Страницы

04.06.2022

Aleksandr Duqin: TÜRKLƏR — TURANIN DÖYÜŞ RUHUNU ÖZLƏRİNDƏ SAXLAMIŞLAR


“Tarixən Avrasiyanın Böyük Çölündə altay xalqları dominantlıq etmişlər. Onların içində əsas üstünlük türk tayfalarına məxsus olmuşdur. Türklər hətta monqolların hökmranlığı dövründə Turan sivilizasiyasında fundamental rol oynamışlar. Bundan başqa, türklər monqollarla çoxsaylı tarixi və mədəni tellərlə bağlanmışlar – nə vaxtsa ümumi olmuş altay dilindən tutmuş simvolik hun mənşəyinə kimi. Prioritet hərbi orientasiya tarix boyu bütün türk cəmiyyətlərinin hamısına xas olmuşdur. Türküt atlıları döyüşdə məğlubedilməz idilər. Çinlilər onlarla çöl şəraitində birbaşa toqquşarkən məğlubiyyətə uğrayırdılar, çünki türklər kimi hərbiyə əsas önəm vermirdilər, sivilizasiyanın ali prioritetləri kimi tam başqa dəyərlərə və orientirlərə - mədəniyyət, incəsənət, fəlsəfə və s. üstünlük verirdilər. Odur ki çinlilər türkütlərə münasibətdə intriqalar yaratmaq yoluna, iqtisadi sövdələşmələrə və “təsir agentlərinin” ələ alınmasına girişirdilər. Onlar bu işlərdə türklərdən pərgar idilər. Türklər üzbəüz və açıq döyüşdə sərt, aqressiv və məğlubedilməz olsalar da sadə qəlbli, müəyyən qədər də sadəlövh idilər. Bununla yanaşı onlar şan-şöhrətə həvəsli idilər. Material zənginliklərə də ona görə can atırdılar ki, öz hərbi qüdrətlərini möhkəmləndirsinlər və şan-şöhrətə tez çatsınlar. Türklər Turan köçərilərinin döyüş ruhunu digər xalqlara baxanda daha çox özlərində saxlamışlar. Bu mənada onlar posthun dövründə Turan Loqosunun ən parlaq və ifadəli daşıyıcıları oldular”.
Aleksandr Duqin, “Turan”

Комментариев нет:

Отправить комментарий