.
20 Yanvar hadisələrində AXC idarə heyətinin 14 üzvündən heç birinin nə özü, nə də qohum-əqrəbası heç bir xəsarət almamışdır. Heç kəs indiyə kimi cinayət məsuliyyətinə cəlb olunmamışdır. Bu təşkilatçılar onilliklərdir heç yerdə işləmədikləri halda xalqın 80%-indən qat-qat yaxşı dolanırlar və təmtəraqlı həyat tərzi sürürlər.

“20 yanvar günü axşam 11-də AXC sədri Əbülfəz Əliyev qəlb dostu Becan Fərzəliyevin yanına getdi və qırğın gecəsi orda gizləndi. Növbəti bir neçə gündə də Becanın evində gizləndi. Rəsul Quliyev gizlicə müzakirə üçün tez-tez onun yanına gəlirdi. Daha sonra Əbülfəz Lahıca gedir və orda bir müddət gizlənir. Az sonra heç kimin “ələkeçməz Co”nu axtarmadığına əmin olub, heç nə olmamış kimi xalqın qarşısına çıxır və AXC-yə rəhbərlik etməyi, Milli Məclisdə sessiyalar keçirməyi və Hökuməti idarə etməyi tövsiyə edir. İsa Qəmbər həmin gecəni Yusif Səmədoğlunun mənzilində keçirir. Birlikdə paytaxtdakı divan barədə dünyanı məlumatlandıran radionu dinləyirlər. Etibar Məmmədov barrikadaları gəzir və mətin olmağı tələb edirdi. 20 yanvara kimi “Qarabağı müdafiə etmək üçün” vəsait toplayan Nemət Pənahov qırğın başlayandan sonra meqafon vasitəsilə sakinləri mənzillərindən küçələrə çıxıb şəhəri qorumağa çağırırdı”.
Zərdüşt Əlizadə, “İkinci respublikanın sonu” kitabından

“Əbülfəz Əliyev Asəf Zeynallı adına Bakı Musiqi Məktəbinin yaxınlığında zirzəmidə yerləşən kafedə idi. Hikmət Hacızadə evində yatmışdı. İsa Qəmbər Yusif Səmədoğlu ilə onun evində çay içirdi. Nemət Pənahov meydanda camaata deyirdi ki, dağılmayın, bir azdan sizə tankvuran avadanlıqlar gətirəcəyəm. Etibar Məmmədov həmin gecə Moskvaya uçub getdi. Rəhim Qazıyevin isə harda olduğunu bilmirəm”.
Meydan hadisələrinin iştirakçısı Araz Əlizadənin xatirələrindən

“20 Yanvarda dövlət onun cənub sərhədlərini sökən, yerli icra strukturlarını zorla zəbt edən, dinc vətəndaşları öldürən ekstremistlərə ordunun tədbir görəcəyi, atəş açacağı barədə qabaqcadan xəbərdarlıq etmişdi. Moskvanın yüksək vəzifəli nümayəndəsi Andrey Qirenko Elçibəyə şəxsən dedi ki, insanları küçələrdən yığışdırın, yoxsa ordu atəş açacaq. Amma o bunu etmədən Becan Fərzəliyevin evində gizləndi və nə qədər adam öləcəyini gözlədi... Əli Kərimli, siz də itkilər daha çox olsun deyə “güllələr xolostoy olacaq” şayiəsini yaydınız. O axşam Yurd Birliyi üzrə müavininiz Qorxmaz İbrahimlinin bu işlə şəxsən məşğul olduğuna şahidəm. O mənə dedi ki, güllələr xolostoy olacaq və bütün BDU şöbəsi MK-nın qarşısına toplaşacaq. Ancaq mən MK-nın qarşısında 3-4 saat ərzində AXC BDU şöbəsindən heç kəsi görmədim. Təkcə Vəkil Hacıyev camaatı ölümə göndərməklə məşğul idi. Saat 12 radələrində İnşaatçılar metrosu tərəfdə gülləbarana düşəndə yanımdakı uşaqlara dedim ki, qaçmayın, güllələr xolostoydur. Ancaq onlardan biri dedi ki, bunlar həqiqi güllələrdir və biz qaçıb canımızı güclə qurtardıq. Orda bir nəfəri öldürdülər. Mən bu haqda dəfələlərlə yazmış, telekanallarda danışmışam. Amma Qoxmazdan səs-səmir çıxmayıb. Mən yenə ondan, eyni zamanda sizdən soruşuram: bu informasiya hardan idi? Qoy o da mənbəni açıqlasın və biz insanları ölümə kimin göndərdiyini dəqiq bilək. Əlbəttə bu birmənalı AXC-dir. Sadəcə konkret adlar olmalıdır ki, məhkəmə qarşısına onları çıxaraq. O gün yaxındadır, Əli bəy!”
Yazıçı-jurnalist Nadir Qocabəyli.

“Yanvar hadisələrindən iki gün qabaq, 18 yanvar 1990-cı ildə nazirlərdən biri kağız kulokda İsa Qəmbərə 76 min pul verdi. İsa Qəmbər bizə desin görək, həmin pulu neylədi, hara xərclədi?”
Rəhim Qazıyev

20 Yanvar qırğınının əsas təşkilatçılarından olan Becan Fərzəliyev hal-hazırda Türkiyədə NATO-nun Müdafiə sənayesi kompleksində mühüm vəzifə tutur, Etibar Məmmədov isə Türkiyədə PKK ilə şərik şirkətlər işlədir.

Azərbaycan Xalq Cəbhəsinin İdarə Heyətinin üzvü olmuş politoloq Zərdüşt Əlizadə Xalq Cəbhəsini xalqı qırğına verməkdə ittiham edərək demişdir: “O vaxtlar belə bir faciəli günün yaxınlaşdığını görürdüm. Xalq Cəbhəsi İdarə heyətində üç dəfə məruzə etdim ki, xalqı ayağa qaldırıb dövlət idarələrinə, orduya hücum etmək lazım deyil. Bu, təhlükəlidir və nəticəsi pis olacaq. Orduda qulluq eləməmiş, fərari Xalq Cəbhəsinin İdarə Heyətinin üzvləri mənim dediyimi anlamırdılar. 15 nəfər idarə heyətinin üzvündən yalnız 2 nəfər Sovet ordusuna qulluq etmişdi ki, onlardan biri də mən idim. Son 13 nəfər isə fərrari idi, Sovet ordusunda qulluq eləməmişdi, min bir fırıldaqla boyun qaçırmışdı. Ona görə də orduda andın nə olduğunu, orduda verilən əmrlərin sözsüz yerinə yetirildiyini anlamadan Vəzirovu devirmək naminə xalqı sövq edirdilər ki, dövlət idarələrinə hücum etsinlər. Mənasız, səfeh uşaqlarla mitinq keçirirdilər. Dövlət idarələrini iflic vəziyyətə salmışdılar. Axırda görəndə ki, bu adamlar söz anlamırlar, şüurlu surətdə xalqı qırğına aparırlar, 1990-cı il yanvarın 7-sində Xalq Cəbhəsini tərk etdim. Mən Xalq Cəbhəsini tərk edəndən sonra son sözlərim bu olmuşdu: “Bəylər, mən qorxuram. Siz xalqı qana, məğlubiyyətə aparırsınız”. Qışqırdılar ki, “xain, satqın, qorxaq” və s. Mən də döndüm, çıxdım getdim. Qaldı Əbülfəz Əliyev və onun ətrafı. 13 gündən sonra bu hadisə baş verdi... Xalq Cəbhəsi şüurlu sürətdə bilərək ki qırğın olacaq, xalqı yalançı şüarlarla küçələrə çıxartdı. Silah verəcəyik və s. yalançı vədlərlə xalqı aldatdılar. Camaatı küçələrə çıxardılar, Sovet hərbi hissələrinin ətrafında və Bakıya gedən əsas yollarda barikadalar qurdular. O vaxtlar onlara siyasi rəhbərlik tərəfindən təhdid edildi ki, camaatı küçəyə çıxartmayın. İsa Qəmbərin cavabı belə oldu ki, nümayiş və mitinqlər xalqın konstitusion hüququdur. Gəlin vurun qırın! Əbülfəz bəy də xalqa dedi ki, qadınlar getsin, kişilər qalsın. Özü də qaçdı gizləndi qəlb dostu Becan Fərzəliyevin evində. Ondan sonra ordu gəldi qırdı... Həmin vaxtlar Moskva bura ən ali məqamlı siyasi rəhbərlərini göndərmişdi. Onlar Xalq Cəbhəsinin liderləri ilə görüşdülər və dedilər ki, xalqı küçəyə çıxartmayın. Amma dedilər ki, çıxardacağıq. Belə bir şəraitdə Vəzirovu yıxmaq naminə mənasız şüarlarla camaatı verdilər qırğına. Sonra da iblisanə bir məkrlə bunu adlandırdılar xalqın qəhrəmanlıq simfoniyası, vəssalam. Sonda Vəzirovu yıxdılar. Bu adamlar alçaq işlərini görəndən sonra çəkiliblər və 30 ildir müxalifət rolunu oynayırlar. 18 dəfə seçkini uduzublar, özlərini xalqın adamı adlandırırlar. Mən adi insanam, bilirəm çörəyim hardan çıxır. Sovet dövründə aldığım mənzildə yaşayıram. Bu adamlar hardan qazanırlar? Necə yaşayırlar? Gəlirləri hardandır? Anlamaq olmur. Xalq olaraq bu sualı vermirik. İndi sosial şəbəkədəki nadan, cahil insanlar elə bilirlər hər şey bilirlər, əslində tariximizlə bağlı heç nə bilmirlər”.


13 yanvar - Nemət Pənahlı orduya müqavimət üçün silahlı dəstələr yaradır
https://www.youtube.com/watch?v=xXAOV1YWqJA&t=34s

13 yanvar - Nemət Pənahlı Leytenant Şmidt zavodunda silah istehsal etmələri barədə
https://www.youtube.com/watch?v=RY-t1ZjQmRA

13 yanvar - Cəbhəçilərin erməni evlərinin üstündə bir-birini qırması barədə
https://www.youtube.com/watch?v=eBple8y89B4

13 yanvar - Cəbhəçilər xalqı qırğına çağırır
https://www.youtube.com/watch?v=cQHNABwu_y0

13 yanvar - Cəbhəçilər xalqı necə qırğına verdi
https://www.youtube.com/watch?v=HBlN9ck740Q

20 yanvarda əsgərlərə güllə atanlar kimlər idi?
https://www.youtube.com/watch?v=Zwi9VS5nG98

20 yanvar gecəsi əsgərlərə güllə atan qrup
https://www.youtube.com/watch?v=ONSyt24cAyI

Xalq Cəbhəsi 20 Yanvarda əhalini iğtişaşlara necə təşviq etdi
https://www.youtube.com/watch?v=g35QDYSUjyg&t=318s

Xalq Cəbhəsinin provokatorları hərbçilərə güllə atmaqla xalqı qırğına verdilər
https://www.youtube.com/watch?v=lF5X0V9hQ1s&t=146s

Rus hərbçilərinin arvad-uşaqları cəbhəçilərin qarşısında hansı günahı işlətmişdilər?
https://www.youtube.com/watch?v=hQxlNywyfEo

Zərdüşt Əlizadə: Dava müstəqillik davası deyildi, milli sərvətləri ələ keçirmək davası idi
https://www.youtube.com/watch?v=byjXQ1XaKpY

Turan express teleqram kanalı
https://t.me/turan_express

Комментариев нет:

Отправить комментарий