Страницы

20.09.2022

Rusiyalı politoloq, Beynəlxalq Avrasiya Hərəkatının sədr müavini, Geopolitik Ekspertizalar Mərkəzinin direktoru Valeri Korovin:
- Referendumlar yaxın gələcəkdə keçiriləcək və burda Ukrayna sakinlərinin əksəriyyətinin mövqeyi göz qabağındadır. Çünki Ukrayna əhalisinin əksəriyyətini ruslar təşkil edir. Çünki rus xalqı etno-sosioloji vahid, üzvi etnik birlik kimi üç şərqi slavyan etnik qrupunun əsasında inkişaf etmişdir: velikoroslar, maloroslar və belaruslar – bu üçlük, rus xalqının əsasını təşkil edir. Bu əsasa sonradan türk etnik komponenti, daha sonra böyük fin-uqor və digər  Avrasiyanın xalqları rus xalqının toxumasına daxil olaraq bu fövqəletnik kimliyi yaradıblar. Hansı ki təkcə min illik rus dövlətini deyil, həm də yüksək diferensiallaşmış rus mədəniyyətinə əsaslanan rus sivilizasiyasını formalaşdırıb. Özünü bu rus mədəni və sivilizasiya matriksinin bir hissəsi hesab edən hər kəs rus insanıdır. Ya da malorusdur. Onda o baza etnik qrupuna bağlı olur. Əslində, malorosların təbii yaşayış yeri aqrar mühitdir - təsərrüfat, aqrar həyat tərzi, çoxsaylı dialektlər, maloros mahnıları, rəqsləri və s. Hansı ki biz bunları çox sevirik, bizim təbii, ayrılmaz bir hissəmizi, böyük rus xalqının maloros komponentini təşkil edirlər. Amma ukraynaçılıq malorosları zorla siyasiləşdirən, onların əsasında rusofobiyaya əsaslanan süni siyasi birlik yaratmağa çalışan süni siyasi layihədir. Kiyev açıq şəkildə etiraf etdi ki, Ukrayna siyasətinin əsasını rusofobiya təşkil edir. Rusofobiya olan yerdə ukraynaçılıq bütün təzahürlərdə ruslara qarşı yönəlmiş siyasi layihə kimi bərqərar olur. Rus sivilizasiyasına qarşı. Rusiya dövlətinə qarşı. Hansı formada olursa olsun - imperiya və ya indiki Rusiya Federasiyası kimi respublika forması olsun. Rus mədəniyyətinə, rus dilinə, ümumi rus tarixinə qarşı, yəni rus anlayışı olan hər şeydə ən azından əsasında rusca nəsə olan xırda bir şeyi belə ukraynaçılıq inkar edir. Siyasi ukraynaçılıq bütün bunların inkarı üzərində qurulur. Ancaq ukraynaçılıq xəstəlikdir. Maloross isə mütləq deyil ki, ukraynalı olsun. O o zaman ukraynalı olur ki, rusofob siyasi maşına sədaqət andı içir və onun məqsədlərini özününkü kimi qəbul edir. Sonra maloross ukraynalı olur. Ancaq eyni şəkildə ukraynaçılıq ideologiyasını qəbul edərək ukraynalı olan etnik velikoross da ola bilər. Baxın, orda çoxlu belə ruslar var, əslən Kursk vilayətindən olanlar. Ukraynanın keçmiş xarici işlər naziri, əsl rus, böyük rus soyadlı Pavlo Klimkin və ya Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Aleksey Danilov. Sadəcə olaraq, rus və ya belarus birdən-birə ukraynaçılıq ideologiyasına bulaşarsa, o insanlığa qarşı cinayət törədən xəstə şər, alçaq, lənətlənmiş məxluqa çevrilir. Ukraynaçılıq rusofobiya, təkəbbür və irqi üstünlüyə əsaslanan siyasi ideologiyadır - bütün bunlar Qərb yanaşmalarının əsasını təşkil edir. Ukraynalı sadəcə - insanın xəstə halıdır. Sağlam insan modeli isə malorosdur. Xüsusi hərbi əməliyyatdan sonra həmişə Böyük Rusiyanın, rus dünyasının, rus sivilizasiyasının bir hissəsi olan, rus xalqının, mədəni, etnik komponenti təmsil edən malorosların yaşadığı Cənub-Qərbi Rusiya məkanını de-ukrainizasiya etmək lazımdır. 

Комментариев нет:

Отправить комментарий