Страницы

16.04.2022

Söyün rusu nəyi var söyün!


Oktay Rəhimov

Sosializm vaxtında ortalama aşağı maaş 150 manat idi. Sumqayıtda və Bakıda planlı işçilər zavodlarda 450 manat maaş alırdılar. Sovet vaxtı kimsə evdə oturub həftədə bir dəfə kolxoza işə gedibsə - hələ aşağısı 80 manat alırdı. Sovet Azərbaycanındakı 150 manat kapitalist Azərbaycanındakı bəlkə də 3000 manatdan da yuxarıdır. Siz bilmirsinizsə, heç olmasa yaşlı yaxın qohumlarınızdan soruşun, deyərlər.   
Niyə 150 manat indiki 3 mindən qeyrətli idi? Yazım baxın.
1.Pulsuz səhiyyə və təhsil. İndi bilirsiz hər il nə qədər insan pulu olmadığına görə xəstəliyə tibbi müdaxilə etdirə bilmir və vaxtsız ölür? Bilirsiz belə nə qədər insanımız var? On minlərlə. Əməliyyat xərcləri 500-20 000 manat, dava-dərmanlar baha, həkim qəbulu və müayinələr od qiymətinə. 500-600 manat alan camaat necə sağlam yaşaya bilər? Sovet vaxtı bunlar pulsuz idi.  İndi ilbəil dövlət ali məktəblərində pulsuz təhsilə ayrılan yerlər azalır. Nə qədər tələbələr təhsil ödənişi verə bilmir və təhsilə əlvida deyir. Ali məktəblərdə təhsil haqqı 2 500 manatdan yuxarıdır. İndi 500-600 manat alan ailə başçısı uşağı necə oxuda bilər?
2.Pulsuz mənzil və torpaqlar. Qağa, indi milətin “kvartirant” evdə doğulur və valideyinlərini də elə kvartirant evdən yola salır. İndi 500-600 manat maaşla 70 000 manatdan yuxarı evlər ala bilərsiz? Sovet hökuməti pulsuz verirdi. Rayon və kənd yerlərində pulsuz torpaq və evin tikilməsinə köməklik onunurdu. Novxanı, Mərdəkan, Şüvəlan və digər yerlərdə pulsuz 6 sot torpaq verirdi. İndi həmin yerlərdə torpağın sotu ortalama 10 000 manatdır.
3.Pulsuz uşaq baxçaları, pioner evləri, pioner düşərgələri. İndi bunlar qaldı nağıllarda.
4.Pulsuz sanatoriyalar. İndi camaatın Biləcəridən o tərəfə çıxa bilmir.
5.Pulsuz tələbə və işçi yataqxanaları. İndi tələbənin 5-6 il il oxuduğu müddətdə kirayə pulunu Sovet dövləti vətəndaşın cibində saxlayırdı. İndi evi olmayan gedir kirayədə qalır və işləyir, amma Sovet dövründə gedib ümumi və ya ailəvi yataqxanada qalırdı, bu pullar da qalırdı vətəndaşın cibinə.
6.Həftədə 40 saat olmaqla ildə bir dəfə hamı üçün məzuniyyət və çox yerlərdə 13-14 maaş olmaqla dövlət müəssisələrində (hansısa boynuyoğun istismarçı bəy-burjuyun əlinin altıda yox!) daim olmaqla iş. O vaxt adi fəhlədən müəssisə rəhbərinə qədər yüksəlmə şansı var idi. İndi 10-12 saat işləyirsən, ancaq bəy-burjuy və banklar üçün - hələ o da çatsa.
7.Ucuz kommunal xidmətlər. İndi normal kasıbyanə evə ortalama 100-20 manat kommunal xidmətlər gədir.
8.Şəhər nəqliyyatında yaşlılar və məktəblilər pulsuz gedişhaqqı, şəhərlərarası istəlinən növ nəqliyyat yarımbilet. Daimi deyilən kartlar var idi. Ona azca pul ödəyirdin və ay ərzində nə qədər istəyirdin şəhər nəqliyyatından pulsuz istifadə edirdin. 
9.Ucuz və keyfiyyətli istehlak malları. 10 manatla girirdin bazara, ürəyin istədiyini müəyyən miqdarda alıb gedirdin. İndi 100 manatla girirsən bazara, yox olub gedir. 
10.Haramçılıq edənlərə (dövlət malını oğurlayanlara, rüşvət alanlara, vəzifələrindən sui-istifadə edərək haram sərvət yığanlara) qarşı kəskin mübarizənin aparılması. 
11.Hər yanda yaxşılığın, mərhəmətin, insanlığın, qocalara hörmətin, uşaqlara diqqətin tərənnüm olunması.
12.Milli mədəniyyətimizin, elmimizin, milliliyimizin daha da yaxşılığa doğru inkişaf etdirilməsi. Siz elə Sovet Azərbaycanı vaxtı çəkilmiş filmlərə, tamaşalara, tele-radio verlişlərinə baxın. Bütün o vaxtın filmlərindən azəri dadı gəlir, azəri millisi görsənir, tarixi-siyasi filmlərdə dini epizodlar var. Bəs indi kapitalizm Azərbaycanında? Pulumuz da var, elmi-texniki tərəqqi də o dövrə nisbətən çox inkişaf edib və ən əsası da mütəqilik (Sovet dövrü məgər qul idik? Quldan da betər indi kapitalizm quruluşundayıq).  
13.İşçi və ziyalı sinfinin sözü ilk eşidilirdi, halal zəhmətə qiymət verilirdi, hər kəsə bərabər hüquqlu iş şəraiti yaradıb, hər kəsi də əmiyinə, qabiliyyətinə görə qiymətləndirirdilər.
Bu siyahını uzatmaq olar.
İndi siz Sovet hökumətinin xalqına 60-70 il ərzində verdiyini bu günkü qiymətlərlə hesablayın və bölün 60-70 il ərzindəki aylara, sonra da o dövr və indiki dövrdəki real ortalama maaşları fərqləndirin.
Yazırsız ki, camaatı tarlalarda işlədirdilər. Əlbəttə bir dövlət ki insanlığa bu qədər yüksək qiymət verirdisə, biz də o məhsulları məhv olmağa qoymamalıydıq, çünki o məhsullar pula çevrilib bizim yaxşı yaşamağımıza xərclənirdi. O vaxt sabahkı günə ümidlə, inamla, ilhamla, yaşayırdıq, amma indi sabahkı günə ümid yoxdu, çünki bilirsən ki, sabah bu gündəkindən pis olacaq.
Kapitalizmdə camaatınız kasıbçılıqdan qan qusur. Varlılar getdikcə kasıbların daha da kasıblaşması hesabına daha da varlanırlar. İndi kapitalizmdir. Adından məlum olduğu kimi pulun varsa bəy kimi yaşa, yoxdursa it kimi gəbər öl. Yaxşı yaşamaq üçün digərinin əlindəkini al daha da varlan, cəhənnəm olsun o əlindən aldığın. Budur kapitalizm.
Pribaltikanı və digər Avropa ölkələrini göstərirsiz. Avropanın barmaqla sayılan ölkələrin çıxmaqla qalanları “çumo” günündədirlər. Ölkədə yaşam tərzini ölçəndə o ölkənin vətəndaşlarının bir-birinə olan yaşayış nisbətini ölçmək lazımdır. Əlbəttə də deyək Norveç bizdən yaxşıdır, biz də Mozambikdən yaxşıyıq. Bu o deməkdir ki, bizdə vəziyyət yaxşıdır?
Qardaş türk xalqı neçə əsrlərin imperiyası olub, neçə on illlərdir kapitalizm quruluşudur, 20 ən böyük ölkədən biridir. Nə olsun ki? Qardaş türk xalqının yaşam tərzinə baxın. Biz onlardan şükürlüyük. Bizdə yenə Sovetin verdiyi evimiz var, çətinliyə düşəndə satıb yeyirik.
Adam düz olar, düz yazar. Tüpürələr belə kapitalizm quruluşuna ki, kasıbçılıqdan qan qusasan.
Təsəvvür elə ki, evdə uşağın xəstədir, uşağı aparırsan həkimə, deyir 10 000 manat lazımdı əməliyyat eləməyə və uşağını gətirirsən evə. Axşam qəsdən evə gec gəlirsən ki, bəlkə xəstə uşağı yata onun məsum baxışlarını görməyəsən. Amma uşaq yatmır və girən kimi baxır sifətinə ki, bəlkə atam pul gətirib, sabah həkimə getsin. İndi anlaya bilirsiz nə deməkdi bu? Sovet vaxtı belə şey var idi? Belə ailələr və ya buna bənzərlər bilirsiz nə qədərdir?!
Ona görə də tüpürələr belə kapitalist quruluşuna! İnsanlar ölüsünə qəbir evini gedib sələmə borca pul götürüb alır. Sovet vaxtı belə şeylər var idi?!
Boynuyoğun kapitalist məmurları qanmaq istəmirlər axı; 500 manat maaş alan və kirayədə qalan ailə başçısı 5 nəfərlik ailəni necə dolandırsın, necə kommunal xərcləri ödəsin, necə xeyir-şəri yola versin, necə xəstəsini müalicə və ya əməliyyat elətdirsin?
Kapitalizm quruluşu cındır istismarçı bəy-burjuyların, onların müdafiə edən boynuyoğun kapitalist məmurlarının və işçi sinfinin düşməni olan quruluşdur. Sosializm isə işçi və ziyalı sinfinin hökuməti bəy-burjuyun düşməni olan bir quruluşdur. İndi Norveç və İsveç az da olsa sosialyönlü qanunlar qəbul edirlər, halbuki onların indi xalqına verdiyinin 100 qatını SSRİ 50 il bundan qabaq vermişdi.
P.S.: Koreya höküməti yuxarıda yazılanları xalqına verir və bütün əhalinin ümumi yaşayış səviyyəsinə görə ABŞ-dan və çox ölkədən də yaxşı səviyyədədir.
P.P.S.: Yalançı təbliğata aldanmayın.

Комментариев нет:

Отправить комментарий