Страницы

24.08.2022

Avrasiya mövzusunda fərdlər açar deyil: Duqinanın qətli savaşın qaydalarını dəyişəcək

Ramil Məmmədli
Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi-siyasi şərhçi

Bu fikirləri üç ay əvvəl yazmışam. Mövzu öz aktuallığını saxlayıb. Artıq bəllidir ki, yeni hərbi-siyasi ideoloji savaş daha aqressiv mərhələyə qədəm qoyub.
Azərbaycan da əslində öz yerini və rolunu müəyyənləşdirib. Biz bunun ilkin işartılarını 2022-ci il fevralın 22-sində müşahidə etdik. Sadəcə özümüzü qorumaq imkanlarından maksimum istifadə etməklə bu mədəniyyətlərarası (Şərq-Qərb) savaşdan hələ ki bəhrələnməyi bacarırıq.
O ki qaldı Avrasiya məkanının yeni siyasi formata çevrilməsi ideologiyasının əsas təbliğatçılarından biri olan Aleksandr Duqinin qızı Darya Duqinanın terror nəticəsində öldürülməsinə, bu bir çox mətləblərdən xəbər verir.
İlk növbədə onu bildirim ki, hədəf Darya Duqina deyil, atası Aleksandr Duqin olub. Məqsəd isə yeni qütbü formalaşdıracaq ideoloji əsasları – bünövrəni sarsıtmaq, prosesin nəzəri bazasında iştirak edən beyinlər arasında fikir ayrılığının yaranmasına stimul vermək olub. Lakin bununla prosesin strateji baxımdan qarşısını almağa çalışan Qərb koalisiyası – ideologiyası, sadəcə bir amili unudub.
Proses artıq başlayıb. Bu ideoloji prosesdə fərdlər daha açar halqa deyil.
Darya Duqinanın qətlə yetirilməsi isə prosesi daha da alovlandıracaq, rus xalqını və Avrasiya məkanının vahid hərbi-siyasi formata çevrilməsi ideyasını dəstəkləyənlərin açıq müstəvidə savaş aparmasına səbəb olacaq.
Etiraf etməliyik ki, bu günki reallıqda Qərb qarşısında Avrasiya məkanının, yəni Şərqin ön cəbhəsi Rusiya, arxa cəbhəsi isə Çindir. Digər ölkələr isə bu böyüş savaşda milli maraqlarını qorumağa çalışan, bacardıqları qədər prosesdən bəhrələnmək niyyətində olan kiçik dövlətlərdir.
Azərbaycan isə bu böyük savaşda ilk uğurunu qazandı və 2014-cü ildən başlayaraq Qərbin bayrağını qaldıran Ermənistan üzərində qalib gəldi. Bununla Gürcüstan və Ermənistan qarşısında Cənubi Qafqazda Şərq mövqeli tək gücə çevrildi.
Azərbaycan dövləti illər əvvəl bu prosesi görərək, doğru qərar verdi. Çünki Azərbaycanın dövlət sistemi 1990-cı ilin əvvəllərindəki Qərbyönümlü siyasətin ölkəmizə hansı fəsadlar verdiyini yaxşı təhlil edə bilmişdi. Əsas odur ki, daha 30 il əvvəl gözümüzü yumub, emosiyalara qapılaraq “qaranlığa daş atacaq” kimi səhv addımlardan uzağıq. Yerləşdiyimiz məkanda baş verən proseslərdə yanmamaq, əksinə bəhrələnmək və isinmək lazım olduğunu bilirik.

Комментариев нет:

Отправить комментарий