Страницы

24.05.2022

Cəbhəçilər də deyir Əli bəy gələjəh!


Əli Kərimli yazıb: "Bir ölkədə ki hər il ümumi daxili məhsulun 15 faizi qədər vəsait xalqdan oğurlanaraq təkcə Böyük Britaniyaya daşınır, orda azad mətbuat ola bilməz..."
Ardınca başlayıb hakimiyyətə döşəməyə. Ancaq müstəqil bir ölkənin ümumi daxili məhsulunun daşındığı ölkə haqqında mıqq eləməyib. 
Ə, qardaş, sən bizi avam hesab edirsən, yoxsa özünü?!
Bu, Britaniya deyilən dövlət demokratikdirsə, qanunlarla idarə olunursa, bütün dünyadakı demokratiyaya, insan haqlarına, seçkilərə, nə bilim, azad mətbuata qiymət qoyursa, niyə başqa xalqların haqqına, hüququna hörmət eləmir?
Niyə o sərvəti onun sərhədlərini keçəndə, gömrüyündən içəri girəndə soruşmir ki, bu pul haradandır səndə, ay Əli, Məmməd, Hüseyn?
Niyə onlardan bir deklarasiya, bir sənəd tələb olunmur ki, bu qədər pulu hardan qazanmısan?
Niyə o dövlətin başbilənlərinə bir sorğu göndərmir ki, sənin filan vətəndaşın, məmurun bu qədər pulu hansı yolla qazanıb?
Sonra o sorğuya cavab verilib-verilməməsini, yaxud verilən cavabı ictimailəşdirmir, mətbuatda yaymır?
Niyə qalmaqallı məhkəmələr yalnız həmin vəsait ölkəyə daxil olub daşınan daşınmayan əmlaka çevrildikdən sonra qurulur? O da həmişə yox haaa, kimsə özünü yaxşı aparmayanda, yaxud kiməsə nəsə nümayiş etdirmək, təzyiq göstərmək lazım olanda! Yəni guya bunların ölkəsində haram pula yer yoxdur...
Niyə hətta o halda da müsadirə olunan vəsait İngiltərədə saxlanır, aid olduğu ölkəyə göndərilmir, sahiblərinə qaytarılmır?
Bu və digər məsələlər haqqında Əli bəyimiz balıq kimi susur!
Hakimiyyətin icazəli tənqidi ilə kifayətlənərək, aylığını alır və dövranını sürür.
Cəbhəçilər də deyir, Əli bəy gələjəh!
Buralarda olun.
Əli 3 nəslin axırına çıxıb, indən belə hələ üçünü xərcləyib yemək niyyətindədir...

Nadir Qocabəyli

Комментариев нет:

Отправить комментарий