Страницы

04.06.2022

Aleksandr Duqin: TÜRKLƏR — ANADANGƏLMƏ DÖYÜŞÇÜLƏRDİR


Türklər Avrasiya tarixində öz möhtəşəm yeri olan xalqlardan biridir. Türklər anadangəlmə döyüşçülərdir. 550-ci ildən 560-cı ilə kimi 10 il ərzində türkütlər Şərqdə Sarı Dənizdən Qafqaza kimi bütün xalqları özlərinə tabe etdirdilər və qısa bir zamanda nəhəng İmperiya yaratdılar. Bu İmperiya yüksək dərəcəli mərkəzləşdirməyə, böyük xanın (xaqanın) şəksiz hakimiyyətinə və ona sadiq olan hərbi aristokratiyaya əsaslanırdı. Bununla yanaşı Avrasiya köç imperiyalarının bütün qurucuları kimi türkütlərin də hökmranlığının əsas instrumenti alilik dərəcəsinə qaldırılmış misilsiz bir xüsusiyyət idi – döyüşdə mərdlik və igidlik, xan (xaqan) və dövlət uğrunda ölmək və öldürməyə hazırlıq. Etiraz etmək olar ki, bəs istənilən dövlət döyüşçülər tərəfindən yaradılır, döyüşçülər də prinsipial olaraq məhz ekzistensial orientasiya ilə fərqlənirlər – ölümün üzünə dik baxmağa istiqamətlənirlər. Lakin sivilizasiyanın Turan stili bu prinsipi bütün cəmiyyətin əsasına qaldırmaqdan, sivilizasiyanın bütün digər istiqamətlərini ona tabe etdirməkdən ibarət oldu. Türk üçün həyat – döyüşdür, yerdə qalanlar isə sadəcə döyüşün atributlarıdır: döyüşə hazırlıq, döyüşdən sonrakı istirahət – bu da onunçün ki, yenidən döyüşə atıla biləsən. Döyüşçü prinsipinin absolyutizasiyası (Dyumezilin üçhissəli modelinin ikinci funksiyası) təkcə ilkin hind-avropa sivilizasiyasının deyil, türk sivilizasiyasının da fərqləndirici xüsusiyyətidir. Türklərdə döyüş logikası qazanc logikasını üstələdi, o cümlədən rasional hesablardan, mənəvi horizontlardan, dinc əməkdən və bədii yaradıcılıqdan irəli çıxdı. Bütün bu momentlər türk sivilizasiyasına xaricdən – fəth etdikləri xalqlardan gəldi. Lakin 6-cı əsrdən 20-ci, hətta 21-ci əsrə kimi saxlanmış türk identikliyinin davamlılığı məhz hərbi ilkinliyin üstünlüyü və bunun əsasında qurulmuş döyüş etikası ilə izah olunur. Türklərin böyüklüyü də məhz bundadır”.

Aleksandr Duqin, “Türklərin hərbi etosu: döyüşdə ekzistensiya olmaq”

Комментариев нет:

Отправить комментарий