Страницы

11.06.2022

OSMANLI İMPERİYASI AVROPA ŞƏRİNƏ QARŞI


Aleksandr Duqin, “Turan”, 7-ci hissə

Bir məsələyə diqqət yetirmək lazımdır ki, Qərbi Avropa Modern epoxasına qədəm qoyduğu dövrdə Osmanlı İmperiyası yaranır (Bizans İmperiyası isə yoxa çıxır). Odur ki Osmanlı-Avropa münasibətləri Avropanın özünün modernləşməsi ilə paralel cərəyan edir. Avropanın əsas modernizasiya qütbləri isə bildiyimiz kimi İngiltərə və Fransa idi. Odur ki Osmanlı İmperiyası əvvəldən axıra ənənəvi cəmiyyət olmaqla Avropa transformasiyalarının çətin sivilizasion reallığına qatlaşır. Bu transformasiyaların semantikası ən aşağısı 2 fundamental plasta malikdir:
1)ideoloji, yəni Modernin İngiltərə və Fransadan Avropanın digər regionlarına yayılması;
2)geopolitik, yəni Avropa dövlətlərinin öz aralarında daim dəyişən güclər balansı ki, burda Osmanlı İmperiyası “modul üzrə” götürülürdü – ona konfessional və dini mahiyyət nəzərə alınmadan konkret hərbi-strateji birlik kimi baxılırdı.
Məsələ ilə bağlı nəzərə almaq lazımdır ki, Rusiya İmperiyası Avropa dövlətlərinə baxanda daha çox ənənəvi cəmiyyət idi (Avropa dövlətlərindən Avstriya-Macarıstan və alman dövlətləri Qərbi Avropa dövlətlərinə baxanda daha çox konservativ identiklərini saxlamışdılar). Bu baxımdan Türkiyə və Rusiya münasibətlərində dini faktor daha çox önəm daşıyırdı.
Modernizm-Ənənəçilik oxu münasibətlərində Avropa ilə Osmanlı arasında konflikt xristian cəmiyyətlərinin öz aralarındakı konfliktlər sxeminə uyğun şəkildə başlayaraq inkişaf etdi – necə ki bəzilərində sekulyar dünyəvi burjua-milli paradiqmaya keçid olmuşdu, bəzilərində isə yox. Odur ki mason tipli burjua nasionalizminin normativ sosial-siyasi tərkibə çevrildiyi İngiltərə və Fransa həmin strukturları ənənəvi yaşam tərzinin saxlandığı cəmiyyətlərə də ixrac etməyə başladılar - bunlar modernizasiya ocaqları vəzifəsini yerinə yetirməyə başladılar. Özü də analoji ssenari həm xristian imperiyalarına – Avstriya-Macarıstana və Rusiyaya, həm də Osmanlı xilafətinə qarşı tətbiq olundu. Hər yerdə mason gizli cəmiyyətləri millətçi antiimperial ideoloji və inqilabi hərəkatların formalaşdırılması mərkəzlərinə çevrildi. Bu sxem üzrə Avstriya-Macarıstan və Rusiya imperiyaları süquta yetirilərək dağıdıldı, ərazilərində yeni burjua sekulyar millətçi təsisatların əsasları qoyuldu. Tam eyni şəkilıdə hadisələr Osmanlı İmperiyasında da cərəyan etdi ki, milli azadlıq mübarizəsinə rəhbərlik edən mason lojaları yunanlarda, bolqarlarda və serblərdə yaradıldı. Bu ümumilikdə Cənubi Amerikanın, ondan əvvəl isə Şimali Amerikanın dekolonizasiyası strategiyasını xatırladır. Eyni zamanda İngiltərə və Fransa aktiv şəkildə ərəb millətçiliyini də gücləndirdi, burjua-sekulyar formaları ərəb cəmiyyətlərinə də yaydılar ki, onları Osmanlı İmperiyasından ayrılmağa və düşmənçilik etməyə istiqamətləndirdilər. İngiltərə və Fransa ərəb dünyasında mason lojaları ilə yanaşı türklərin hakimiyyətinə qarşı çıxan digər cərəyanlara da dəstək verdilər. Bunlar əsasən radikal ərəb islamının Əl-Vahhab kimi nümayəndələri oldu. Ümumilikdə sələfi mahiyyətində olan ərəb islamı bir çox aspektlərdə Osmanlıda olan türk islamından fundamental şəkildə fərqlənirdi. 18-ci əsrdən başlayaraq sələfilik Avropa Moderninin avanqardında dayanan ölkələr tərəfindən dəstəkləndi və istiqamətləndirildi, nəticədə antiosman siyasətində effektiv geopolitoloji instrumentə çevrildi. Biz yenə bu iki faktorun çuğlaşmasını görürük ki, heç də təsadüfi ola bilməzdi. 
İngiltərə və Fransa sivilizasion nöqteyi nəzərdən Moderni təmsil edirlər ki, ənənəvi cəmiyyətə qarşı yönəlib, yəni Avropa Loqosunun özünə qarşıdır. Nooloji nöqteyi-nəzərdən İngiltərə və Fransa qara Loqosun revanşist əks-hücumunun avanqardını, titanizmin yüksəlişini təmsil edirlər. Modernin Ənənəyə qarşı mübarizəsi Noomaxiyanın mövzusudur ki, yerli, kökənli, hind-avropalı, işıqlı, apollon-dionis Loqosu ona qarşı olan Böyük Materin titanları və qara fəlsəfəsi tərəfindən hücuma məruz qalır. Bu mənada Osmanlı İmperiyasının Turan identikliyi də Avropa Moderni üçün nooloji düşmən sayılırdı. Əslində Osmanlı Modern Avropanın ekziztensial düşməni idi.
Osmanlıya qarşı mübarizədə sələfi islamının ərəb ocaqları, xüsusən də vahhabizm Modern Avropanın dayağına çevrildi. Vahhabiliyə xristian Reformasiyasının analoqu kimi də baxmaq olar, belə ki vahhabilər “ilkin islama” qayıtmağa çağırış etdikləri kimi Avropa protestantları da “ilkin xristanlığa” qayıtmağa çağırırlar. Vahhabilərin nəzərdə tutduğu “ilkin islam” semitizmin üstünlüyü ilə fərqlənirdi, Abbasilər xiləfətinə kimi formalaşdığından unversallaşmamışdı və daha çox antitürk mahiyyəti daşıyırdı. Protestantların da xristianlığında daha çox iudaizm üstünlük təşkil edirdi, katolik universallığına onlar cəhalətə qayıdış kimi baxırdılar. Sırf praktiki geopolitik mülahizələrdən başqa biz İngiltərə və Fransa ilə ərəb sələfi dünyası arasında dərin nooloji struktur əlaqələri də görürük – həm də biz vahhabilərin “ilkin islamını” öz baza impulsunda titanik struktur kimi interpretasiya etdik. Qara Loqosun iki tam fərqli forması, tarixi, məzmunu və stili – Avropa Moderni və ərəb vahhabizmi Osmanlı İmperiyasına qarşı mübarizədə taktiki məqsədlərin məcmuəsində paralel rezonansa girdilər. Bundan başqa gənctürklərin millətçiliyi, -hansı ki Atatürkün yaratdığı yeni Türkiyə Respublikasının əsasında dururdu-, mason qruplarının və gizli cəmiyyətlərinin ətrafında qurulmuşdu, türklər üçün millətçilik, avropalaşma, modernləşmə yolu təklif edirdi.
Beləliklə Modern-Ənənə liniyasında biz Modernin qütbü və müasir (anti)Avropanın avanqardı kimi İngiltərə-Fransanın ənənəvi cəmiyyətli Osmanlı İmperiyasına qarşı fundamental müxalifətdə durduğunu görürük. Ortalığa çıxan avropalaşma tərəfdarları millətçiliyin, modernizmin, burjua-demokratik təlimlərinin və nəzəriyyələrinin dominantlıq etdiyi antiimperiya qüvvələrinə bağlı idi. Həmin konfliktin nəticəsində baş verən Osmanlı İmperiyasının süqutu Modernin Ənənə üzərində qələbəsi idi. Bütün postosman təsisatlar isə (Türkiyə Respublikasının özü qarışıq) avropalaşmanın və modernləşmənin məhsulları idi. Həm ərəb ölkələri, həm Yunanıstan, həm Balkan dövlətləri, həm də Türkiyə Respublikasının özü modernist tallassokratik Qərbin birbaşa nəzarəti altında yaradılmışlar və üzərlərində bu sivilizasion möhürü daşıyırlar. Bununla yanaşı həmin ölkələrin millətçi ideologiyaları süni şəkildə və praqmatik məqsədlər üçün özlərində olan “ənənəvi” elementlərlə də bürünmüşdülər – Balkanlarda pravoslavlıq və neovizantizm, ərəb ölkələrində islam, Türkiyənin özündə turançılıq. Əgər müasir Türkiyədə Modern-Ənənə optikasından müxtəlif faktorların balansına baxsaq, əslində kemalizmin müxtəlif versiyalarını özündə ehtiva edən aşağıdakı elementləri görərik: 
–Avropa modernizmi, Fransa və İngiltərəyə orientasiya (vesternizasiya);
–türk burjua millətçiliyi, milli dövlətin absolyutizasiyası (suverenitet, realizm);
–postosmanizm geopolitikada, mədəniyyətdə və sosial-siyasi xüsusiyyətlərdə Osmanlı İmperiyasının müəyyən davamı kimi (ekspansionizm);
–türk islamı (sünni islamının xüsusi versiyası);
–turanizm türk sivilizasiyasının dərin identikliyi kimi, türk “Dasein”inin kökü kimi.
Osmanlılar bizanslılardan onların əsas rəqiblərini də miras almışdılar: bunlar qərbdə latınlar və xüsusən də venesiyalılar, şərqdə farslar (bu dəfə Səfəvi İranı qismində), şimalda slavyanlar – Moskva Rusiyası idi (bizanslılar da əvvəllər slavyan xalqları ilə, xüsusən bolqarlar ilə toqquşmuşdular). Geopolitik təlatümlərdə Osmanlı İmperiyası Qərbi Avropanın Mərkəzi Avropa ilə qarşıdurmasında vacib oyunçuya çevrildi. Yəni modernləşmiş İngiltərənin konservativ Qabsburqlar İmperiyasına qarşı mübarizəsində ortalığa girdi. Frank-osman ittifaqları da bununla izah olunur. Digər vəziyyətlərdə isə Osmanlı modernləşdirilmiş dövlətlərlə - İngiltərə və Fransa ilə ittifaqda onların Rusiyaya qarşı koalisyon mübarizəsində iştirak etdi (1853-1856-cı illər Krım müharibəsi).
Rusiya dövləti daim Osmanlı dövləti ilə ittifaqa girmək üçün yollar aradı, bu cəhdlər həmişə İngiltərə və Fransanın müdaxiləsi sayəsində nəticəsiz qaldı. 1831-ci ildə Misir sultanı Məhəmməd Əli və onun sərkərdə oğulluğu İbrahim paşa üsyan qaldırdılar, qoşun yeridərək az qala İstanbulu tutdular. Lakin Rusiya Osmanlının köməyinə yetişərək onu məhv olmaqdan xilas etdi. Çar 1-ci Nikolayın əmri ilə rus gəmiləri Bosfora girdi və misirliləri geri oturtdu. Osmanlı ilə Rusiya arasında geopolitik alyans qurulmasına bu cür imkanlar bir neçə dəfə yaransa da hər dəfə ortalığa girən Modern Avropa bu alyansa imkan vermədi. Bu iki ənənəvi cəmiyyətlərin, iki imperiyaların birləşməsinə xırda bir işarə, xırda bir cəhd belə modernist sekulyar Qərbdə dəhşət doğururdu. Avropalılar bunda özlərinə qarşı təhlükə görürdülər. Rusiya vizantizminin baş teoretiki Konstantin Leontyev də məhz belə bir ittifaqın yaradılmasının tərəfdarı idi.
Və nəhayət, Birinci Dünya Müharibəsində Osmanlı İmperiyası Mərkəzi Avropa ölkələrinin – Almaniya və Avstriya-Macarıstanın tərəfində çıxış etdi, yəni Antantaya – İngiltərə və Fransaya, o cümlədən Rusiyaya düşmən düşərgədə yer aldı. Beləliklə Osmanlı İmperiyasının geopolitikasında biz hər cür mümkün alyanslara rast gəlirik.
Ərəb dünyası Osmanlı İmperiyasına münasibətdə kəskin müxalif mövqe tutmuşdu, türk hakimiyyətinə işğalçıların ağalığı kimi baxırdı. Ərəblər Osmanlı dövlətinin islam xarakterini şübhə altına almırdılar, amma osmanlıları yadelli ağalar kimi görürdülər. 18-ci əsrin sonunda Səudiyyə Ərəbistanının beduin əhalisi arasında vahhabizm ideyası geniş yayılmağa başladı. Vahhabizm get-gedə antiosman islam hərəkatı formasına yüksəldi. Nəticədə vahhabizm 20-ci əsrdə kral Əbduləziz əs-Səudun yaratdığı Səudiyyə Ərəbistanının rəsmi ideologiyasına çevrildi.
Misirdə 1805-ci ildə hakimiyyətə Məhəmməd Əli paşa gəldikdən sonra Osmanlı hakimiyyəti təkcə nominal şəkildə tanınırdı, mahiyyətdə isə Misirin öz daxili və xarici siyasəti formalaşmışdı. Misir ordusu ərazilərini genişləndirmək üçün müharibələr apardı, Sədiyyə vahhabiləri ilə döyüşdü, Suriya və Adana torpaqlarını zəbt etdi, ölkəyə hücum edən ingilis qoşunları ilə vuruşarkən isə məğlubiyyətə uğradı və ölkə 1882-ci ilə ingilislər tərəfindən işğal olundu.
17-ci əsrdə və 18-ci əsrin əvvəllərində İraqda yerli şeyxlər formal şəkildə türklərə tabe olsalar da praktiki olaraq onlardan müstəqil hökmranlıq edirdilər, baxmayaraq ki Bağdadda osmanlı qubernatoru otururdu. 18-ci əsrin əvvəllərində İraqı Osmanlıdan asılı olmayan məmlüklər zəbt etdilər. Məmlüklər Bəsrədən tutmuş Dəclə və Fərat sahillərinə kimi əraziləri nəzarət altına aldılar. Ərəb identikliyi və müəyyən sosial-siyasi avtonomiyalar postkolonial etapı keçən Osmanlı İmperiyasının digər ərazilərində də formalaşdı.
20-ci əsrdə Osmanlı İmperiyasının süqutundan sonra ondan qopan ərəb ərazilərində Avropa ölkələrinin aktiv iştirakı ilə müstəmləkə prinsipi əsasında yeni ərəb dövlətləri yaradıldı. Bu ölkələrdə avropalılar tərəfindən süni şəkildə yaradılmış və yönəldilən ərəb millətçliyi ilkin olaraq antitürk xarakteri daşıyırdı.
Osmanlıların Persiyaya münasibəti düşməncəsinə idi, bu sahədə Osmanlı İmperiyasına Bizansın, bir az da dərindən baxsaq Romanın, qədim Elladanın geopolitikası miras qalmışdı ki, həmin məmləkətlər İranı Şərqdə özlərinin əsas rəqibləri və konkurentləri kimi görürdülər. İran-Osmanlı münasibətləri şiəliyi İranın rəsmi dininə çevirən Səfəvi sülaləsinin hökmranlığı dövründə əlavə ölçülər aldı. O dövrdən Osmanlı ilə İran arasındalı geopolitik didişmələr konfessional xarakterə gəldi: osmanlılar sünni, iranlılar isə şiə identikliyini təmsil etdilər. Maraqlıdır ki, islamın rəqabətdə olan bu iki versiyası 16-cı əsrdən başlayaraq qeyri-ərəblər tərəfindən təmsil olunmuşdur: sünnilik türklər, şiəlik isə iranlılar tərəfindən.
Rusiya ilə Osmanlı İmperiyasının ilk əvvəllər neytral münasibətləri vardı, belə ki Bizansın süqut edib Osmanlının yarandığı dövrdə Moskva Rusiyası hələ Qızıl Ordadan yenicə qurtularaq öz dövlətçiliyini təsdiqləməkdəydi və bundan sonra da uzun müddət türklərlə toqquşması olmamışdı. 17-ci əsrdə rusların qərb istiqamətində bir sıra uğurlarından sonra Moskoviyaya gəlib gedən yunanlar belə bir fikir ortalığa atdılar ki, ruslar Çarqradın azad edilməsi barədə düşünməlidirlər, belə ki Moskva özünü dünya pravoslavlığının qalası saymaqdadır.
Rusiya və Osmanlı İmperiyasının maraqları ciddi şəkildə Böyük Pyotrun dövründə toqquşdu. Böyük Pyotr Azovdan tutmuş Qara dəniz sahillərinə və Bessarabiyaya nəzarət uğrunda rus-osmanlı müharibələrinə start verdi.
O da maraqlıdır ki, Rusiya və Osmanlı imperiyaları geopolitik düşmənlərə məhz o zaman çevrildilər ki, Rusiyada artıq modernləşmə işləri başlanmışdı və Avropa təsiri öz sözünü deyirdi. Məhz o dövrdə Rusiya özünün ilkin pravoslav-xristian köklü identikliyini rədd edir (Pyotr özü pravoslavlığı Rusiyada yarımcan hala salır), “xristianlığın” müdafiəsi problemi antitürk xarici siyasət faktoruna çevrilməyə başlayır. Axı tarixə baxsaq Moskva Rusiyasının pravoslav fundamentalizmi Çarqradın türklər tərəfindən tutulmasına qarşı çıxmamışdı, əksinə alqışlamışdı. İran Peresvetovun vəsatətlərindən də gördüyümüz kimi Moskva Rusiyası “Tur həqiqəti” ilə qürur duyurdu, Çarqradın çökməsini təmiz pravoslav dinindən imtinaya və dövlətin siyasi cəhətdən çürüməsinə görə cəza kimi qiymətləndirirdi. Avropa modernizasiyasına yönəlmiş Pyotr isə öz evində pravoslav identikliyinin başına min oyun açdığı halda Osmanlı İmperiyası ilə münasibətlərə gələndə müsəlmanara qarşı “din keşikçisinə” çevrilir! Ola bilər bu Rusiya dövlətinin artmaqda olan obyektiv geopolitik maraqlarını pərdələmək üçün bəhanə idi. Amma digər tərəfdən bu tam olaraq Modern-Ənənə liniyası qarşıdurması strategiyasına uyğun gəlir. Düzdür, Pyotr Moderni daha çox üzdə imitasiya edirdi, amma əsas odur ki Pyotrun və onun ardıcıllarının moderləşdirdiyi və avropalaşdırdığı Rusiya Osmanlı İmperiyasının ənənəvi cəmiyyəti ilə silsilə müharibələrə başlayır. Özü də bunu “xristian dini” yolunda etdiyini bildirir, halbuki Rusiyanın özündə modernləşmə logikasına tam uyğun olaraq dini rədd etmə baş verirdi.
Pyotrun varislərinin 18-19-cu əsrlərdə davam etdirdikləri rus-osmanlı müharibələri nəticəsində osmanlılar Qara dənizin şimal sahillərində və Cənubi Qafqazda nəzarəti itirirlər. Rusiya isə özünün cənub ekspansiyasının geopolitik məqsədlərinə sıx şəkildə qatılır - isti dənizlərə çıxış əldə etməyə çalışır ki, buna da Qərbi Avropanın tallassokratik ölkələri olan İngiltərə və Fransa var-gücləri ilə müqavimət göstərirlər. Rusiya hər dəfə Osmanlı üzərində həlledici qələbəyə yaxınlaşanda, ya da Osmanlı ilə uğurlu və hər iki tərəfə xeyirli strateji ittifaq sazişi imzalamaq ərəfəsinə gələndə Qərb dövlətləri aktiv şəkildə araya girirlər, bu prosesə müdaxilə edərək inisiativi effektiv və inadlı şəkildə pozurlar. Oərb hər dəfə müxtəlif üsullarla müdaxilə edərək kontinental Rusiyanın yüksəlməsinin, Turan-Avrasiya rus-türk imperiya blokunun yaradılmasının qarşısını alır. Rus teoretiki Konstantin Leontyev də məhz Qərbin Modern cəmiyyətlərinə qarşı olan belə müştərək ənənəvi sivilizasiyaya əsaslanan vahid blokun yaradılmasını istəyirdi.
20-ci əsrdə rus-türk alyansı ideyasının vacibliyi avrasiyaçılar və kontinental məktəbin geopolitikləri tərəfindən əsaslı şəkildə araşdırılmışdır. Onlar vahid Avrasiya kökləri üzərində dayanaraq həm Rusiyada, həm də Türkiyədə olan telluokratik orierntasiyaların oxşarlığını yüksək qiymətləndirmişlər.

Комментариев нет:

Отправить комментарий