Страницы

06.06.2022


“İradə, azadlıq, döyüşdə igidlik, ali hökmdarın ətrafında sıx mərkəzləşmə Türk identikliyinin kökündə duran Turan paradiqmasının fundamentini təşkil edir. Düzdür, bütün türk tayfaları və siyasi təsisatları tam mənada bu identikliyə uyğun gəlmirdi. Digər tərəfdən bu cizgilər Turanın başqa xalqlarına da -xüsusən Böyük Çölün nəhəng məkanlarının inteqrasiyasına yönəlmiş qüdrətli, azad və geniş ərazilərə malik dövlətlər yaratmağa nail olduqları dövrlərdə- xas idi. Bu logika ilə - hərbi başlanğıcın, azadlığa can atmanın, iradənin, köçəri həyat tərzinin və ali hökmdara sədaqətin absolyut dəyər səviyyəsinə qaldırılması əsasında formalaşan mədəni paradiqma ilə özlərinin əzəmətli dövrlərində skiflər, saklar, sarmatlar, alanlar, hunlar və monqollar da imperiya yaratmışlar. Lakin təkcə Birinci və İkinci Xaqanlığın yaradıcıları olan türkütlər bu ideala daha çox uyğun gəlirlər. Qutluqun 682-ci il üsyanından sonra türkütlər mərkəzi Xalxada olmaqla “Əbədi El” yaratdılar, hansı ki türküt ideoloqu və sərkərdəsi, xanın müşaviri Tonyukukun və dahi hərbi məmur Kül-təkinin dövründə çiçəklənərək gücləndi, sonda isə Tan İmperiyası və türkütlərin rəqibi olan uyğurlar tərəfindən darmadağın edildi. Posthun istorialının təmiz Turan idealı da məhz göytürklərin həmin “Əbədi El”ində təcəssüm etmişdi”.

Aleksandr Duqin, “Turan”

Комментариев нет:

Отправить комментарий