Страницы

06.06.2022


“Türk Loqosu İkinci Türküt Xaqanlığı dövründə və kontekstində, o cümlədən əvvəlki dağılmış İmperiyanın şərq hissəsində, Xalxa rayonunda daha tam formulada təcəssüm etdi. Türk Loqosu konseptual və territorial olaraq (hansı ki Avrasiyasının geosof strukturu üçün olduqca vacibdir) digər möhtəşəm çöl imperiyasının ocağını vurğulandırır ki, taleyinə bu zonadan yaranmaq yazılmışdı. Düzdür, bu imperiyanın əsasında türk yox, monqol tayfası dururdu, di gəl ki özünün absolyut, ekzistensial və ideoloji orientirinə türklərdəki kimi imperiya köçəri metafizikasını, etikasını və inamını çevirmişdi. Biz Çingizxanı və onun dünya İmperiyasını nəzərdə tuturuq. Bu İmperiyanın əsasında türküt Loqosunun ali horizontu ilə hətta oxşar da deyil, tam eyni olan, üst-üstə düşən ideya durur. Bu ona görə təəccüblü deyil ki, Çingizxanın dövründə türklər etnik mənada imperiyanın əsasını təşkil edirdilər, baxmayaraq ki siyasi idarəedici elita monqollar idi. Göytürklərlə paralel olaraq qərbdə və şimalda digər türk dövlətləri də yarandı: şimalda qırğızların xanlığı, qərbdə Uyğur Xaqanlığı (744-847) göytürklərin əsas rəqibi olan Türkeş Xaqanlığı (698-766), o cümlədən Orta Asiyanın geniş ərazilərinə nəzarət edən qüdrətli karluq və basmıl tayfaları. Onlar hamısı türkütərin düşməni, rəqibi idilər və onların məhvinə bais oldular. Bir məsələyə diqqət yetirmək lazımdır ki, tipoloji cəhətdən teleslərə yaxın olan bu türk xalqlarında köçəri hərbi cəmiyyətin türk paradiqması vacib bir komponentdən mərhum idi: mərkəzləşməyə orientasiya etmirdilər, xaqan hakimiyyətini və universal İmperiya quruculuğunu absolyutlaşdırmırdılar – bütün bunlar təkcə türkütlərə xas idi. Bu fərqlənmə onlara Birinci Xaqanlığı yaratmağa və İkinci Xaqanlıq (Tonyukuk) dövründə şanlı keçmişi və imperativ gələcəyi müəyyənləşdirən sivilizasiya identikliyini qavramağa imkan verdi. Türkütlərdən başqa qalan türklərin çoxunda da zəif mərkəzləşmə hakimiyyətinə malik hərbi demokratiya üstünlük təşkil etdi ki, bu da onların taleyini müəyyənləşdirdi və yaratdıqları siyasi təsisatların efemerliyinə bais oldu”.

Aleksandr Duqin, “Turan”

Комментариев нет:

Отправить комментарий