Страницы

18.01.2022

Yüzlərlə azərbaycanlı kişini soyundurub şantaj edən Sevinch Niyazi axtarılır

Azərbaycanın hüquq-mühafizə orqanları kibercinayətkarlıqda təqsirləndirilən Bolqarıstan vətəndaşını beynəlxalq axtarışa verib. Bu barədə məlumat İnterpolun saytında yerləşdirilib. Həmin şəxs- 33 yaşlı Sevinch Niyazi kompüter materiallarını dəfələrlə qanunsuz mənimsəmə və kibercinayətkarlıqda təqsirləndirilir. Onun saxlanılması üçün “qırmızı bülleten”lə İnterpola müraciət edilib. Azərbaycan məhkəmələri tərəfindən Sevinch Niyazi təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində dövlətlərarası axtarış elan olunub.
Qeyd edək ki, bir qədər əvvəl Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ölkə vətəndaşlarını intim videogörüntüləri ilə şantaj edən mütəşəkkil dəstənin ifşa edilməsi barədə məlumat yaymışdı. Sevinch Niyazinin də mütəşəkkil dəstənin üzvü olduğu açıqlanıb.
Həmin mütəşəkkil dəstə üzvləri “Facebook” sosial şəbəkəsində yaratdıqları saxta hesablar vasitəsilə müxtəlif Azərbaycan Respublikasının vətəndaşlarına məxsus hesablara videogörüntülü zənglər edərək intim xarakterli davranışlara sövq etməyə yönələn hərəkətlər edib, texniki vasitələrdən istifadə edilməklə xüsusi proqram təminatları ilə zəng edən və zəng qəbul edən tərəflərin qarşılıqlı əks olunduğu ekran pəncərəsinin videoçəkilişini həyata keçirib, “Facebook Messenger” və “WhatsApp” tətbiqləri vasitəsilə həmin vətəndaşlarla əlaqə yaradıb onların və yaxın qohumlarının barəsində rüsvayedici materialları nümayiş etdirib yayma hədəsi ilə külli miqdarda pul vəsaitləri tələb edərək beynəlxalq pul köçürmə sistemləri vasitəsilə çoxsaylı hesablara göndərilməsini təmin ediblər.
Cinayətkar şəbəkəyə daxil olan 32 nəfərin şəxsiyyəti təsbit edilərək texniki izlər və pul köçürmələri əsasında davam edən cinayət əməllərindən 200 nəfərdən artıq Azərbaycan vətəndaşının zərər çəkdiyi məlum olub.
Cinayət işi üzrə beynəlxalq hüquqi yardım prosedurları çərçivəsində cinayət əməllərinin təşkilatçılarının Bolqarıstan Respublikasında məskunlaşdığı müəyyən edilərək Bolqarıstan Respublikasının hüquq mühafizə orqanları ilə birgə həmin ölkənin Silistra əyalətində yerləşən ünvanlarda axtarış, dindirmə və digər intensiv istintaq hərəkətləri keçirilib.
Bu şəbəkənin toruna düşənlər arasında bir sıra tanınmış şəxslər, o cümlədən YAP-ın Bakı rayon təşkilatlarından birinin rəhbəri də yer alırdı.

Комментариев нет:

Отправить комментарий