Страницы

25.08.2022

Müstəqillik illərində olunan haqsızlıqlar barədə

İdris Abbasov

Sovet dövründə də oğurluq, rüşvət var idi, daha bu miqyasda yox. Onda Moskvaya yazmaqdan azca çəkinmək var idi, indi çəkinmək nədir, daha da quduzlaşmaq var. Kimsə deyə bilər ki, indi ondakından daha bolluqdur, görmədiyimizi görürük, ölkənin varını dağıdanların yanbızını yalayıb özümüzə maşın da alırıq, az əməklə nəyəsə nail oluruq…
Əvvəla, qlobal inkişaf indi Madaqasqarı da əhatə edir, Çini də, Kubanı da. Guya Sovet Kubasında kompüter, ya texniki nailiyyətlərdən istifadə yoxdur? Bir baxın görün o dövrdə təbii ehtiyatlarımız bu həcmdə istismar olunurdumu? Bu nəhəng istismarın müqabilində gələcəyimiz üçün nə etmişik? Bizi tənbəlliyə alışdıran neftimiz, qazımız tükənəndən sonra 20-30-40 ildən sonra indi eyforiyaya qapılıb ucaltdığımız göydələnləri saxlaya bilməyəcəyik. Yollar salıb, körpülər tikib milyardları silə biləcəyikmi? O sildiyimizin qır-qırıntılarından az da olsa saxladığımız dəstələrin qabağına ata biləcəyikmi?
Hələ ki görməmişcəsinə yeyin, dağıdın!

PS. BDU-nun qarşısındayam. Yadıma mənə qarşı edilən haqsızlıqlar tarixinin xronikası düşdü. Müstəqillik illərində olunan haqsızlıqlar Sovet dövrünü kölgədə qoydu… O dövrdə də zülm çəkdik, bu dövrdə ondan da betər zülm çəkməkdəyik. İndinin zülmü daha çoxşaxəli və daha alçaldıcıdır. Havadan asılı vəziyyətdə qalmışıq, "demokratiya" deyə-deyə yellənirik, heç əhəmiyyət verən də yoxdur. Ədalətsizliyə bulaşmış sosial-mənəvi bataqlığın qucağında çırpınır, batdıqca batırıq.

Комментариев нет:

Отправить комментарий