Страницы

30.04.2022

Gizlədilmiş tarix: Şeyx Şamilin gəliri Azərbaycan ellərini çapıb talamaqdan çıxırdı

Şeyx Şamil adlı avar qulduru Azərbaycan ellərinə qan uddurmaqla məşğul olmuşdur. Onun əsas gəliri Azərbaycanın şimalındakı ləzgi ellərini çapıb talamaqdan çıxırdı. İndi müqəddəs müharibə adı qoyulmuş dırnaqarası döyüş əməliyyatlarının əsasını Borçalıya talançılıq yürüşləri təşkil edirdi. Şamilin çağırışı ilə dağlardakı çeçen və avar qaçaq-quldurları bir araya gəlir, dağların düzənliyə keçdiyi yerlərdən əlverişli bildikləri bir sahədə toplaşaraq ləzgi ellərinə hücum çəkirdilər. Onlar əvvəlcə yolun üstündəki kazak postlarına basqın edirdilər, burdakı əsgərləri qırıb çatırdılar. Yolu açdıqdan sonra Şamilin dəstələri Alazan vadisinə girirdilər, burdakı elləri qorxusuz-hürküsüz tar-mar edirdilər. Onlar ləzgi və gürcü kəndlərini darmadağın edərək əllərinə keçəni daşıyıb aparırdılar. Kəndlərə od vurur, mal-qaranı qabaqlarına qatıb aparır, sonradan pula dəyişmək üçün əsir qızlar və uşaqlar götürürdülər. Dağlılar tarix boyu Tuşetiya, Kaxetiya və Car-Balakən vilayətlərinin kəndlərini çapıb talamaqla, mal-qaralarını qovub aparmaqla, adamlarını girov götürməklə dolanmışlar və ruslar onlara bu işdə mane olurdular. Şamilin başına yığdığı quldurlar özlərindən sonra dağılmış kəndlər, yanmış evlər, ahu-nalə çəkən insanlar saxlayırdılar. Şamil ordusunu gücləndirəndən sonra o bu cür çapqınçılıq yürüşlərdən osetin və kabardin ellərinə də etməyə başladı, onların da qara günləri başlandı. Şamilin dırnaqarası imaməti gücləndikcə belə qısamüddətli yürüşlər, ildırımsürətli əməliyyatlar bütün Qafqazı fəlakətlə üz-üzə qoydu.
Şamilin bandası 1852-ci ildə Gəncə yaxınlığında poçtu qarət etmişdi ki, fəaliyyətdə olduqları dövrdə ən böyük gəlirlərini – 15 min 230 rubl gümüş pulu da məhz burdan aparmışdılar.
Lakin ruslar tədricən hərtərəfli tədbirlər görməyə başladılar, Ləzgi liniyasının bütün-giriş çıxışlarını bağladılar, nəzarət qoydular. 1854-cü ildə Ləzgi torpağına talan məqsədilə soxulan 100 mühacirdən cəmi 1-i sağ geri qayıtdı- bundan sonra şamilçilər bir də Ləzgi torpağına girməyə cəsarət etmədilər. Rusların sayəsində Car-Balakən, Şirvan, Şəki və Azərbaycanın digər şimal elləri rahat nəfəs aldılar.
Belə olan halda şamilçilər öz doğma avar ellərini soymağa girişdilər.

Комментариев нет:

Отправить комментарий