Страницы

06.07.2022

İRAN, YOXSA ARİYANA?


Farsların, İran brendini, "Aryana"ya əvəzləməyi, aryanaçılığı Əhli-beyt ideologiyasına qarşı qoymağı artıq tam reallıqdrı. Aryanaçılar, bilin, Dara, Kir aşiqləridirlər. Hesab edirlər ki, İran Suriyada, İrakda, Qafqazda məhz Əhaməni imperiya modelini bərpa etməlidir. Farsların bu "Ariyana" modelinin gizli beşiyişi İran Xarici İşlər Nazirliyidir. İran mason lojası orda yerləşir. Kadrları da ordadır. Oranı hətta gizli kölgə hökuməti də sayanlar var. Aryananın arxasında, zirvəsində Hindistandakı zərdüşt icması durur, unutmayaq. Aryana həm də "İran+Əfqanistan+Hindistan+Tacikistan" dörtbucağındadır. Hindistan bu sahədə İranla bərk əlaqələr qurub. Tacikstanda Hindistanın gizli Farxor hərbi hava bazası mövcuddu. Ora Hind təyyarələri İran ərazisindən keçərək daxil olur. Pakistan, bax bu Aryana layihəsini heç qəbul etmir. Aryanaya qarşı Turanı seçir.
Farsların bu ilki Kann festivalına məhz antiislam, antişiə, antiseyid, antiməşhəd şüarlarıyla gəlməsi, bəli, düşündürücüdür. Fars elitası ölkəni, islamı, Əhli-beyt ənənələrini Qərbə, ilk növbədə ABŞ-a satmağa hazıralaşır. Razılıq artıq var... İran, bəli, bu senariyaya görə dünya bazarına öz neftini, qazını çıxarmalı, Rusiyanın ənənəvi satış bazarlarını, bazalarını qamarlayıb əlindən qoparmalıdır.

Həmid Herisçi

Комментариев нет:

Отправить комментарий