Страницы

27.04.2022

Gizlədilmiş tarix: Şamilin ordusu
kimlərdən ibarət idi

Müasirləri bildirirlər ki, Şamilin başına yığdığı müridlərində bir-birlərinə paxıllıq vardı, onlar bir-birlərinə böhtan ataraq şərləyir, əllərinə keçən qənimətdən acgözlüklə yapışır, görməmişcəsinə bölüşərkən bir-birləri ilə davaya çıxırdılar. Şamil öz qoşununda nizam-intizamı saxlamaq üçün qanunlar qoysa da, bu qanunlara baxan yox idi. Onun silahdaşları və naibləri əhaliyə zülm verərək incidirdilər. Onun indi tərifləri göylərə qaldırılmış müridləri reallıqda haqq-ədalətdən çox uzaq adamlar idilər, əllərinin altına düşən ərazilərdə əhalinin maddi vəziyyəti onları qətiyyən düşündürmürdü, yalnız öz qarınlarını və ciblərini fikirləşirdilər. Onların əsas məqsədi cihad yox, xalqın hesabına varlanmaq idi. Şamilin mirzəsi işləmiş Hacı Əlinin qeyd etdiyi kimi, rusların müdaxiləsi olmasaydı da Şamilin adamlarının xalqa qarşı zülmləri, ədalətsizlikləri və tamahkarlıqları əvvəl-axır onun yaratdığı dırnaqarası dövləti çökdürəcəkdi. Hacı Əli onun ierarxiyasında olan iyrəncliklər barədə belə yazır: “Mən Şamilin yaxınlarının və müşavirlərinin qəlbində yalnız paxıllıq gördüm, bir-birinə şər gördüm, hər nə yolla olursa olsun var-dövlət ələ keçirməkdə acgözlük gördüm. İşlərlə yaxından tanış olandan sonra əmin oldum ki, Şamilin hakimiyyəti davamlı deyil, müvəqqətidir, məhv olmağa labüddür. Çünki Şamilin silahdaşları və naibləri xalqa zülm verirdilər, haqq-ədalət və onlara tapşırılmış camaatın dolanışığı heç veclərinə də deyildi. Onlar yalnız özlərini fikirləşirdilər, xalqın hesabına varlanmağa can atırdılar və nahaqdan müsəlmanların qanını tökürdülər. Onların ədalətsizliyi, tamahkarlığı və xalqa qarşı zülmü ifrat həddə çatmışdı”.

Комментариев нет:

Отправить комментарий