Blogdakı publisistik materialları plagiat edərək öz adınızdan II və III dərəcəli qəzetlərdə dərc edə bilərsiniz
Страницы
31.07.2022
Silahlı dəstə klip çəkiliş meydançasında 8 modeli zorladı - Qızlar qaçmağa çalışsalar da...
30.07.2022
29.07.2022
Добровольческий батальон "Русский Легион" приглашает
Nəzakət Məmmədova: Göstəriş gəlib ki, Rusiyanın haqlı mövqeyini qəti şəkildə işıqlandırmayın
28.07.2022
Almaniya xarici işlər naziri: Alman ordusunun texnikası 50 ildən qalmadır
27.07.2022
Feysbukda hərbi xəbərlər paylaşanlar Prokurorluğa çağırıldı - Həbs olunan var
КАК ЛЕЧИТЬ ДОМ - Знания предков!
25.07.2022
Отзывы на фильм "Криминальное чтиво"
“Hakimiyyət təmizlənir...” - Prezident İlham Əliyev
DTX-nin həbs etdiyi generalın altı milyonluq vergi borcu - YENİ DETALLAR
Putin "dünya tarixində yeni dövr" başladığını elan etdi: Yüksək tərəqqi dinamikasını yalnız həqiqi suveren dövlətlər təmin edə bilər
24.07.2022
3 особенности белорусов, которые отличают их от жителей России
23.07.2022
22.07.2022
Liberallar tezliklə Sibir tayqasından evlərinə məktub yazacaqlar
20.07.2022
Müstəqillik bununçün lazım idi
Gömrüyün 4 min əməkdaşından 1400-ü nehrəmlidir – Sensasion statistika
17.07.2022
Azərbaycanda antirus təbliğatı qadağandır
Dövlətlərarası müqavilələr antirus təbliğatını qadağan edir
Antirus təbliğatında özlərinə əl qatmış politoloqların, jurnalistlərin,
ekspertlərin, analitiklərin və digər made in enqliş feylosofların nəzərinə!
Azərbaycanda antirus təbliğatı aparmaq qadağandır!
22.02.2022-ci il tarixdə Moskvada Azərbaycan Respublikası
Prezidenti İlham Əliyev və Rusiya Federasiyası Prezidenti Vladimir Putin tərəfindən
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında imzalanmış Müttəfiqlik
Deklarasiyasına əsasən:
— Rusiya Federasiyası və Azərbaycan
Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin
müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin
toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə
qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli
və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında
qururlar.
— Rusiya Federasiyası və Azərbaycan
Respublikası Tərəflərdən birinin fikrincə iki dövlətin strateji tərəfdaşlığına
və müttəfiqlik münasibətlərinə xələl gətirən hər hansı hərəkətlərdən çəkinirlər.
— Rusiya Federasiyası və Azərbaycan
Respublikası öz ərazilərində təşkilatların və şəxslərin digər Tərəfin dövlət
suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin
qarşısını qətiyyətli surətdə alırlar.
— Tərəflər üçüncü dövlətlər vasitəsilə həyata
keçirilənlər də daxil olmaqla bir-birinə qarşı yönəlmiş hər hansı hərəkətlərdən
çəkinirlər.
— Rusiya Federasiyası və Azərbaycan Respublikası beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə, informasiya-kommunikasiya texnologiyaları sahəsində cinayətlərə qarşı mübarizədə və onların neytrallaşdırılmasında səylərini birləşdirirlər. Bu kontekstdə Tərəflər məlumat mübadilə edir və qeyd edilən hüquqazidd fəaliyyətlərin maliyyələşdirilməsi mənbələrinin müəyyən edilməsi və qarşısının alınmasında sıx qarşılıqlı fəaliyyət göstərirlər.
Rusiyanı tənqid etmək qadağandır
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası
arasında 24 iyun 2022-ci ildə imzalanmış beynəlxalq informasiya təhlükəsizliyi
haqqında Sazişə əsasən dövlətçilik üçün təhlükə sayılan hallar:
— dövlətlərin suverenliyini, təhlükəsizliyini və
ərazi bütövlüyünü pozmağa yönəlmiş hərəkətlərin həyata keçirilməsi;
— dövlətlərin daxili işlərinə qarışmaq, ictimai
asayişi pozmaq, millətlərarası, irqlərarası və dinlərarası ədavəti qızışdırmaq,
separatizmi və ekstremizmi, nifrət və ayrı-seçkilik yaradan irqçi və ksenofobik
ideya və nəzəriyyələri təbliğ etmək, zorakılığa və qeyri-sabitliyə təhrik etmək,
sabitliyi pozmaq, daxili siyasi və sosial-iqtisadi vəziyyəti, dövlət idarəçiliyini
pozmaq;
— ictimai-siyasi və sosial-iqtisadi sistemə, mənəvi,
əxlaqi və mədəni mühitə zərər vuran məlumatları yaymaq.
Tərəflər Suverenliyə, ərazi bütövlüyünə, dövlət
sərhədlərinin təhlükəsizliyinə və toxunulmazlığına qarşılıqlı hörmət edəcəklər.
Tərəflər öz dövlətlərinin informasiya
infrastrukturundan və resurslarından üçüncü bir tərəfə onların dövlətlərinə zərər
vurmaq üçün istifadə edilməməsi üçün səy göstərəcəklər.
Tərəflər informasiya-kommunikasiya
texnologiyaları sahəsində cinayətkarlıqla mübarizədə qarşılıqlı fəaliyyət göstərəcəklər.
Tərəfər informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə törədilmiş cinayətlərin və digər hüquqpozmaların aşkar edilməsi, xəəbərdarlıq edilməsi, qarşısının alınması və istintaq aparılması məqsədilə hüquq-mühafizə orqanları arasında məlumat mübadiləsi üzrə əməkdaşlıq edəcəklər.
Azərbaycan Respublikası
ilə Rusiya Federasiyası arasında Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik
haqqında 03.07.1997-ci il tarixli Müqaviləyə əsasən Azərbaycanda Rusiyaya qarşı
nifrət aşılamaq və millətçilik qadağandır!
— Tərəflər separatizmi, onun bütün təzahürlərində
pisləyir, digər Tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi
bütövlüyünə qarşı yönəldilmiş separatist hərəkətləri dəstəkləməməyi öhdələrinə
götürür, habelə öz ərazisində təşkilat və qrupların yaradılması və fəaliyyətini,
ayrı-ayrı şəxslərin fəaliyyətini qadağan edir və qarşısını alır.
— Tərəflərdən biri digər Tərəfə qarşı yönəldilmiş
hər hansı hərbi, iqtisadi və maliyyə xarakterli, o cümlədən üçüncü ölkələr
vasitəsi ilə də hər hansı hərəkətlərdə və tədbirlərdə iştirak etməməyi, öz ərizələrindən
digər Tərəfə qarşı təcavüzkarlıq və ya digər zorakılıq hərəkətləri üçün istifadə
olunmasına yol verməməyi öhdəsinə götürür.
— Tərəflər milli təhlükəsizlik və müdafiə
quruculuğunun təmin edilməsi məsələlərində sıx əməkdaşlıq və əməli qarşılıqlı fəaliyyət
həyata keçirirlər.
— Tərəflər milli, irqi, etnik və ya dini ayrı-seçkilik, düşmənçilik və ya nifrət əsasında şəxslərə və ya qruplara qarşı zorakılığa təhrik edən hər cür hərəkətlərin qarşısının alınması və aradan qaldırılması üçün təsirli tədbirlər görməyi, o cümlədən müvafiq qanunvericilik aktları qəbul etməyi öhdələrinə götürürlər.
Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında 6
fevral 2004-cü ildə imzalanmış Moskva Bəyannaməsi ilə Azərbaycanın Avropaya
inteqrasiya xəttinə son verilib, ölkənin Rusiya ilə strateji tərəfdaşlıq dövrü
başlayıb:
— Azərbaycan Respublikası və Rusiya Federasiyası Qafqazda
təhlükəsizliyin təmini və münaqişələrin həll edilməsi, regionun davamlı
inkişafı üçün şəraitin yaradılması məqsədilə bütün zəruri tədbirləri görəcəklər.
Tərəflər əvvəlki kimi eyni fikirdədirlər ki, Qafqazda təhlükəsizliyin təmininə
və əməkdaşlığın inkişafına yanaşmaların müəyyən edilməsində əsas rolu bu
regionun dövlətləri oynayır.
— Tərəflər Müstəqil Dövlətlər Birliyində
qarşılıqlı faydalı çoxtərəfli əməkdaşlığın genişləndirilməsinə və dərinləşdirilməsinə,
iştirakçı dövlətlər qarşısında duran aktual ümumi problem və məsələlərin həll
edilməsi instrumenti kimi MDB-nin səmərəliliyinin artırılmasına fəal yardım etməyə
hazırdırlar.
— Tərəflər təsdiq edirlər ki, MDB
formatında əməkdaşlığın möhkəmləndirilməsi onların milli maraqlarına cavab
verir.
— Tərəflər universal və regional xarakterli təşkilatlar və forumlar çərçivəsində konstruktiv qarşılıqlı fəaliyyəti artırmaq qabiliyyətini təsdiq edirlər.
Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında
imzalanmış 6 fevral 2004-cü il tarixli Moskva Bəyannaməsinə əsasən ölkələr
arasında ictimai-siyasi, mədəni və iqtisadi əməkdaşlıq yüksələn xətlə davam
etdirilməlidir:
— Tərəflər bütün digər səviyyələrdə ikitərəfli
təmasların dərinləşdirilməsinə, qarşılıqlı səfərlərin həyata keçirilməsinə, iki
ölkənin qanunvericilik və icra hakimiyyəti orqanları arasında ikitərəfli xarici
siyasət və digər məsləhətləşmələr praktikasının inkişaf etdirilməsinə,
qanunvericilik fəaliyyəti sahəsində təcrübə mübadiləsinə mühüm əhəmiyyət verirlər.
— Tərəflər öz ərazilərində bir-birinin dövlət
suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə qarşı yönəldilən təşkilat, qrup
və ayrı-ayrı şəxslərin fəaliyyətinin qarşısının alınması ilə bağlı tədbir görəcəklər.
— Tərəflərdən heç biri digər tərəfə qarşı yönəldilən
hərbi, iqtisadi və maliyyə xarakterli, o cümlədən üçüncü ölkələr vasitəsilə hər
hansı bir fəaliyyət və ya tədbirdə iştirak etməyəcək, habelə öz ərazisindən digər
tərəfə qarşı təcavüz və ya başqa zorakı fəaliyyət məqsədilə istifadə etməyə yol
verməyəcəkdir.
— Tərəflər iki dövlətin biznes və elm sahələrinin
institut və təşkilatlarını Hökumətlərarası Komissiyanın əməli işinə cəlb edəcək,
Azərbaycan-Rusiya biznes-forumunun yaradılmasına səy göstərəcəklər.
— Azərbaycan Respublikası və Rusiya Federasiyası
iki ölkənin xalqlarının tarixi və mədəni yaxınlığını nəzərə alaraq təsdiq edirlər
ki, Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında humanitar sahədə təmasların
və əməkdaşlığın inkişafı möhkəm və obyektiv əsasa malikdir. Tərəflər humanitar,
informasiya əməkdaşlığının müqavilə-hüquq bazasının genişləndirilməsi və təkmilləşdirilməsinə,
mədəniyyət, elm, təhsil, səhiyyə və sosial təminat sahələrində qarşılıqlı fəaliyyətə
yardım göstərəcəklər. Bu kimi əməkdaşlıq iki ölkənin dövlət orqanları tərəfindən
dəstəklənəcəkdir; onun həm də işgüzar dairələrin müvafiq diqqətinə ehtiyacı
vardır.
— Tərəflər gənclər və tələbələrin mübadiləsi,
kütləvi informasiya vasitələri arasında əlaqələr yolu ilə humanitar sahədə təmasların
inkişafına kömək edəcəklər, tələbə və şagirdlərin birgə təhsil proqramlarının
hazırlanması, mütəxəssislərin hazırlanması və təkmilləşdirilməsi, təhsil
proqramlarının mübadiləsi vasitəsilə milli təhsil sistemi sahəsində qarşılıqlı
fəaliyyət göstərəcəklər, qarşılıqlı əsasda Azərbaycan və rus dillərinin öyrənilməsinə
və ədəbiyyatının yayılmasına, habelə elm, ədəbiyyat və incəsənət xadimləri
arasında əlaqələrin inkişaf etdirilməsinə kömək göstərəcəklər.
— Tərəflər Azərbaycan Respublikasında yaşayan ruslar və Rusiya Federasiyasında yaşayan azərbaycanlılar üçün əlverişli şəraitin yaradılmasını məmnunluqla vurğulayır, iki dost ölkənin xalqlarının yaxınlaşmasında hər iki icmanın xüsusi rolunu qeyd edirlər.
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında
Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında 03.07.1997-ci il
tarixli Müqaviləyə əsasən Azərbaycanda Rusiyayönümlü fəaliyyət nəinki qadağan
deyil, hətta vacib və zəruridir!
— Tərəflər ərazilərində yaşayan şəxslərə iradəsini sərbəst
ifadə etməsinə uyğun olaraq, yaşadıqları dövlətin vətəndaşlığını saxlamaq və ya
digər Tərəfin vətəndaşlığını əldə etmək hüququna zəmanət verirlər.
— Tərəflər siyasi, iqtisadi, mədəni, səhiyyə,
energetika, ekologiya, elm, texnika, ticarət, humanitar və digər sahələrdə bərabərhüquqlu
və qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirəcək, geniş informasiya mübadiləsinə
kömək edəcəklər.
— Tərəflər iqtisadi, mədəni, etnik və humanitar əlaqələrin inkişafına hərtərəfli yardım edəcək, təhsil, turizm sahəsində mübadiləni inkişaf etdirəcək və sərbəst informasiya mübadiləsinə kömək edəcəklər. Onlar Azərbaycan dilinin Rusiya Federasiyasında və rus dilinin Azərbaycanda öyrənilməsini və yayılmasını təşviq edəcəklər. Onlar bu sahələrdə əməkdaşlığı, o cümlədən birgə layihələrin həyata keçirilməsində, mədəni, elmi və digər fondların və assosiasiyaların fəaliyyətində hökumət və qeyri-hökumət təşkilatları və idarələri, xüsusi təşkilatlar və şəxslər arasında əməkdaşlığı təşviq edəcəklər.
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Müttəfiqlik
haqqında 22 fevral 2022-ci il tarixli Deklarasiyaya əsasən Azərbaycanda
Rusiyayönlü təbliğat vacib və zəruridir:
— Rusiya Federasiyası və Azərbaycan Respublikası
informasiya-kommunikasiya texnologiyaları sahəsində birgə layihələrin
inkişafını, yüksək keyfiyyətli səs trafikinin mübadiləsi üçün səmərəli şəraitin
yaradılması da daxil olmaqla Rusiya və Azərbaycanın telekommunikasiya
operatorları arasında birbaşa əlaqə kanallarının təşkilini təşviq edəcəklər.
— Tərəflər beynəlxalq informasiya təhlükəsizliyi, kütləvi
kommunikasiya vasitələri, publik və ictimai diplomatiya ilə əlaqədar məsələlərin
geniş dairəsi üzrə iki ölkənin müvafiq strukturları və təşkilatları arasında
sahəvi məsləhətləşmələrin keçirilməsi vasitəsilə də daxil olmaqla əməkdaşlığın
qurulmasına yardım edəcəklər.
— Tərəflər səmərəli qarşılıqlı fəaliyyət,
ticarət, təsərrüfat, mədəni və humanitar əlaqələrin möhkəmləndirilməsi üçün əlverişli
şərait yaratmaq məqsədilə Rusiya Federasiyasının regionları və Azərbaycan
Respublikası arasında əməkdaşlığın inkişafına yardım edəcəklər.
— Tərəflər milli qanunvericiliklərinə uyğun
olaraq iki ölkənin xalqlarının mənəvi və mədəni yaxınlığının saxlanmasına hərtərəfli
yardım etmək niyyətindədirlər.
— Rusiya Federasiyası və Azərbaycan
Respublikası mədəniyyət və incəsənət, təhsil, elm, turizm və idman sahələrində
qarşılıqlı əlaqələri dərinləşdirməyə, ictimai və gənclər təşkilatları, tədris təşkilatları
və təhsil müəssisələri, innovasiya mərkəzləri, kütləvi informasiya vasitələri
arasında həm ikitərəfli, həm də çoxtərəfli formatlarda əlaqələrin qurulmasına
yardım etməyə davam edəcəklər.
— Tərəflərdən hər biri öz ərazisində digər Tərəfin humanitar, elmi-texniki, mədəni və informasiya əlaqələrinin inkişafına yönəlmiş, o cümlədən də ikitərəfli sazişlər əsasında və milli qanunvericilik çərçivəsində informasiya-mədəniyyət mərkəzləri vasitəsilə fəaliyyətini dəstəkləyəcəkdir.
Azərbaycan Respublikası və Rusiya Federasiyasının 9
yanvar 2001-ci il tarixli Bakı Deklarasiyası Rusiya ilə əməkdaşlığı zəruri
edir:
— Azərbaycan Respublikası və Rusiya
Federasiyası siyasi, ticarət-iqtisadi, hərbi, humanitar, mədəniyyət, elm, təhsil,
informasiya, turizm və idman sahəsində ikitərəfli əməkdaşlığın daha da inkişaf
etdirilməsi xəttinə tərəfdar olduqlarını təsdiq edirlər.
— Azərbaycan Respublikası və Rusiya Federasiyası, hər iki
ölkənin təhlükəsizliyinin təmin olunması ilə bağlı maraqlara cavab verən ikitərəfli
hərbi və hərbi texniki əməkdaşlığı inkişaf etdirməyə hazır olduqlarını
bildirirlər.
— Onlar Azərbaycan Respublikasında yaşayan rusları və
Rusiya Federasiyasında yaşayan azərbaycanlıları Azərbaycan və Rusiya cəmiyyətinin
üzvi hissəsi, xalqların yaxınlığının saxlanılmasına və aralarındakı dostluq
münasibətlərinin möhkəmləndirilməsinə kömək edən amil hesab edirlər.
— Hər iki dövlət mədəniyyət, elm və təhsil
sahəsində əməkdaşlığın daha da inkişafının və genişləndirilməsinin, habelə hər
iki ölkənin xalqları arasında ənənəvi dostluq münasibətlərinin və etimadın möhkəmləndirilməsi
üçün bu sahələrdə hərtərəfli mübadilələrin əhəmiyyətini qeyd edirlər.
— Azərbaycan Respublikası və Rusiya
Federasiyası ənənəvi siyasi, iqtisadi, elmi, mədəni-tarixi əlaqələrin
inkişafına imkan yaratmaq səylərini ifadə edirlər.
— Azərbaycan Respublikası və Rusiya Federasiyası Qafqazda
regionun dinc gələcəyi üçün təhlükə törədən terrorizmin, ekstremizmin və təcavüzkar
separatizmin yayılması ilə əlaqədar ciddi narahat olduqlarını bildirirlər.
Bunları nəzərə alaraq, onlar özlərinin xarici siyasət, güc və hüquq-mühafizə
strukturlarının səmərəli qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsini davam
etdirəcəklər.
— Azərbaycan Respublikası və Rusiya
Federasiyası əmindirlər ki, Müstəqil Dövlətlər Birliyi formatında əməkdaşlığın
dərinləşdirilməsi Tərəflərin milli maraqlarına cavab verir.
— Azərbaycan Respublikası və Rusiya Federasiyası əmindirlər ki, onların qarşılıqlı etimad ruhunda həm ikitərəfli münasibətlər sahəsində, həm də beynəlxalq arenada sıx və dinamik əməkdaşlığı hər iki xalqın və dövlətin maraqlarına cavab verir və özlərinin, regional və qlobal təhlükəsizliyin möhkəmləndirilməsinə kömək edir.
Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin və
Rusiya Federasiyası Prezidenti Vladimir Putinin 25 yanvar 2002-ci il tarixli
Birgə Bəyanatında Rusiya ilə inteqrasiyanın zəruriliyi əks olunub:
— Tərəflər iki dost dövlət arasında hərtərəfli
əməkdaşlığın daha da möhkəmləndirilməsinin əhəmiyyətini qeyd edirlər.
— Tərəflər iki ölkə xalqlarının hərtərəfli
şəkildə daha da yaxınlaşmasının, mədəniyyət, elm və təhsil, informasiya, turizm
və idman sahələrində əməkdaşlığın genişləndirilməsinin, habelə Azərbaycan və
Rusiya xalqları arasında ənənəvi dostluq və etimad tellərinin möhkəmləndirilməsi
üçün bu sahələrdə hərtərəfli mübadilələrin zəruriliyinə diqqət yetirirlər.
— Tərəflər inteqrasiya və əməkdaşlığın inkişafı, qarşılıqlı maraq doğuran məsələlərə dair geniş fikir mübadilələri üçün Müstəqil Dövlətlər Birliyinin əhəmiyyətini qeyd etdilər.
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında
Dostluq və Strateji tərəfdaşlıq haqqında 3 iyul 2008-ci il tarixli
Deklarasiyasına görə Azərbaycanın strateji tərəfdaşı - Rusiyadır! Yolumuz
Rusiya yoludur!
— Tərəflər Azərbaycan Respublikası ilə Rusiya
Federasiyası subyektləri arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini
qeyd edirlər.
— Tərəflər öz ərazilərində dövlət suverenliyinə
və bir-birinin ərazi bütövlüyünə qarşı yönəlmiş təşkilatların, qrupların və
ayrı-ayrı şəxslərin fəaliyyətinin qarşısının alınması üçün qarşılıqlı fəaliyyəti
davam etdirməyə hazır olduqlarını bildirirlər.
— Tərəflər hərbi və hərbi-texniki əməkdaşlığı gücləndirmək
və genişləndirmək niyyətlərini bəyan edirlər.
— Tərəflərdən heç biri digər Tərəfin ərazisində
onun qurumları, təşkilatları, şirkətləri və digər təsərrüfat subyektləri tərəfindən
bu və ya digər Tərəfin suveren hüquq və mənafelərinə xələl gətirə biləcək fəaliyyətin
həyata keçirilməsinə icazə verməyəcək.
— Tərəflər Müstəqil Dövlətlər Birliyi çərçivəsində
qarşılıqlı-faydalı hərtərəfli əməkdaşlığın genişləndirilməsinə və dərinləşməsinə,
iştirakçı dövlətlərin qarşısında duran təxirəsalınmaz ümumi problemlərin və vəzifələrin
həlli üçün MDB-nin bir vasitə olaraq səmərəliliyinin artırılmasına kömək edəcəklər.
— Tərəflər beynəlxalq və regional səviyyədə
hər iki dövlətin sivilizasiyalar və dinlər arasında dialoqun qurulması və dərinləşdirilməsi
səylərini dəstəkləyəcəklər.
— Tərəflər özlərinin təsərrüfat subyektləri,
o cümlədən hər iki dövlətin biznes və elm sahəsində qurum və təşkilatları
arasında qarşılıqlı fəaliyyətin qurulması və dərinləşdirilməsinə lazımi köməklik
göstərəcəklər.
— Tərəflər mədəniyyət və incəsənət, elm və
təhsil, informasiya və gənclər siyasəti sahələrində əməkdaşlığın daha da genişləndirilməsi
və təkmilləşdirilməsinin tərəfdarıdırlar.
— Tərəflər hər iki ölkənin gənclər və tələbə
təşkilatları, elm və mədəniyyət xadimləri arasında hərtərəfli əlaqələrin möhkəmlənməsinə
kömək edəcəklər.