Страницы

20.09.2022

Rusiyalı politoloq, Beynəlxalq Avrasiya Hərəkatının sədr müavini, Geopolitik Ekspertizalar Mərkəzinin direktoru Valeri Korovin:
- Əminəm ki, hücum təkcə Dariyaya qarşı deyil, ilk növbədə Qərbdə Amerika elitaları tərəfindən qlobalist layihə üçün “ən təhlükəli insan” adlandırılan Aleksandr Duqinə qarşı yönəlib. Bu söz məhz belədir, Qərb mənbələrində axtarın, bu cür işlədilib - “dünyanın ən təhlükəli adamı”. Belə bir şəxsiyyətə qarşı terroru ancaq ideyanın əhəmiyyətini, ideologiyanın əhəmiyyətini dərk edən, qələbənin düşüncə sferasından çıxdığını anlayan şəxs sifariş verə bilər. İdeyalar onu ideal obraz kimi daxili baxışı ilə düşünən filosofların başında doğulur, deyib Platon. Sonra ideyalar fəlsəfi mühitlərdən elmi ictimaiyyətə, ordan ekspert icmasına, ordan media ictimaiyyətinə enir, sonra isə çoxluğu ələ keçirərək kütlənin mülkiyyətinə çevrilir ki, bu da istənilən hərəkəti, o cümlədən hərbi və hücum xarakterli hərəkətləri legitimləşdirir. Ancaq hər şeydən əvvəl şərhlər, fikirlər, mənalar gəlir... Və bu mənaların mənbəyi, postsovet Rusiyasından danışsaq, liberalizmə alternativ olan bütün intellektual mühiti, modeli, paradiqmanı yaradan Aleksandr Duqindir. Biz sovet ideoloji layihəsini tamamladıq və heç bir tənqidə məruz qoymadan liberal-Qərb layihəsini götürdük, çünki başqası yox idi. Alternativ qeyri-liberal model Duqin tərəfindən yaradılmışdır. Vətənpərvər bir mühitdə, vətənpərvər ekspert mühitində, qeyri-liberal elmi birlikdə mövcud olan hər şey Duqin tərəfindən yaradılmış, son üç onillikdə onun rəhbərliyi altında ziyalı qrupu tərəfindən hazırlanmışdır. Avrasiyaçılıqdan danışsaq, bu hələ əvvəllər, 1980-ci illərin sonlarından başlayıb. Amerikalılar üçün bütün mənaların mənbəyi aydındır. Hətta indiki xüsusi hərbi əməliyyata haqq qazandıran düşüncənin də. Duqinin davamçılarının 2014-cü ildən bəri səsləndirdiyi açıqlamalara baxın: onlar indi baş verən hər şeyi dilə o vaxt gətirirdilər, bütün vəziyyəti təsvir etmişdilər. "Putin, qoşun yerit!" - 2014-cü ildə Duqin qrupunun şüarı idi, AGB (Avrasiya Gənclər Birliyi) bu fikiri əsas götürərək çoxsaylı piket və mitinqlərə çıxdı. İndi baş verənlər ideoloji, geosiyasi, əqli və ideoloji baxımdan hələ 2000-ci illərin ortalarında, Kiyevdəki “narıncı inqilabdan” sonra meydana gəlmişdi. Görün Avrasiya Gənclər Birliyi nə ilə çıxış edirdi: Ukraynada baş verənlərin Qərbdə sifarişçisi var, millətçilər rus dünyasına qarşı mübarizədə alətdir, Ukraynanı parçalamaq üçün istifadə olunurlar, vətəndaş müharibəsinin qarşısını almaq üçün şəbəkələrin köməyi ilə Ukrayna cəmiyyəti ilə işləmək lazımdır. Hamısı açıq mənbələrdə var. 2005-ci ilə qayıdın və görün indi həyata keçirilən bu modelləri, konsepsiyaları, yanaşmaları kim ortaya qoyub. Qərb üçün ilkin mənbənin kim və nə olduğu açıq-aşkardır. Duqinin özündən başqa, Darya Aleksandrovnanın da fəal iştirakçısı olduğu bütün qrupu da hücuma məruz qalır. Burda fikir formalaşdıranların hamısının təhlükəsizliyinə yanaşmalara ümumilikdə yenidən baxmaq lazımdır.

Комментариев нет:

Отправить комментарий