Страницы

06.07.2022

İRAN SEPAHINDAKI GİZLİ QRUP: BU DƏFƏ İNQİLABI FARSLAR EDƏCƏK

Həmid Herisçi

İRAN SEPAHINDAKI 2 QRUP. Azərbaycan-İran qarşıdurmasının pərdəarxası daha maraqlıdır, nəinki pərdəönü.
Pərdəönündəkiləri gəlin hələlik bir an unudaq. Görək arxa cəbhədə kimlər körükləyir bu qardaş qırğınını.
1998-ci ilə qədər İranda cəmi-cümlətanı bircə ideologiya vardı- qatı islam fundamentalizmi. Azərbaycanəsilli ruhanilər ölkənin vacib nöqtələrini tam nəzarətə almışdılar. Bu, İrandakı fars irqçilərini, “İranzəmin”, “Ariana” layihəsi tərəfdarlarını, adına “İslahatçı” deyilən düşərgəni xeyli həyəcanlandırmışdı.
Bu “arianaçılar” o vaxt 1998-ci ildə birləşib ölkə prezidenti kürsüsünə öz namizədlərini- Məhəmməd Xatəmini gətirdilər.
O siyasətə əliboş deyil, “Dialogue of Civilizations”, yəni “Sivilizasiyaların dialoqu” nəzəriyyəsi ilə gəldi. Bu fənd vasitəsi ilə o Qərb, Rusiya, Ermənistanla əlaqələrinə legitimlik qazanmağa çalışdığını, xariclə əlaqələrdə islama deyil, “mədəniyyətə” bel bağladığını sübut etmək istəyirdi.
Qərb, Ruysiya, Ermənistanla bu xətlə geniş əlaqələr yarandı. Xatəmini bütün dünyada “sülh göyərçini” kimi qəbul etməyə başladılar. O demək istəyirdi ki, islam dialoq üçün əngəl deyil, guya əksinə vasitədir.
O vaxt İran Əfqanistan, Azərbaycan, Tacikistanda çətinlik çəkirdi. Buralarda öz nüfuzunu itirirdi. Xatəmi dəstəsi, bu ölkələrdəki İran mövqelərini Rusiyaya, ABŞ-a, Fransaya, Ermənistana təhvil vermək qərarlarını bax bu yalançı “Dialogue of Civilizations” adı altında gizlədi. İran mühafizəkarlarını siyasi meydançalardan çıxarmaq naminə Azərbaycan, Tacikistan, Əfqanistandakı İran mövqelərini düşmənə təhvil verdi.
Ancaq ortada islam təəsübkeşliyini qoruyan “İnqilab keçikçiləri” korpusu vardı. Bu korpusda öz mövqelərini möhkəmlətmək naminə Xatəmi dəstəsi “İran inqilab keçikçiləri” tərkibində tam məxfi “Sepahcybery” (yəni Kiber ordu) yaradıb, mühafizəkarların burdakı monopoliyasını pozdular.
Həmin bax bu korpusun “Əl-Qüds” (Qasim Süleymani dəstəsi) qrupu da o vaxtlar Xatəmi planlarına uyğun hərəkət etdi- Azərbaycandakı, Əfqanistandakı, Tacikistandakı, Bosniyadakı mövqeləri ABŞ-a, Rusiyaya, Avropaya, Ermənistana təhvil verdi.
Üzdə bu “Sivilizasiyaların dialoqu” adlansa da, astarında başqa idi- bu xətlə İran kəşfiyyatı ilə Qərb, Ermənistan, Rusiya arasında güclü əməkdaşlıq başlayırdı.
İndi, Azərbaycan-İran qarşıdurmasının pərdəönündə mühafizəkar İran qüvvələri dayansa da, bu aldadıcı mənzərədi. Pərdəarxasında yenə həmin islahatçılar, İran liberalları, “Xatəmi-Ruhani-Zərif” qruplaşması durur.
Yenə də qutudan Xatəmi dəstəsinin xoruz pipiyi görünür.
Məqsəd aydındı- İran mühafizəkarlarını Qafqazda zibilə salmaq, Xamneyinin hər iki Azərbaycandakı dayaqlarını laxlatmaq. İnqilab keçikçiləri korpusunu xalqla, hər iki Azərbaycanla üz-üzə qoymaq.
Yəni üzdə biz guya İran mühafizəkarlarıyla qarşıdurmadayıq. Arxa planda isə gülən, zarafatlaşan yenə həminki aryaçılar, irqçilər- Xatəmi dəstəsidir.
Məqsədləri İran hakimiyyət strukturundakı Azərbaycan türklərini neytrallaşdırmaq, İranda tam hakimiyyətə yiyələnməkdir.
Zərif, Ruhani son prezident seçkilərindəki məğlubiyyətlərinin acısını, indiki siyasi böhranı, Əfqanistan, Azərbaycan mövzusundakı boşluqları bax bu cür həll etmək istəyirlər. Məsuliyyətdən qaçmaq istəyirlər.
Çünkü İran dörd tərəfdən geopolitik mühasirəyə alınıb. Bunun səbəbi isə məhz Xatəminin “Dialogue of Civilizations” siyasətinin bankrotluğudur.
İslahatçılar cavabdehlikdən qaçmaq naminə Azərbaycan, Əfqanistan sərhədlərində gərginlik yaratmaq, nəticələri mühafizəkarların boynuna yıxmaq istəyirlər.
İntriqa bax budur.
Mühafizəkarlar sırasında Sepahdakı agentləri, qərərgahları isə “Sepahcybery” deyilən ünvandadır.
Sepahdakı antitürk dəstəsi məhz bu ünvanda gizlənir, biləsiz.
Unutmayın, lütfən. Azərbaycanla İran, Azərbaycan türkləri ilə farslar şiə, Əhli-beyt coğrafiyasının iki ana sütunudur. Bu sütunların birini- Azərbaycanı laxlatmaq, məhz şiəliyə qarşı cinayətdir. Uca Allah özü bunu kimsəyə bağışlamaz. Özü zərbə vurar bu cür xəyanətə.
Allahdan qorxun...
***
İRAN XİN-İ – MASON LOJASI. “Türkmənçay” müqaviləsini müəllifi Mirzə Əbülhəsən Şirazi, o vaxtkı İran Xarici İşlər Nazirliyini gizli Mason lojası kimi qurmuşdu. Namizədlər bu idarəyə daxil olunca sanki mason lojasına düşürdülər. 
“Ariana” adlanan bu lojada, bu nazirlikdə əslində İran, islam qanunları əsla işləmir. İran XİN-i qədim Əhaməniş İmperiyası modelinə iddialıdır. Binaya girsən orda islama aid heç nəyə rastlamazsan. Ancaq qədim, islamdan öncəki İran, Kir, Dara, Təxti-Cəmşid, Persopolis modelləri, şəkilləri və sair və ilaxır.
İran XİN-i, əslində dövlət içində dövlətdir. Sırf fars, daha doğrusu pars dövlətidir. Xamneyidən çox, Hindistandakı Zərdüşt icmasına tabedi.
***
ARİAN İRQÇİ-NASİST MAFİYASI. İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan ilə İnqilab Keçikçiləri korpusunun müavini Əli Fədavi əsl “həmşəri”dirlər- yəni yerlidirlər. İsfahan tərəfdəki qədim Ərdəhan şəhərindəndirlər.
Abdullahiyan xarici siyasətdə sərt mövqe, güc, əzələ nümayişi tərəfdarıdır. Əzələ isə kimdədir? Sepahda. Dəqiq desək Əli Fədavidə. İkisi də qatı millətçi, ariyanaçı, farsdırlar. Can deyib (farslar “cun” deyirlər) can eşidirlər. Birgə çalışırlar. Azərbaycan məsələsində də Abdullahiyan Əli Fədaviyə arxalanır. 
Antiazərbaycan siyasətlərində uğur alınsa, Əli Fədəvi mütləq indiki Sepah rəhbəri Hüseyn Səlimini öz taxtından aşıracaq. Sepahdakı türkləri ucdantutma ixtisara göndərəcək.
Xatırladıram- Ərdəhan qədim şəhərdi. Əhalisi arasında Zərdüşt icması üzvləri az deyil. Məscidə orda məsələn, qədim farsca “Mazda” deyərlər. Şahnamə qəhrəmanı Rüstəm Zalla bağlı bu şəhərdə bir neçə abidə var. Dilləri də qədim farscadı, müasir deyil. Qısası paniranistlərin əsl yuvasıdır. Sepahda Əli Fədavinin özünə “Rüstəm Zal” deməsini isə hamı bilir.
Beləliklə Sepahda daxili ziddiyətlər getdikcə artacaq. Ərdəhan mafiyası XİN-i ələ keçirtdikdən sonra Sepaha əl uzadacaq. Türkləri orda sıxışdıracaq.
Namizəd kimdi? Əli Fədəvi.
Ay-hay... yatıbsız fil qulağında. Deyirsiz elə belə, boş yerə bu cütlük öz arasında rəsmi farsca yox... məhz Ərdəhan dialektində danışırlar, hə?
Allah bizi bu Ərdəhan cütlüyündən qorusun!
Həm də Sepahı.
***
@SEPAHCYBERY ORDUSU – FARSLARIN ELEKTRON ORDUSU. Vilayəte-fəqihin ətrafında, orduda, “İnqilab keşikçiləri” korpusu tərkibində türklər çoxdu, hə, bunu bilirik.
Ancaq bu korpusun @sepahcybery superməxfi kiber ordusunda türklər yoxdu. Hamısı irqçi, antitürk, türkəfoblardı. Azərbaycana nifrətlə dolub daşırlar.
Qəribə bölgüdü- romantik Sepahda türklərdi, məxfi Sepahda farslar.
Antiazərbaycan yuvası da bu ünvandadır.
Qədim fars mirzələri deyəsən müasir elektron fars mirzələri ilə, fars irqçiləri ilə əvəzlənib. Dəyişdirilib. Bayağı reinkarnatsiyadır bu. Demək, ən müasir təbliğat, kiber müharibə düyməsi farsların ixtiyarındadır. Burdan da Ermənistanla əlaqə telləri saxlanılır.
Məqsədləri anlaşılandı- hər iki Azərbaycanda güneyli-quzeyli türkləri öz aralarında vuruşdurmaq. 
Son nəticədə Sepahı türklərdən qurtarmaq.
Bir dəfə oxşar qırğını İraq cəbhəsində, ötən əsrin 80-ci illərində uğurla həyata keçirmişdilər axı.
Beləliklə...
Beləliklə, tərəzinin bir gözündə - @sepahcybery"də farslardı, digərində - Sepahda türklər.
Sepahda etnik tərəzi bax bu cür tənzimlənir.
***
HÜSEYNŞİLƏR VƏ MEHDİÇİLƏR QARŞIDURMASI. Bəli, Sepahda əslində iki dəstə var-“hüseynçilər” və “mehdiçilər”.
Hüseynçilər arasında, bəli, türklər çoxdu. Ancaq bu zahiri, romantik, qurbanlıq Sepahda belədi. Daxili Sepahda isə vəziyyət qəlizdir.
Orda “mehdiçilər”, yəni batiniçilər də var.
Farsdırlar.
Qeyb aləmini indiki elektron, internet səhifələrində görüb orda yerlərini rahatlayıblar.
Xakerlərdi.
Mass-media ilə əlaqələr də bu dəstənin əlindədir. Ermənilərlə curdular.
Mollaları, təqlidləri Ayətullah Mispah Yəzdi və digərləri ilə bağlıdır.
Hüseynçiləri bu dəstə “top yemi” bilər. Ucuz xərclərlər.
Özləri isə gedib müxtəlif niklər, yalançı, feyk ünvanlarda gizlənərlər.
Fikirləri-filan Güneyli-quzeyli türkləri Araz qırağında qardaş qırğınına verməkdir və sair və ilaxır.
Xatırladıram, Xomeyni özü bu “mehdiçiləri” sevməzdi. Onları o “Höccətiyyə” adlandırıb 1984-cü ildə ləğv etmişdi.
Bu dəstə 2000-ci illərdə prezident Əhmədinejat dövründə qəbrindən xortladı.
***
İRAN, YOXSA ARİYANA? Farsların, İran brendini “Aryana”ya əvəzləməyi, aryanaçılığı Əhli-beyt ideologiyasına qarşı qoymağı artıq tam reallıqdı. Aryanaçılar, bilin, Dara, Kir aşiqləridirlər. Hesab edirlər ki, İran Suriyada, İraqda, Qafqazda məhz Əhəməni imperiya modelini bərpa etməlidir. Farsların bu “Ariyana” modelinin gizli beşiyi İran Xarici İşlər Nazirliyidir. İran mason lojası orda yerləşir. Kadrları da ordadır. Oranı hətta gizli kölgə hökuməti də sayanlar var. Aryananın arxasında, zirvəsində Hindistandakı zərdüşt icması durur, unutmayaq. Aryana həm də “İran+Əfqanistan+Hindistan+Tacikistan” dördbucağındadır. Hindistan bu sahədə İranla bərk əlaqələr qurub. Tacikstanda Hindistanın gizli Farxor hərbi hava bazası mövcuddu. Ora Hind təyyarələri İran ərazisindən keçərək daxil olur. Pakistan, bax bu Aryana layihəsini heç qəbul etmir. Aryanaya qarşı Turanı seçir.
Farsların bu ilki Kann festivalına məhz antiislam, antişiə, antiseyid, antiməşhəd şüarlarıyla gəlməsi, bəli, düşündürücüdür. Fars elitası ölkəni, islamı, Əhli-beyt ənənələrini Qərbə, ilk növbədə ABŞ-a satmağa hazıralaşır. Razılıq artıq var... İran, bəli, bu senariyaya görə dünya bazarına öz neftini, qazını çıxarmalı, Rusiyanın ənənəvi satış bazarlarını, bazalarını qamarlayıb əlindən qoparmalıdır.
***
İRAN BURDA AZSAYLI ETNİKLƏRLƏ İŞLƏYİR. İranın, nədənsə Arazın bu tayında türklərlə, türk mənşəlilərlə, demoqrafik çoxluqla yox, azsaylı etniklərlə, qısası, marginallarla işləməsi səhvdi.
Moskvada da, necə deyərlər “eyni hamam, eyni tas, eyni tat”...
Bunun acı nəticəsi özünü hələ çox göstərəcək.
İslama sırf ziddi bu.
Fars millətçiliyidir.
Digər tərəfdən... həəə, bəlkə də bu, bizim xeyrimizədir.
Əgər Tehran bu taydakı türklər arasında işləsəydi, həəə... bu doğrudan da bizim üçün qorxu, təhlükə mənbəyinə çevrilərdi...
Mane olmayaq.
Qoy öz səhv taktikalarında qalsınlar...
***
İKİ İRAN İNQİLABI: AĞ VƏ QIRMIZI. 1963-cü ildə İranda Pəhləvi xanədanı özünün “Ağ inqilabı”na başladı.
1979-cu ilin “Qırmızı inqilab”ı, yəni konservativ inqilab, yəni İslam inqilabı, şahın məhz bu ağ inqilabına cavab idi desək əsla yanılmarıq.
Üzdə-pərdəönündə gördüklərinizə- saqqallara, uzun əbalara inanmayın, hər iki inqilab modeli indi də İranda sürətlə inkişaf edir.
İran liberalları- sabiq XİN rəhbəri Cavad Zərif, prezident Həsən Ruhani və digərləri bu köhnə “Ağ İnqilab”ın vacib halqalarıdırlar.
“Ağ inqilab” modeli İranda şəhər əhalisi, xüsusən yerli farslar tərəfindən indi də möhkəm dəstəklənir. İnkişaf edir.
“Ağ inqilab”ın İrandakı meydançası indi Şah dövründəki kimi küçələrdə, açıq havada deyil, evlərdə, gizli eyş-işrət məclislərində, “Ariana” adlı məxfi mason lojasında, toplantılarındadır.
İran XİN-i bu inqilabın, ideologiyanın baş qərargahı sayıla bilər.
ABŞ Demokrat Partiyası hələ 1963-ci ildən üzübəri bu Ağ İnqilabı həmişə dəstəkləyib.
ABŞ demokratlarının, Cimmi Karterin 1979-cu il İran İnqilabında ciddi iştirakı olub. Düzdü, bu zaman ABŞ demokratları qarageyimli islam təməlçilərini yox, gizli ağ inqilabyanlılarını dəstəkləyirdilər.
Qısa qapanmalar, fasilələrdən sonra bu əməkdaşlıq sonralar yenə də davam edib. Hələ 1985-ci ildə gənc Həsən Ruhani “İran-kontras” əməliyyatı çərçivəsində ABŞ-la birbaşa təmasda olub. Nəticədə İrana “Xok” raketlərini gətirərək Səddamın Bağdadını atəşə tutub. Tehran isə o vaxtlar Səddam tərəfindən rusların “Skad” raketləri ilə vurulurdu.
1998-ci ildə İran liberalları bu şah mirasını- Ağ İnqilab modelini tozlu arxivlərən çıxırırlar. “Dinlərarası dialoq” (“Dialogue of Civilizations”) siyasəti çərçivəsində ona ikinci nəfəs verirlər. Bu siyasətin İrandakı baş memarı prezident Hatəmi idi.
Əhmədnejatın səhnəni tərk etməyindən sonra İran liberalları yenidən ABŞ-la danışıqlara girirlər. 2013-cü ildə uzun fasilədən sonra ABŞ demokratları ilə İran liberalları arasında yeni səhifə açılır.
2013-cü ilin sentyabrında Barak Obama ilə prezident Həsən Ruhani arasında telefon təmaslarına start verilir.
Buna cavab olaraq bir ay sonra İran kiberqüvvələrinin komandanı Möçtaba Əhmədi elə Tehrandaca öldürülür. İran mühafizəkarları- Qırmızı İnqilab tərfdarları, fürsəti əldən buraxmırlar. Liberallar ilə ABŞ arasındakı danışıqları azca sıfırlayırlar.
Möçtaba Əhmədinin qətli məncə gələcək Qasem Süleymani qətlinin ilk anonsu idi. Niyə? Çünkü İran İnqilab Keşikçiləri qvardiyası sıralarındakı kiber qüvvələr, o cümlədən Möçtaba Əhmədi daha çox liberallara, ağ inqilab modelinə bağlıdırlar, nəinki qırmızı inqilab kabusuna.
Qasem Süleymaninin “Əl-Qüds” dəstəsi də, bəli, oxşar xətti, məhz liberalların xəttini, “Dialogue of Civilizations” siyasətini azca fərqli şəkildə təqib edirdi. 
Bu dialoqa rusları da qatırdı.
Süleymaninin axırı da Möçtaba Əhmədinki kimi oldu.
Yəni İranda Ağ İnqilab modeli ilə Qırmızı İnqilab modeli arasında bərk qarşıdurma gedir.
Qurbanların, qaliblərin, məğlubların siyahısı çox uzundu.
***
BU DƏFƏ İNQİLABI FARSLAR EDƏCƏK. Bəli. Dəqiq. 
Düz bir ay İran dövrü mətbuatını oxuduqdan sonra məhz bu qərara gəlmişəm.
İranda inqilabi ənənələr, adətən həmişə Azərbaycan türklərinin qan təzyiqi ilə ölçülürdü. 
Ancaq indi bu, belə deyil.
İndi farslar müasirlik, modernləşmə, dünyaya açılma istəyirlər. Seksual inqilabı sürətlə həyata keçirirlər, istədikləri kimi geyinib bəzənirlər, bərk qərbpərəstdirlər. Fast-foot mətbəxinə bir könüldən min könülə vurulublar. Evlərdə xörək qazanlarını asmırlar, pikniklər, qonaqlıqlar təşkil edirlər... Ayaqüstü yeməyə, atışdırmağa meyillidirlər...
İçki aludəçiliyi, narkotik qəbulu və s. və i. farslar arasında kosmik sürətlə yayılıb.
Qızlar-oğlanlar ələ-ələ verib Tehran, İsfahan küçələrində göz önündə öpüşürlər.
Buna farslar seks inqilabı deyib onu İslam inqilabına qarşı yönləndirirlər. 
Kİno industriyası fars kosmopolitizminin, mədəniyyətinin ana sütununa dönüb.
Farslar indi şeir yazmırlar. Yazılı ədəbiyyatı, şeiri farslar kinayə ilə, gülüşlə Azərbaycan türklərinə ötürüblər... Özləri isə rep deyir, kino ssenariləri yazır, seriallar çəkir, şərab dolu qədəhləri başlarına tərəf qaldırırlar.
Axşam olunca bütün fars qızları, qadınları Tehranda, İsfahanda, Şirazda avtomobillərinə əyləşirlər əvvəlcə. Sonra əl telefonlarını qulaqlarına sıxıb sevgililərini görüşə dəvət edirlər.
Sonra bağçalı, ağaclı həyət evlərində “Min bir gecə” nağıllarının müasir səhnələri canlanır.
Eyş-işrət, bazlıq başlayır.
Qızlar, qadınlar qapıdan içəri keçincə, çadralarını, çiyinlərinin bircə zərbəsi ilə yerə atırlar. Mini ətəklər... dekolte geyimlər... tüstü-duman... barmaqların ucunda uzun siqarlar... axan gözlər...
Farslar bunu inqilab bilirlər.
Deyirlər ki, İrandakı növbəti inqilabı artıq ənənəyə zidd olaraq türklər yoxxxxx... farslar edəcək.
Detal: Farsların "Ariana" layihəsi artıq icraya başlayıb. Xaricdəkilər, daxildəkilər... qısası bütün farslar bu Ariyana layihəsi tərkibində hərəkətə hazırdırlar. ABŞ və Qərb farsların məhz bu Ariana layihəsini dəstəkləyir...
***
ANRİ KORBEN- ŞİƏLİYİ FARSLAŞDIRAN FRƏNG “ALİMİ”. İrandakı antitürk, antişiə təxribatlarının fəlsəfi kökü bax bu frəng şərqşünasına- Anri Korbenə gedib çıxır.
Şiəliyi farslaşdırmaq, onu Zərdüştlüyün bir qoluna çevirmək təxribatı İranda artıq tam reallıqdır.
Şəkildəki Fransa şərqşünası Anri Korben bu xəttin, trendin baş memarı idi.
Sonuncu Pəhləvi şahı, “Arya-mehr” (yəni aryalıların günəşi) Məhəmməd Rza Şah Pəhləvinin xüsusi sifarişi ilə o ötən əsrin 50-ci illərində əvvəl Tehrana, sonra...
Sonra, həə... gör hara? İranın dini mərkəzi Quma yollanır.
Məqsəd: şiəliyi aryalaşdırmaq, ona “Arya islamı” adını vermək idi.
Şahın gizli “Ariana” mason lojasının baş dirijor çubuğu da, unutmayaq, uzun illər məhz bu təxribatçının incə barmaqları arasında idi.
İndiki İran teokratiyası, şiə “alimləri”, şərqşünaslar məhz bu xətti İranda inkişaf etdirir, utanmadan-qızarmadan bu tümbətünü İran fəlsəfi fikrinin, mistisizmim mənəvi atası bilərlər.
Anri Korbenin zalım şah sifarişlərini yerinə yetirməsi, farspərəstliyi, aryanaçılığı yayması nədənsə unudulur.
Gizlədilir.
Bəli, müasir İranda Anri Korbenin səyi ilə şiəlik tam farslaşdırılıb. Milliləşdirilərək türklərə, ərəblərə qarşı yönləndirilib.
Bu fikrin davamçıları indi də İranın “Aryana” layihəsində aparıcı mövqelərə sahibdirlər.
Ölkə daxilindəki türklər nədi? Ay-hay... İranı üç tərəfdən əhatə edən türkləri də- yəni Türkmənistanı, Özbəkistanı, Qazaxstanı, Türkiyəni, Azərbaycanı da bu korbençilər, aryanaçılar adam yerinə belə qoymurlar. Varlığını danırlar.
İndi aryanaçılar İranda yalançı antiazərbaycan havasını dalğalandırır, türkləri, Təbrizi, Bakını İranın bir saylı düşməni elan edirlər.
Əslində isə türklər yox... məhz farslar İrandakı əhli-beyt ənənələrinin, seyidlərin qatı düşmənidirlər. 
Ölkədə gizlincə “Arya inqilabı” hazırlayırlar, türkləri ucdantutma qırmağa, məhv etməyə hazırlaşırlar.
Qibləgahları da Hindistandakı zərdüşt icması, başçıları da Hindistandakı baş zərdüşt kahinidir.
Yəni farslar, fars elitası bu gün heç Vilayəte-fəqihə yox... məhz Hindistan kahinlərinə biət edirlər.
Cəmiyyəti aldatmaq üçün biz türkləri, Təbrizi, Bakını təhlükə mənbəyi elan edir, əslində isə məhz özləri İranda saray çevrilişi hazırlayırlar.
Məqsədləri nədi?
Deyim də nədi- “X” saatında Zərdüşt ardıcıllarını, Hindistan qurularını, “Arya islamı”nı, yəni Qumdakı agenturalarını bir yerə toplamaq.
“Aryana” layihəsini leqitimləşdirmək.
Yəni İranın bu günkü düşməni Turan deyil... Bakı deyil... Təbriz deyil...
Məhz Aryana, bax bu qondarma Arya islamıdır.
Fars kinorejissoru Əli Abbasinin Kann festifalına qatılmış son filminə- “Holy Spider”ə (2022)-ə bircə dəfə baxmaq yetər ki, bircə qənaətə gələsən - indiki farslar sırf kosmipolitdirlər. İslama, şiəliyə, Məşhədə, seyidlərə qarşı amansız nifrət bəsləyirlər.
Yəni İranda türklər yox, farslar üsyana hazırlaşırlar.
Əlləri tətikdədir.
Kanna göndərdikləri bax bu film isə fars antişiəliyinin manifesti, Avropa tanıtımı sayıla bilər.
***
FARSLAR, BƏLİ, İSLAMA, MƏŞHƏDƏ, SEYİDLƏRƏ QARŞIDIRLAR İNDİ. Fars kinorejissoru Əli Abbasinin Kann festifalına qatılmış son “Müqəddəs hörümçək” filminə bircə dəfə baxmaq yetər ki, bircə qənaətə gələsən- indiki farslar sırf kosmipolitdirlər. İslama, şiəliyə, Məşhədə, seyidlərə qarşı amansız nifrət bəsləyirlər.
Film, İran kinosuna xas ənənəvi romantik, duyğusal estetikada yox... sadomazoxizm estetikasında çəkilb.
Hədəfdə Məşhəd, ruhaniyyət, seyidlər institudur.
İndiki İran prezidentinin məşhədli olduğunu yadınıza salıram.
Fars toplumu, kinosu bu gün özünün tam nihilizm, inkarçılıq dövrünü yaşayır desək, inanın, yanılmarıq.
Farslar, biz türklərin, digərlərinin haqlarını, dilini, tarixini danırlar... Bu heç... farslar indi Əhli-beyt misteriyasını, seyidləri, Məşhədi də danırlar... Yəni sözün əsl mənasında hüdudsuz, sərhədsiz bir nihilizm...
Bir var bu trendi, bu nifrəti Şimal Tehranda, keyf məclislərində göstərəsən, bir də var bu nifrəti dünya çapında, Kann festifalında bəhbəhnən sərgiləyəsən... Fərq budu...
Azərbaycan gərək bu fars antişiəliyinə tutarlı cavab versin. Biz əhli-beyt varisləriyik. Azərbaycan ruhaniyyıti- o taylı, bu taylı, fərqi yoxdu, buna öz cavabını verməlidir. İslamı farslara etibar etmək olmaz.
***
GƏL EY SADEQ XALXALİ! İranda şahpərəstlərin, “Ariyana”çıların, fars irqçilərinin bircə qənimi olub- Ayətullah Sadeq Xalxali.
Bioqrafiyası dumanlıdır. Pişəvəri tərəfdarları deyirdilər ki, o əvvəlllər, lap sütül gəncliyi dövrlərində Azərbaycan Demokrat Firqəsi üzvüydü. Fədailərdəndi. Ərdəbil-Xalxal uşağıdı. Pişəvəri hərəkatının süqutundan sonra Quma gedir. Orda islam fədailərinə- Nəvvab Səfəvi dəstəsinə qoşulur. Şah rejiminə, fars irqçilərinə qarşı amansızlığı indi də dillərdə əzbərdi. İmam Xomeyninin qələbəsində xidmətləri əvəzsizdir. İranın indiki Ali Dini Lideri Seyid Əli Xamneyi də deyilənlərə görə, məhz Sadeq Xalxalinin əzmi, tələbi, qətiyyəti ilə Xomeyninin vəfatından sonra hakimiyyət kürsüsünə qalxıb.
Fars, “Ariyana” irqçilərini o hələ 1946-cı ildən başlayaraq güllələməyə başlayıb. Qurbanlarının sayı yüzlərlə, minlərlə ölçülür.
Siyahı böyükdü. Şəxsən mən bu edamları həmişə alqışlamışam. Xalxali ilk növbədə Azərbaycan xalqının düşmənlərini, fars irqçilərini ucdantutma güllələyib. Nə göz yaşlarına baxıb, nə anaya, nə bacıya...
Yüz minlərlə Azərbaycan türkünün qanını tökmüş irqçiləri, Arianaçıları 15 dəqiqəlik məhkəmələrlə tələsik cəhənnəmə vasil edib. Siyahıda gör kimlər var: İranın baş naziri Abbas Hoveyda, Tehran meri Qulamrza Nikley, İran Radio və Televiziya direktoru Mahmud Cəfəriyan, şah qvardiyası “Cavidan”ın generalı Əli Neşad, SAVAK rəhbərləri Nematullah Nasiri, Həsən Pakravan, Naser Moqəddəm, şah genarelları Mənuçehr Xosroudad, Mehdi Rəhimi, Reza Naci, Nader Cahanbani, Pərviz Əmini Əşrəf, İran XİN rəhbəri Abbasağa Halatbari və s. və i.
Fars irqçilərinin indiki “Kir” partiyasının baş qibləgahını- şah Kiryavuşun məzarını sökmək istəyirdi, ancaq qoymadılar. Qoysalar, indiki fars millətçiləri bu öz qibləgahlarından məhrum olacaqdılar. Əfsus...
Rza şahın möhtəşəm mavzoleyini də o söküb. O Sadeq Xalxali. 2003-cü ildə dünyasını dəyişib.
Oxşar yeni bir Xalxaliyə indi də ciddi ehtiyac var. Bu günkü İranda at oynadan fars irqçilərinin, arianaçıların qulağına ilk fürsətdə bircə dəfə Xalxali adını pıçıldasaz bəsinizdi. O dəqiqə quzu balasına dönəcəklər.
Gəl ey Sadeq Xalxali! Qurtar bizi arianaçılardan. Antiazərbaycançılıqdan. Qurtar! Sənə səslənirəm. Sənə...

Комментариев нет:

Отправить комментарий