Страницы

15.11.2022

FARSLAR İRANIN YERLİ ƏHALİSİ DEYİL


İran tarixi olduqca keşməkeşli və qarışıq periodlardan ibarətdir. Herodota görə, eramızdan 9 əsr əvvəl midiyalılar indiki İrana doluşdular və əvvəllər qutilərin, kassitlərin və lullubilərin yaşadıqları əraziləri tutdular. Arimaspilər issedonları qovdular, issedonlar skifləri sıxışdırdılar, skiflərin təzyiqi ilə üzləşən kimmerlər yaşadıqları Krımdan çıxaraq Anadolu ərazisinə gəldilər. Kimmerlər burda Sevan gölünün şimalında öz çarlıqlarını qurdular, friqiyalıların üstünə hücuma keçdilər və axırıncı Friqiya çarı Midası öldürdülər. Şərqi kimmerlər Manna dövlətini tutdular, sonradan Midiya xalqının etnik komponentinə çevrildilər və Assuriyaya qarşı üsyan qaldırdılar. Qərbi kimmerlər isə Lidiyaya basqın etdilər, ölkənin paytaxtı Sardını tutdular, axırıncı Lidiya çarı Qiqesi öldürdülər və bundan sonra Kappadokiyada oturuşdular. Herodota görə kimmerləri Krımdan qovan skiflər onların dalıyca yeni yaşadıqları yerə də gəldilər. Skif çarı Madiy e.ə 653-cü ildə Midiyanı tutdu, sonra isə qərbə yeriyib kimmerləri qırdı. Sikiflər bundan sonra da dayanmadan irəlilədilər, Aralıq dənizinin şərqinə girdilər, Suriya və Fələstini keçdilər, Misirə təhlükə yaratdılar. İşquzlar e.ə. 7-ci əsrdə Midiya və Anadolu ərazisinə girdilər, assuriyalılarla toqquşdular. Assuriyalılara qarşı mübarizədə onlara lullubilər və xurritlər kömək etdilər. Tarixin müəyyən dövrlərində iranlı və hindli xalqlarının ayrılması, haçalanması prosesi getdi, çöldə köçərilik edən iranlı xalqların Elama (Persiya) və Qafqaza (Midiya) miqrasiyası baş verdi. Eramızdan 2 min il əvvəl indiki hindlilər Hindistana girdilər. Xaldeylərlə midiyalılar birləşib assuriyalıları qırdılar. Romalılarla parfiyalılar bir-birlərini qırdılar. E.ə. 3-cü əsrin ortalarında dax tayfalarından biri olan parnlar Parfiya ərazisinə soxulub burda yeni dövlət yaratdılar. Parfiyalıların üzərinə saklar və toxarlar yeridilər, yenə böyük qırğınlar oldu. Sasanilər parfiyalıları qırdılar. Hunların imperiya yaratdıqları ərəfədə usunlar hücum edib yueçjiləri Şərqi Türkistandan qovdular; halbuki yueçjilər həmin torpaqlarda ən azı min beş yüz il idi yaşayırdılar ki, Tarim mumiyaları buna sübutdur. Yueçjilər qərbə gələrək Xəzərin şərqində yaşayan saklara hücum etdilər, nəticədə saklar qərbə – Soqdiana və Fərqanəyə doğru sürüşdülər. Burda saklar Yunan-Baktriya çarlığı ilə toqquşdular, nəticədə e.ə. 145-ci ildə bu dövləti tutdular. Bundan sonra onlar güclənib cənuba doğru yeridilər, Əfqanıstanı götürdülər. Ardınca saklar şərqə yeriyib e.ə. 1-ci əsrin ortalarında Hindistanın şimal-qərbini tutdular. 2-ci əsrdə isə toxarların bir hissəsi Təklə-Məkan çöl yolu ilə Sincana qayıtdılar. 4-cü əsrdə Qazaxıstanda və Baktriyada kidaritlər peyda oldular. Burda onlar digər köçəri tayfalarla birləşib İrana basqınlar etdilər. Onlar get-gedə güclənib Kabula kimi əraziləri tutdular. Kidaritlərdən sonra eftalitlər regionun atlb vuran xalqına çevrildi. Eftalitlər 4-6-cı əsrlərdə İran və Hindistan arasında dövlət yaratdılar. Hindistanda eftalitlər Qupta çarlığı ilə toqquşdular və bu dövləti məhv etdilər. 457-ci ildə eftalitlər Sasani İranından vergi almağa başladılar. Onlar əvvəl İran şahı Peroza taxt-tacı tutmaqda kömək etdilər, lakin Peroz onların qarşısında götürdüyü öhdəliyi yerinə yetirmədi, nəticədə müharibə başladı və döyüşlərin birində Perozu öldürdülər. Bundan sonra eftalitlər Perozun onların yanına girov kimi göndərdiyi oğlu Kavadı İranda hakimiyyətə oturtdular. Eftalit çarı Mixirakula Hindistanın şimalında möhkəmləndikdən sonra özünü “günəş irqinin” varisi elan etdi, buddistləri qırdı və şivaizm dinini gətirdi. Ərəblər tərəfindən tutulana kimi Kabul eftalitlərin əlində idi.
İran coğrafiyasında bəşər tarixi bir-biri ilə dayanmadan didişən xalqlar, amansız müharibələr aparan sivilizasiyalar ansamblı ilə müşayiət olunur. Tarixin müxtəlif vaxtlarında farslar midiyalılarla, kassilərlə, lidiyalılarla, assuriyalılarla, hirkanlılarla, vavilonlularla, baktriyalılarla, saqartiyalılarla, saklarla, parfiyalılarla, xarəzmlilərlə, soqdiyalılarla, qəndəharlılarla, dadiklərlə, kaspilərlə, saranqlarla, paktiyalılarla, utilərlə, miklərlə, parikanlarla, paflaqoniyalılarla, likiyalılarla, matienalılarla, mariandilərlə, kappadokiyalılarla, friqiyalılarla, misiyalılarla, vifiniyalılarla, pisidiyalılarla, kabaliyalılarla, mililərlə, mosxlarla, tibarenlərlə, makronlarla, mossinoyklarla, marlarla, kolxlarla, suriyalılarla, ərəblərlə, liviyalılarla, efioplarla vuruşdular. Regionda çoxlu yerli xalqlar vardı, adları mənbələrdə var, amma yoxa çıxıblar. Onlar niyə yox olublar? Fakt budur ki, bütün bu xalqların farslarla toqquşmaları olub.
Aleksandr Duqin Turan istorialındakı bu qatma-qarışıqlıq barədə belə yazır: “Böyük Çöldə məskunlaşmış tayfaların tarixi ilə bağlı ilkin xronikalardan tutmuş sonrakı orta əsrlər xronikalarına kimi qarışıqlıq vardır. Gah bir xalq müxtəlif adlarla adlanır, gah onlar arasında yaxınlıq və qohumluq göstərilir, gah da onlar eyniləşdirilir. Bu təkcə xronika müəlliflərinin məlumat azlığının nəticəsi deyil, həm də bəzi sivilizasion şəraitlərin təzahürüdür: bir neçə minillər boyu Turan ərazilərində hind-avropa xalqlarının sirkulyasiyası baş vermişdir ki, bu prosesin məntiqi və mahiyyəti xronikalarda və mətnlərdə əksini tapmamışdır. Bu elə həmin cəmiyyətlərin köçəri təbiətlərindən, şəhərlərin, yazının və oturaq məntəqələrin olmamasından irəli gəlir. Əsl differensiasiya məhz onda başlayır ki, bu və ya digər xalqlar birdəfəlik oturaq həyat tərzinə keçirlər, erkən mədəniyyət sistemlərdən yazı, arxitektura və müəyyən inkişaf etmiş işarə sistemləri götürürlər”.
Nə indiki Yunanıstanda əvvəl yunan yaşamadığı kimi, nə indiki Türkiyədə əvvəl türk yaşamadığı kimi, nə indiki Əfqanıstanda əfqan yaşamadığı kimi İranda da indiki farslar yaşamırdılar. Bu regionun əsas əhalisi serblərin, bolqarların, slovakların, çexlərin müştərək babası olan selevkilər idi. Slovaklar indi üçünсü dərəcəli xalqa çevriliblər, lakin o vaxt tarixin əsas, aparıcı, öz sözünü deyən, geniş regiona, mən deyərdim hətta qitəyə sahib xalqı idilər. İndi tarixin təlatümlərindən keçərək Avrasiyanın bir küncünə sıxılıblar... Bəli, vaxtilə Şərqdə slavyanlar hakim idilər. Bunu tarixi mənbələr və arxeoloji qazıntılar açıq-aydın göstərir.
Təəccüblənmək lazım deyil. Məsələn, indiki Azərbaycanın yerində Albaniya vardı ki, əhalisinin slavlar və franklardan ibarət olduğu tarixi mənbələrdə aydın göstərilir. İndiki Türkiyə dövlətinin yerində Lidiya dövləti vardı. İndiki Türkiyənin yerli əhalisi ioniylər, lidiyalılar, doriylər idi. Müasir türkiyəlilər qarasaç və qaragöz olsalar da, Türkiyənin qədim sakinlərinin sarısaç və göygöz olduğu hamıya aydındır. Tarixi mənbə, təsvir və artefaktların hamısında indiki Türkiyənin əsl sakinləri ucaboy, ağ dərili, sarısaç, göygöz, enli alınlı və balaca ağızlı göstərilir ki, bu daha çox slavyan fenotipinə uyğun gəlir. İstanbulun arxeologiya muzeyində Apollonun, Veneranın, Zevsin antik heykəllərinə baxın. Bütün Türkiyə ərazisi etruskların tikdiyi antik teatr, qala, qüllə, körpü, məbəd və şəhər qalıqları ilə doludur. Arxeoloji qazıntılar zamanı da Türkiyədə qara insanların yox, slavyan görünüşlü insanların sümükləri çıxır. Qara dənizin Türkiyə sahili zolaqları qədim slavyan torpaqlarıdır.
O cümlədən İran ərazisində də sarısaç göygöz insanların yaşadığını arxeoloji qazıntılar göstərir; qazıntılarda tapılmış insan qalıqlarının fiziki tipi və qaploqrupu qədim İranda slavyanların yaşadığına dəlalət edir.
Beləliklə, farslar kimdir? Hardan gəliblər? Hara gedirlər? İran tarixini izləyərkən görürük ki, çarlıqların adı tez-tez dəyişir, amma bu əslində elə xalqların dəyişməsi idi. Məsələnin çətinliyi ondadır ki, tez-tez eyni ad müxtəlif dövrlərdə fərqli regionlara verilir və bu təkcə ibtidai ənənəvi mərkəzin ardıcıl lokalizasiyası ilə deyil, həm də ikinci dərəcəli mərkəzlərə birbaşa və ya dolayısı bağlılıq ilə əlaqədardır. Söhbət təkcə onların legitimliyindən, qeyri-legitimliyindən getmir, həm də bir xalqın yerinə başqa xalqın gəlməsindən gedir. Bu gün Əhəmənilər fars istorialının bir fraqmenti sayılır, amma onlar qərbə köçüb Komninlər dövləti qurdular. Sizə bəlkə gülməli gələr, indiki Ukrayna Əfqanıstan ərazisində idi - Əfqanıstana qara irq sonradan gəldi. Kəyanilər fars tarixində dumanlı miflərdə əks olunur, Kəyanilərin real dövləti isə Kiyev Rusu olub. Sasanilər dövründə isə zərdüştlüyün öz ilkinliyindən, orijinallığından qoparılaraq ona fars mentallığına uyğun yeni format verilməsinin şahidi oluruq.
Legitimlikdən söhbət düşmüşkən bir daha onu qeyd etmək lazımdır ki, İran tarixi heç də hamar olmayıb. Tarixşünaslar təəccüblənirlər ki, nəyə görə Roma legionunun döyüşçüləri İran köklərinə malik mitraizm dininə sitayiş edirdilər? Xalqların Böyük Köçünü nəzərə alsaq, onda bu təzada aydınlıq gətirə bilərik. Parfiyanın əsl adı Port idi. Sonradan bu dövlət qərbə “sürüşdü” – bu adı Osmanlı dövləti daşımağa başladı. Port – Osmanlı dövlətinin ilkin adlarından biridir. Yəni əvvəl İran ərazisinə Port deyilirdisə, sonradan Osmanlı ərazisinə Port deyilməyə başlandı. Niyə? Çünki İranın slavyan əhalisi qovuldu, onlar sıxışdırılaraq qərbə yerləşdilər və bu adı da özləri ilə apardılar.
Tarixdə belə hallar çox olmuşdur, məsələn, nə qədər qəribə olsa da vaxtilə Parfiyada (indiki Azərbaycanda və İranda) hakim olmuş daxilər (dailər) etnosunun varisləri indiki rumınlar və moldovanlardır. Xalqların böyük köçü baş vermişdir. Osetinlər İran ərazisindən Şimali Qafqaza köçdülər. Ermənilər Mesopatomiyadan – Dəclə və Fərat sahillərindən Van gölü sahillərinə gəldilər. Yəhudilərin Xanaana gəlişinə kimi burda refaimlər deyilən hündürboylar irqi yaşayırdı. Qədim perslər olan pruslar şimala köçdülər, Baltik dənizindən Şərqi Pomeraniyaya, Visla çayının aşağılarına doğru, Buq çayına qədər ərazilərdə yayıldılar. Pruslar slavyanların və baltların (baltikalıların) ulu babaları sayılır. Tarixçilər göstərirlər ki, 4 min il qabaq prusların babaları Turan çöllərində yaşayırdılar. Keltlər Qərbə doğru irəlilədilər, hətta Atlantik okeanı sahillərinə çatdılar və Britaniya adalarına nəzarəti ələ keçirdilər; yol boyu yerli xalqları sıxışdırdılar, bəzi hallarda isə onlarla qaynayıb qarışdılar.
Manna lidiyalıların Meoniya dövlətində davam etdi. Qədim Miken sivilizasiya-dövlətinin adı bizim Muğanda qaldı. Likiya dövlətinin adı bizim Lək, Ləkin məntəqələrində qaldı. Yunanıstanı idarə edən pelasqlardan bizə ləzgi etnosu gəldi. Lidiya dövlətinin adı bizim Əhlətdə qaldı. Vaxtilə regionda böyük Van sivilizasiya-imperiyası vardı. Yunan-İohan-Van-İvan – bunlar eyni köklü adlardır və slavyanlıqla bağlıdır. Tarixə İoniya kimi düşmüş dövlət də əslində Vaniya dövləti idi. İndiki yunanların qaploqrupu Avropa xalqları ilə eynilik təşkil edir, lakin ilkin yunanların qaploqrupu slavyanlarla eynilik təşkil edirdi. İlkin Avropa identikliyinin də yaradıcıları həmin Van sivilizasiyasında yaşayan slavyanlar olmuşdur. Əhəmənilərin idarə etdiyi imperiyanın adı Vaniya İmperiyası, sivilizasiyası isə Van sivilizasiyası idi. Van sivilizasiya-dövlətinin adı Van gölündə, Ərçivan, Ərkivan, Yerevan kimi məntəqələrdə qalmışdır. Yeri gəlmişkən Van gölü ərazisində Azərbaycandakı Əhlətlə eyni ada malik bir Əhlət məntəqəsi də var (bu ad Yaxın Şərqdəki Ladoqa-Latakiya qədim slavyan çarlığının adı ilə bağlıdır). Bu şəhərin qədim sakinləri urartlar, urartulular, yəni orattılardır ki, radalılar, indiki Kiyev rusları ilə əlaqəlidirlər. O cümlədən Anadoluda qədim xetlərin Qussar, Samuxa kimi şəhərləri vardı ki, həmin yer adları Azərbaycanın şimalında da var: Qusar, Samux. Lidiya dövlətinin daha bir adı (əvvəlki adı) qədim xett və Misir mənbələrində Arsava kimi göstərilir ki, bu da əsl oxunuşunda Rusava – Rus dövləti deməkdir. Qeyd edək ki, Rusava Ukraynanın Dnestr çayının qollarının biridir və Çexiyada şəhər adıdır. Yəni bu ad slavyan ellərində indi də qalır. Arsava-Rusava dövləti sonrakı periodlarda Lidiya adlanmışdır.
Latın da Lidiya dövlətinin formalaşmasından qabaqkı slavyan cəmiyyətinin ümumiləşdirilmiş adıdır. Slavyan dilində Volına (mənbələrə Vavilon kimi düşmüş dövlətin əsl adı) – azad el, latın-lyudina isə insanlıq, insan cəmiyyəti deməkdir.
Farslar Lidiya dövlətini məhv etdilər, lidiyalıları qırdılar. İran şahı Midiyanı tutduqdan sonra Lidiyaya da hücuma hazırlaşdı, Lidiya çarı Krez isə farsların hücumunu qabaqlayaraq onların ələ keçirdiyi Kappadokiyaya hücuma keçdi. Pteriya şəhərindəki döyüşdə tərəflərdən heç biri qalib gəlmədi və aralandılar. Lakin bundan sonra farslar qəfildən hücum edərək lidiyalıların paytaxtı Sardını tutdular, Lidiya çarı Krezi və arvadını tonqalda yandırdılar. Beləliklə, bir zamanlar tarixin möhtəşəm dövləti olan, Yer üzündə ilk dəmir pul istehsal edən (tərkibinə qızıl qatılırdı) böyük Lidiya çarlığına son qoyuldu.
E.ə. 540-cı ildə farslar Qərbi Anadoluda yaşayan likiyalılara da hücum etdilər, e.ə. 469-cu ildə onların paytaxtı Ksentosu tutaraq dağıdıb xaraba qoydular. Bundan sonra zəif düşən Likiya əldən ələ keçdi.
Yunanıstanın yerli sakinləri olan kariyalılar indi yoxdur – onlar da farsların zavalına gəldilər. Əslində farsların kariyalıları genosid və ya assimilyasiya etdiklərini dəqiq deyə bilmərik, amma fakt budur ki, məhz farslarla toqquşmalardan sonra kariya xalqı dili qarışıq tarixin səhnəsindən yoxa çıxmışdır.
Toxarlar Şərqi Türkistanda 2 min il yaşamışlar, ətraf sivilizasiyaların siyasi, sosial, hərbi, dini həyatında aktiv şəkildə iştirak etmişlər, liturguk mətnlərin hazırlanması və tərcüməsi ilə məşğul olmuşlar, missioner faəliyyətləri və dini reformalar həyata keçirmişlər, şəhərlər tikmişlər və siyasi sistemlər təkmilləşdirmişlər, əkinçilik və heyvandarlıqla məşğul olmuşlar, döyüşmüşlər və diplomatik işlər aparmışlar. Tarix elmləri namizədi Leonid Sverçkov toxarlar haqqında yazır: “Nə vaxtsa unikal və ifrat konservativ mədəniyyət yaratmış, əsrlər boyu həmin mədəniyyətin qayda-qanunları ilə yaşamış bu xalq hətta öz dilini itirəndə, tam yoxa çıxmaq ərəfəsində olanda belə öz ulularından ona miras qalmış axırıncı nəsnəni – qədim və rəngarəng texnoloji üsulları qoruyub saxlaya bildi. 12-ci əsrin ortalarından Orta Asiyada yazılı keramika ilə birgə yüksək keyfiyyətli poladların tigel metallurgiyası texnologiyası, o cümlədən yeni dövr avropalılarının Hindistan və İranda gördüyü həmin bulatlar da yoxa çıxır. Bulat qılıncların əsl düzəldilmə sirri həmişəlik itirilmişdir ki, bunlar qədim qılınc nümunələri ilə müqayisəyə gəlməzdir. Toxarların tarixi yaddaşının əsas və qədim təzahürü, onların mədəniyyətinin əvəzsiz atributu isə şübhəsiz ki naxışlı saxsı qablar hazırlanması olmuşdur”. 
Belə bir möhtəşəm xalqı farslar qırıb yoxa çıxardılar.
Toxarlar iranlı deyildilər. Onların dili İran və hind-iran dillərindən fərqli idi. Mənbələrdə göstərilir ki, onları özləri özlərini arsı adlandırırdılar, bu isə rusı sözünün təhrif formasıdır. Ərşakilər İmperiyası da həmin rusların - “rusak”ların dövləti idi. Bu slavyan arilərini və yaxud mənbələrdə adlandıqları kimi “tur”ları (Daariya varisləri) İran ariləri – farslar özlərinin qatı düşmənləri hesab edirdilər və daim onlarla müharibə vəziyyətində idilər. Alman mahiyyətli İranın sakral coğrafiyasının fundamental dualizmi də bunun üzərində qurulmuşdur – slavyanlığa və qüreyşiliyə düşmənçilik. Bu iki mədəniyyətlərin qarşıdırması öz əksini “Avesta”da və Firdovsinin “Şahnamə”sində tapmışdır. “Şahnamə”də turlar İran arilərinin şimaldakı düşmənləri adlandırılır. Turların hansı dildə danışmaları haqda məlumat yoxdur, amma “Avesta”nın “Xvarno himni”nin passajlarından məlum olur ki, onlar nə İran dilində, nə də iranlıların başa düşdüyü hind-iran dillərinin heç birində danışmamışlar. Məsələn, “Avesta”nın 19-cu yaştında göstərilir ki, turların çarı Əfrasiyab (Franqrasyan) əsəbləşəndə öz doğma dilində söyüşlər söyürdü ki, arilər (iranlılar) onun danışığını başa düşmürdülər. İran-Turan döyüşü german-slovak, alman-slavyan, indiki dəqiq merkada desək fars-rus döyüşü idi. Elə erməni miflərində əks olunan titan Aykın vavilonlu nəhəng Bel ilə döyüşü də ermənilərin (arilərin) slavyanlarla döyüşü idi. Ermənilərin “Sasunlu David” qədim dastanı Ermənistan-Misir qarşıdırması fonunda elə ermənilərlə slavyanların müharibəsini əks etdirir. Dastanda ermənilərin ərəb işğalçılarına qarşı mübarizəsindən bəhs olunur, amma fikir versək görürük ki, həmin “ərəb işğalçıları” dedikləri əslində ərəb olmayıblar. Dastanda açıq-aydın göstərilir ki, onlar müsəlman deyil, “atəşpərəst”, oda sitayiş edənlər idilər. Axı ənənəvi tarixşünaslıqda da aydın göstərilir ki, eramızdan əvvəl 2-ci minillyin sonunda ermənilər Anadoluya doluşdular və xurritləri qıraraq burda məskunlaşdılar.
Əlbəttə, tarixçilərə asan olardı ki, biz turları da irandilli xalqlardan biri sayaq - onda oxucularımız da bizim abrakadabralarda baş sındırmazdılar. Məsələ burasındadır ki, nə tur adının özü, nə də turların çarı Franqrasyanın adı İran etimologiyasına aid deyildir. Xüsusən Franqrasyanın adındakı “rasyan” hissəciyi diqqətçəkəndir. Ənənəvi tarixşünaslar turları elə tur-massaget adlandırırlar ki, bu da elə tur-moskovit deməkdir. Avrasiyanın şimal-şərqində yaşayan xalqlar “Avesta”da, məzdəizm dini mətnlərində, Firdovsinin “Şahnamə” poemasında Turan xalqı adlanır. Həmin dövrdə “Turan dili” deyilən dili slavyan dilinin ulu əcdadı kimi identifikasiya etmək olar ki, vaxtilə Turanın şərq vilayətlərində dominant olmuşdur və regiondan tədricən (fars-arian intervensiyası nəticəsində) yoxa çıxmışdır. Tarixin keşməkeşlərində qədim slavyan dilində yazılmış mətnləri hind-avropa dilində yazılmış mətnlər əvəz etdi, çünki regoiondan tədricən slavyan xalqlar sıxışdırılaraq yerini german xalqlar tutdu. Beləcə ümumilikdə turan dili adı verilmiş dil ortalıqdan itdi; ənənəvi tarixçilərə görə həmin dilin axırıncı daşıyıcıları kidaritlər və eftalitlər (ağ hunlar, ağ vanlar) olmuşlar. Müəyyən dövrdən sonra turlar etnonimi də ortalıqdan çıxdı, bu xalq İranda saka-tiqraxauda, yəni şişpapaq saklar, Herodotun mətnlərində isə massagetlər adlandı.
E.ə. 5-ci əsrdə Yunanıstanın yerli sakinləri olan ellinlərin sayı 10 milyon idi ki, bu da planet əhalisinin 10 faizini təşkil edirdi. Yəni faktiki olaraq dünyanın mərkəzində slavyan sivilizasiyası dururdu. İndiki Yunanıstan və Türkiyə ərazilərində Frakiya adlı böyük dövlət vardı (əsl adı özül latın və bolqar mənbələrində Trakiyadır ki, Türkiyə adı da burdandır). Herodot frakiyalıların çoxsaylılığı və qüdrəti barədə yazır: “Frakiyalılar hindlilərdən sonra dünyanın ən çoxsaylı xalqıdır. Əgər həmrəy olsaydılar və vahid hökmdarları olsaydı, düşünürəm məğlubedilməz və bütün xalqlardan qüdrətli olardılar”. Düzdür, Frakiya dilinin və mədəniyyətinin daşıyıcılarından dövrümüzə yazılı abidələr qalmayıb (əslində bu abidələr planlı şəkildə məhv edilib və silinib), amma onların antropoloji cəhətdən slavyan olduğu mənbələrdə var. Yunan salnaməçiləri onların sarısaç və göygöz olduqlarını, danışdıqları dili anlamadıqlarını bildirirlər. Bu isə o deməkdir ki, Yunanıstanın qədim sakinlərinin müasir yunanlarla heç bir əlaqəsi yoxdur. Yunan filosofu Ksenofan göstərir ki, frakiyalıların tanrıları yunanların tanrılarından fərqli olaraq sarısaç və göygöz idilər. Orta əsrlərin bir çox müəllifləri, məsələn, venesiyalı teoloq Vinko Priboeviç frakiyalıları slavyan sayırdı ki, bu da müasir genetik və linqvistik araşdırmalarla təsdiqini tapmışdır. Priboeviç 1525-ci ildə Venesiyada söylədiyi nitqində Fukididə, Polibiyə, İosif Flaviyə və Taçitə əsaslanaraq Roma İmperiyasının qədim sakinlərinin slavyanlar olduğunu söyləyirdi. Onun bu barədə əsərləri həmin dövrdə Venesiyada dəfələrlə latın və italyan dillərində çap olunmuşdu və populyarlıq qazanmışdı. O Aleksandr Makedonskinin, Diokletianın, Müqəddəs İeronimin və Sezarların da məhz slavyan olduqlarını göstərirdi.
Kidaritləri də tarixdən farslar sildilər. 5-ci əsrin ortalarında, güman olunur ki, İran şahı 2-ci Yezdəgirdin (438-457) vaxtında kidaritlər iranlıların təzyiqi ilə üzləşərək öz torpaqlarından qovuldular, Əndəhara doğru çəkildilər. Onların bir hissəsi Çinin qərbində yerləşdi, Dunxuan ətrafındakı dağlarda məskunlaşdı və əvvəl-axır Tibetin çyan tayfaları tərəfindən tam assimilyasiya olunaraq itdilər.
İranlılar 2-ci Kambizin vaxtında misirliləri qırdılar və eramızdan 525 il əvvələ qədər tədricən Misiri nəzarətə götürdülər. Sonra Afrikaya kimi irəliləyərək Nubiya, Efiopiya və Karfageni tutdular. E.ə. 517-ci ildə o dövrün çoxsaylı dövlət strukturlarının cəmləşdiyi Hindistanın şimal-qərbinə ələ keçirdilər və burda öz satraplıqlarını yaratdılar. Bundan sonra Qərbə doğru yönəldilər, Egey dənizində Samos, Xios və digər adalar onların nəzarəti altına düşdü. Sasanilərin dövründə ərəbləri qırıb ərəb dövləti Laxmidin paytaxtını tutdular. 7-ci əsrdə skiflərlə torpaq üstündə müharibə apardılar. Tarixdə göstərilir ki, skiflər Midiyanı tutmaq istədilər, lakin məğlub olub geri çəkildilər. Bilmək olmaz, bəlkə onlar elə Midiyanın yerli əhalisi idilər, öz torpaqlarını farslardan geri almaq istəyirdilər? Axı bildiyimiz kimi, “tarixi qaliblər yazır”.
Parfiyalıların, eləcə də midiyalıların da kökünü farslar kəsdilər. Parfiyalıların əsl adı selevkilər idi, yəni slovaklar-slavyanlar. Alman farslar slavyan parfiyalıları qırıb Şərqdən qovdular. Bundan sonra 1-ci Ərdəşirin (180-241)  dövründə farslar ərşakilərin (rusakların) üzərinə yeridilər və onları qırıb regiondan çıxardılar. Ərşakiləri qırıb çatandan sonra Ərdəşir özünü şahənşah elan etdi. 1-ci Şapurun dövründə farslar parfiyalıları qırıb regiondan qovdular. Midiyanın dağ xarəzmliləri, gilanlilar, deyləmilər, hirkanlılar ilk əvvəl parfiyalılara tabe idilər – yəni selevkilərə. Sonradan onları farslar özlərinə tabe etdilər.
İndiki Ermənistan, İberiya və Qafqaz Albaniyası pravoslav Roma İmperiyasına tabe idi, farslar bu torpaqları sonradan işğal etdilər. O cümlədən Suriya da pravoslav Rimin torpağı idi ki, Şapurun dövründə farslar tərəfindən tutuldu. 1-ci Hörmüzün dövründə isə farslar hücum edərək Anadolunu, Kappadokiyanı və Kilikiyanı tutdular. Bundan sonra indiki Azərbaycan, Ermənistan və Gürcüstan əraziləri dəfələrlə romalılar və farslar tərəfindən tutularaq əldən ələ keçdi.
2-ci Bəhramın dövründə İranın boz kardinalı Kartir selevkiləri qırdı. Selevkilərə qarşı kütləvi terror həyata keçirildi, sağ qalanlar isə İrandan qaçdılar. İrandan selevki-slavyan izi tam itirildi. Farslar məbədlərdən ellinist heykəllərini yox etdilər, qədim İran tanrıları yazatların abidələrini dağıtdılar. Fars zərdüştlərinin dini rəhbəri Parfiya mirası olan əsl irançılığa qarşı müharibə elan etdi. Məhz həmin dövrdə İranın selevki-slovak-slavyan mahiyyətinə son qoyuldu. Selevki İmperiyasının xəritəsinə baxın. Slovakların bu dövləti olanda farsların İranı hələ yox idi. 2-ci Bəhramın dövründə selevkilər regiondan qovuldular, əsl yerli din məhv edildi, qədim ellin (slavyan) kultları aradan aparıldı. İranda farsların tam ideoloji nəzarəti quruldu, farsların interpretasiyasında olan zərdüştlükdən başqa bütün dinlər kürf elan edildi.
Selevkilər bu terrora qarşı dirəniş göstərdilər ki, bu da tarixə Roma imperatoru Mark Avreliy Karın İrana yürüşü kimi düşmüşdür. O cümlədən ənənəvi tarixşünaslıqda bildirilir ki, 2-ci Bəhramın dövründə İranı daxili iğtişaşlar və üsyanlar bürüdü – bu da elə farsların yerli slavyanlara qarşı genosidi və slavyanların bunun müqabilində göstərdiyi dirənişin göstəricisidir. Ənənəvi tarixşünaslıqda fərqli interpretasiya olunur, amma əslində məhz həmin dövrdə qara farslar ağ slavyan əhalisini qıraraq çıxardılar, region farsların əlinə keçdi.
2-ci Hörmüzün vaxtında da manixeyləri qırıb regiondan qovmaqda davam etdilər. 2-ci Şapurun dövründə yenidən slavyanlara qarşı genosid başlandı, onları qırıb kökünü kəsdilər. Suriya, İraq, Ermənistan və Qafqazda xristianlara divan tutuldu. Bu məmləkətlərin o vaxtkı əhalisi xristian slavyanlar idi. Sağ qalanlara ikiqat vergi qoyuldu və orduda xidmətləri qadağan edildi. Ardınca 5-ci Bəhram vaxtında (406-438) xristian slavyanların son qalıqlarını məhv etməyə girişdilər. 5-ci Bəhrama kimi İran əhalisi pravoslav idi. Məhz onun dövründə pravoslavlar İrandan qərbə qovuldular.
Xosrov 1-ci Ənuşirəvanın dövründə (531-579) farslar Orta Asiyadakı eftalitləri qırdılar, bundan sonra Yəmənə soxulub ordan abissinləri qovdular.
Yaxın Şərdqə ta qədimlərdə ağ irq yaşayırdı. Ənənəvi tarixşünaslıqda da göstərildiyi kimi, burda ağ hunların – iohanların, vanların, yəni indiki merka ilə desək ivanların dövlət-sivilizasiyası vardı. Persiyanın şimal-şərqində – Baktriyada ağ hunlar – eftalitlər yaşayırdılar. Onlar Xarəzm, Soqdiana və Əfqanıstanı da əhatə edən yüksək səviyyəli mədəniyyətə malik böyük dövlət qurmuşdular. 5-ci Bəhramın dövründə farslar onlara ağır zərbələr endirdilər. Eftalitlərlə müharibələr 2-ci Yezdəgirdin və Firuzun da dövründə davam etdi. Hal-hazırda eftalitlərin tarixdə izi də qalmayıb və tarixçilər onların kim olması üzərində baş sındırırlar.
1-ci Qubadın dövründə də farslar xristianları qırmağa girişdilər. Onda hələ müsəlmanlıq yox idi, İran əhalisi tam xristian idi. İranda slavyan genosidinə son qoyulmasında da elə türk amili rol oynadı. Anası türk olan 4-cü Hörmüz (540-590) taxta çıxandan sonra İran hakimiyyətinin xristian genosidini dayandırdı. 4-cü Hörmüz slavyan genosidini həyata keçirən fars məmurlarının özlərini repressiya etdi, hətta zərdüştlərin baş mobedan mobedini asdı. Bir müddət sonra isə onun patronajlığı altında türklər pravoslavları qıran farsların öz üzərinə yeridilər.
2-ci Xosrovun dövründə regionun yerli ağ əhalisini bir də qırdılar, indiki Ermənisran, Suriya və Fələstin ərazilərini rusaklardan və selevkilərdən təmizlədilər. Qüds, Kiçik Asiya və Misir torpaqlarının ağ əhalisi qırıldı, bu məntəqələr qaralaşdı. Get-gedə güclənən farslar bizanslıları da qırıb Bosfora qədər girdilər.
Bəli, tarixi detalların dərin analizi İran regionunun legitim sakinlərinin indiki farslar deyil, slavyanlar olduğuna dəlalət edir. Farslar regiondan slavyanları təmizləyərək imperiya missiyasını öz üzərlərinə götürdülər. Tədricən regionda imperiya legitimliyi slavyanlardan onlara keçdi. Yaxın Şərqin slavyan mahiyyəti tam yox edildi. Farsların tarixə vurduğu bu zərbə İranın qərbinə də siyarət etdi – indiki Türkiyə və Yunanıstan ərazilərini əhatə edən ellinist dövlətlər çökərkən regionda hakimlik selevkilərdən romalılara keçdi.
Göygöz sarısaç midiyalılar İranın şimalında yaşayanda farslar İranın cənubunda yaşayırdılar. Əhəmənilərin ilk dövrlərində midiyalılar da farslarla bərabərhüquqlu xalq sayılırdı. Lakin İran şahı e.ə. 550-cı ildə Midiyanı tutandan sonra midiyalılar ikinci-üçüncü dərəcəli xalqa çevrildilər, küncə sıxışdırıldılar, farslar hakim xalqa çevrildilər. Regionun əsas hörmətli xalqlarından biri də vavilonlular idi – volınalılar. Hanı onlar? Bu göygöz sarısaç xalqlar yoxdur, təkcə qara farslar qalıb. Bircə farslar qalıb, hamısı məhv edilib, qovulub. Bu xalqlar qüreyşi xalqlar idi. Bəs farslar kimdir? Yarımalman yarımpuştun iudeylər. O vaxt yerli İran əhalisi göygöz sarısaç idilər, indiki İran farsları isə qaradırlar. Midiyalıları, elamlıları, vavilonluları, lidiyalılar, parfiyalılar qırıb bu yerlərə girdilər. Persiyanın şəhərlərində və çöllərində yaşayan deruşlar, pasarqadlılar, marafilər, maspilər vardı, həmin xalqlar hanı? Massagetləri – moskovitləri məhv etdilər, Məşhəd – massagetlərə bağlı idi. Orta Asiyada moskovitlər yaşayırdılar, indi yoxdular. Tarixdə öz yeri olan, böyük zəfərlərə və fədakarlıqlara imza atmış maquş (Quranda məcus) xalqı Xəzərin cənub sahillərində, Muğan bölgəsində yaşayırdı. İndi bu xalqın sümükləri yalnız kurqan arxeoloji qazıntılarında çıxır.
E.ə. 522-ci ildə maqlar Qaumatanın rəhbərliyi altında farslara qarşı üsyan qaldırdılar və öz hakimliklərini bərpa etdilər. Onların siyasəti farssoylu varlıların iqtisadiyyatda və cəmiyyətdə hegemonluğuna qarşı yönəlmişdi. Lakin farslar birləşib maqların üsyanını yatıra bildilər. Bundan sonra onlar maqları kütləvi şəkildə qırmağa başladılar. Mənbələrdə göstərilir ki, 20 hücum nəticəsində 150 min üsyançı öldürüldü.
E.ə. 64-63-cü illərdə Selevki İmperiyasının qalıqları Romanın əyalətlərinə çevrildi, halbuki bütün İran və Azərbaycan – Selevki dövləti idi. Bir daha deyək ki, o dövrdə yunan adlı xalq yox idi, o xalqın adı selevki idi, yəni slovak-slavyan.
İran mədəniyyətindəki ellinizm izləri indi də açıq-aşkar qalmaqdadır. O dövrə aid dəmir pullarda, heykəllərdə, arxitekturada ellinist sinkretizm nişanələri aşıb-daşır. Bu əsasən özünü Parfiya epoxasının bədii stilində bariz şəkildə göstərir. Ərçivan, Ərkivan, Naxçıvan, Yerevan, Sevan – hər addımbaşı region “van”a bağlı yer adları ilə doludur. İranın keçmişi ellinizmə - Van sivilizasiyasına, yəni slavyanlığa bağlıdır. Aleksandr Duqin məsələyə belə yanaşır: “İranizm – ellinizmin analoqudur”. Duqin iranizm-ellinizm bağlılığı barədə belə yazır: “İranizm (İran eresi kimi) meydana çıxmasına görə çox şeydə yunan təsirinə, ellinizm (yunan eresi kimi) isə əksinə özünün meydana çıxmasına görə İran təsirinə borcludur. Postəhəməni epoxasında ellinizm və iranizm toqquşaraq bir-birinə qarışır. Eyni zamanda həm təmiz – klassik ellinizmin (ellinizmdən bacardıqca uzaqlaşmaq istəyən kontinental Yunanıstan), həm də sinkretik təlimlərin yüksəlməsi qarşılığında özündə İran ortodoksiyasını təcəssüm etdirən zərdüştlüyün ilkin ocaqları saxlanılır”. Düzdür, Duqin bunları tam fərqli - İran tərəfdən zərdüştlüyü apollonik, ellin tərəfdən isə apollono-dionistik mahiyyətdə səciyyələndirməklə göstərir, amma əksinə, mahiyyət barizliyi ilə ortalıqdadır: İran tərəfdən dionistik, ellin tərəfdən isə apollonik olmuşdur.
İranın əsas şəhərləri yunan (ioan-van) şəhərləri idi və bu şəhərlərin Arşakilərin vaxtında geniş inkişaf etdiyi barədə mənbələrdə məlumatlar verilir. Qədim İran şəhərlərinin mərkəzi meydanlarında arxeoloji qazıntılar zamanı yunan tanrılarının heyranedici heykəlləri çıxır. Arşakilərin buraxdığı dəmir pullarda da yunan tanrılarının obrazları həkk olunub; bu sikkələrdə yunan tanrıları Zevs və Apollonun surətləri də əks olunub. İranın Parfiya çarları da buraxdıqları pullarda öz şəkillərinin altında eynən Selevki çarları kimi yunan hərfləri ilə yazılar yazırdılar.
Tarixdə Rusak, Slovak, Dariya adlı slavyan imperiyalar mövcud olmuşdur ki, bizim ölkəmiz Azərbaycan da həmin imperiyaların tərkibində olmuşdur. Lakin akademik tarixşünaslıq bu imperiyalar barədə bircə kəlmə də danışmır. Rusak İmperiyası Xorasan-Xunsar-Xerson məntəqələrini əhatə edirdi, yəni faktiki olaraq indiki Ukraynadan Hindistana kimi uzanırdı. Xunsar Bakının qədim adıdır. Bu etnonimin kökü krasen-krişna-qüreyşilərlə bağlıdır. “Avesta” mətnlərində regionun 7 ölkəsindən – keşvərlərindən biri də Arezaxi adlanır - bu elə indi adı Arsaxda qalmış Rusak toponimidir. Azərbaycanın qədim adlarından biri də budur. Eramızdan 250 il əvvəl 1-ci Arşak Andraqordan Xəzərsahili torpaqları aldı ki, Parfiya çarlığının özülü mərkəzi Xorasan (Kraşen) olmaqla burda formalaşdı və Parfiya İmperiyası burdan genişləndi. Əslində Parfiya adlı dövlət olmayıb, həmin dövlətin əsl o vaxtkı adı Rusak idi. Ənənəvi tarixşünaslıqda da göstərilir ki, Parfiyanın idarəçiləri arşaklar – rusaklar idi. 1-ci Arşak parnı adı ilə tarixə düşmüş tayfanın başçısı idi; bu ad slavyanların barin – ağa adı ilə bağlıdır. Arşakın əsl adı Rusak idi ki, hal-hazırda onun yaratdığı dövlətin adı Arsak kimi bizim Qarabağda qalmışdır.
Əhəmənilər, Arşakilər, Selevkilər, Parfiyalılar - bunlar Qüreyşi sivilizasiyasının dövlətləri, Ümumdünya Qüreyşi İmperiyasının subyektlərii idilər. Bu İmperiya Əhəməni çarı Kirdən (qədim slavyanca Kiruş, Xoroş, yəni yaxşı, adil hökmdar mənasındadır) nəşət götürürdü.
Beləliklə, min illər qabaq bu torpaqların adı Slovakiya idi, yəni slavyan torpağı. Selevki İmperiyasnın xəritəsi buna açıq-aydın sübutdur.
Selevki İmperiyasının ən güclü məntəqəsi və idarəetmə mərkəzi Suriyada (tərsinə oxunuşda Rusiya) yerləşirdi. Müasir İranın da daxil olduğu bu imperiyanın sərhədləri Kiçik Asiyadan, Mesopotamiyadan, Türkiyədən tutmuş Orta Asiyaya, Əfqanıstana və Hindistana kimi uzanırdı. Yunanların meydana çıxmasına kimi Sevevki dövləti Əhəmənilər İmperiyasının mərkəzi hissəsi idi, ona görə də diadoxların digər çarlıqlarından daha çox fars təsirinə məruz qaldı. Məhz Selevki məmləkətində ellin mədəniyyətinin İran izləri bol olan forması daha bariz şəkildə özünü göstərir.
Tarixdə Hind-Yunan çarlığı kimi düşmüş bir çarlıq var. Hamıya maraqlı gəlir hind hara, yunan hara? Necə olur hindlilərlə yunanlar bir dövlətdə yaşamışlar? Səbəb budur ki, Yunanıstandan tutmuş Hindistana kimi bu yerlərdə eyni selevki, slavyan qövmü yaşayırdı. Sonradan Hindistana qara puştunlar, Yunanıstana isə qara yunanlar doluşdular. Sarı əhali yox oldu, yerini qara əhali tutdu. Atropatena, Parfiya, Persiya – bunlar hamısı Selevki İmperiyasının əyalətləri idi. Bu ərazilərdə sarı selevkilər-slovaklar-slavyanlar yaşayırdılar. Elə ənənəvi tarixşünaslıq da mənbələrə əsaslanaraq romalıların Parfiya çarlarını öz təbəələri hesab etdiklərini bildirir. Parfiya çarlığı Xəzərin cənubunu və cənub-şərqini, İranı, Əfqanıstanı və Türkmənistanı əhatə edirdi. Ənənəvi tarixşünaslıqda da aydın şəkildə göstərilir ki, bu dövlətin rəhbəri və yaradıcısı iranlı və ya fars deyildi – tarixə yunan Andraqor kimi düşmüş slovak idi. İran tarixinin tədqiqatçısı Meri Boys yazır: “Arşakilər öz hökmranlıqlarını Hindistan sərhədlərindən tutmuş Mesopotamiyanın qərb hüdudlarına kimi qurmuşdular”. Bu o deməkdir ki, kontinent boyu hər yerdə rusaklar yaşayırdı. Parfiyalıların hakimləri rusaklar idi – mənbələrə arşak kimi düşmüş etnos. Arşaki-rusakların çar dinastiyası öz soykökünü Əhəmənilərdən, konkret olaraq çar 2-ci Artakserksdan götürür. Digər tərəfdən İran qaynaqları onları Key Kavusun oğlu və Key Xosrovun atası olan Siyavuşla əlaqələndirir.
Bəli, İranda tarixçilərin yunan adı verdikləri slovaklar yaşayırdılar, hər halda Aleksandr Makedonskinin dövründə belə idi. İlkin İran dövlətləri yunanlara bağlıdır – tarixə yunan adı ilə düşmüş selevki-slavyanlara.
Necə ki müasir azərbaycanlıların adı qədimdə azərbaycanlı deyildi, müasir iranlıların adı qədimdə iranlı deyildi, müasir rusların adı qədimdə rus deyildi, müasir gürcülərin adı qədimdə gürcü deyildi, müasir ermənilərin adı qədimdə erməni deyildi, qədim yunanların da adı yunan deyildi, selevki idi. Yəni indiki slovak xalqı idi ki, imperiyalarının da başçısı Aleksandr Makedonski idi.
Qədim İran qaynaqlarında da Aleksandr Makedonskinin yunanıstanlı deyil, İranın özündən olduğu bildirilir; göstərilir ki, o İran çarı Dorabın oğlu idi. Elə burdan görünür ki, yunanlar – selevkilər İranın yerli əhalisi idilər. Aleksandr Makedonski də Əfrasiyab-Franqrasyan kimi İrana işğalçılıq niyyəti ilə girməmişdi, əksinə onlar ikisi də öz qövmlərini xarici intervantlardan qorumaq üçün çarpışırdılar. Bu da xarakterikdir ki, istər islam mətnlərində də, istərsə də “Şahnamə”də Aleksandr Makedonski mənfi yox, müsbət şah kimi səciyyələndirilir. “Quran”da onun adı ehtiramla çəkilir, “Şahnamə”də isə ədalətli hökmdar adlandırılır. Elə burda da biz müəyyən ipucuna gəlib çıxa bilirik.
Bəli, farslar – İranın yerli əhalisi deyillər. Tarixə yunan-fars müharibələri kimi düşən qırğınlar nə idi? Farslar serbləri qırıb yerlərində özləri oturdular. İran-Turan müharibələri İran uğrunda, müasir kontekstdə desək, almanlarla ruslar arasında gedən müharibələr idi. Nəticədə almanlar qalib gəldilər, serbləri qırdılar və onların indiki övladları olan farslar İranı ələ keçirdilər.
Zərdüştlük, xüsusən də atəşpərəstlik çox şişirdilir. Amma qədim iranlıların dini zərdüştlük deyildi, zervanizm idi. Serbanizm olanda nə zərdüştlük vardı, nə də fars. Məhz zervanizm İranın qədim mahiyyətini əks etdirən fundamental ideyalar toplusunu postulasiya edirdi. Bu versiyaya görə iranlıların ənənəvi Axura-Mazda və Anqro-Manyu tanrılarından qabaq Zervan tanrısı vardı. Axura-Mazda və Anqro-Manyu Zervandan sonra əmələ gəlmiş, onun övladları adlandırılan əkizlər hesab olunur.
Serbanizm İranın əsl dinidir. Zərdüştlükdən qabaq məhz bu din mövcud idi – serb dini, serblərin dini. Sasanilərin dövründə zərdüştlüyün fars versiyasının meydana çıxması ilə zervanizm küfr hesab olundu. Bir müddət sonra farslar mövqelərini bərkidərək zervanizmi nəinki küfr, hətta şeytan dini, onun daşıyıcılarını isə düşmən adlandırdılar. Beləcə İranın qədim sivilizasiya paraqdiqmasında çat yarandı.
İran – qədim serb torpağıdır. İranın regionlarından birinin adı Sərabdır ki, bu da elə İranın əvvəlki əsl adından qalma toponimdir. İranın əsl qədim Serb dövlətinin adı 14-cü əsrə kimi çatmış Serbedarlar dövlətində də qalmışdı ki, bu ad bizə tarixşünaslıqda İranın qanuni hökumətinə qarşı qalxmış üsyanlçılar hökuməti kimi tədqdim olunur.
Serbedarlar üsyanı yerli xalqın ilhaqa qarşı son çarpışmaları idi. Serbedarlardan qabaq isə yerli xalqın yadelli işğalçılara qarşı üsyanları Məzdəki, Muğanna və Xürrəmi hərəkatlarında öz əksini tapmışdır.
Bəzz qalası kimi dağlar qoynunda, qayalıqların əhatəsində, hərtərəfli möhkəmləndirilmiş şəkildə tikilmiş qalalar məhz selevkilərin məhv olmaq ərəfəsində olmasının göstəricisidir. Eynilə bu tip arxitekturaya malik qalalardan slavyanlar burdan qovulub Şərqi Avropaya köç edəndən sonra oralarda da tikirdilər.
Nə Afşin ərəb deyildi, nə də Babəkin vuruşduğu ordu Məhəmməd peyğəmbərin ordusu deyildi. Xürrəmiləri qıranlar elə indiki farsların ulu babaları germanlar idi. Babəkə qarşı vuruşan Afşinin əsl adı Kheyzar ebn-e Kavus kimi göstərilir, yəni Kavus oğlu Xazar. Özü də Ərəbistandan deyildi, Hindistana bitişik Soqdiana (Soqd) ölkəsindən idi. Kayzer almanlarda indi də hökmdara deyilir. Soqdlular özlərinə şvab deyirdilər ki, bu almanların qədim adlarından biridir. Almaniyanın tarixi bölgələrindən biri indi də belə adlanır: Şvaben. Afşinlə uyğun gəlirmi? Tarixçilər göstərir ki, Afşin adam adı deyil, titul idi; əslində isə xalqın adı - germen etnoslarından biri idi. Hitlerin Antarktidada yaratmaq istədiyi dövlətin adı da belə idi: Yeni Şvaben.
Soqd skaut sözündəndir. German xalqlarının beşiyi sayılan Skandinaviya (Scadinauia) da bu sözdəndir: Soqdiana elə Scadinauia – indiki Skandinaviya deməkdir. İsveç və Norveç ərazisinin də tarixi adı Skandadır (digər adı Götland, Qərb mənbələrində Östergötland). “Avesta”da Soqd arilərin 5 ölkəsindən biri – Airyaşayanı kimi göstərilir. Soqd adı indiki anqlosaksonların skaut hərbiləşdirilmiş gənclər hərəkatında qalıb. Skaut həm də ingilis ordusunda səhra kəşfiyyatı ilə məşğul olan əsgərə deyilir.
Beləliklə Afşinin ordusu Məhəmmədin qüreyşi ordusu yox, qara iudeya ordusu idi. Dediyimiz kimi, tarixi qaliblər yazır. Babək qalib gəlsəydi biz mənbələrdə Afşini allahsız, dinə-imana qarşı çıxan kimi görəcəkdik, Afşin qalib gəldi, Babək allahsız, xürrəmilər dinə-imana qarşı vuruşanlar kimi tarixə düşdülər. Bu qədər bəsit!
Hindistanın vilayətinin çarının oğlu Ərəbistan xəlifəsinin əmri ilə İranın şümalına hücum etdi – bu nağıldır. O vaxt məsafələrin belə konfiqurasiyası yox idi, əsas təmas xətt Böyük İpək Yolu idi.
O vaxt təyyarə və ya maşın yox idi ki, Hindistanın yanındakı Soqdiana şahının oğlu başqa qitəyə - Ərəbistana uçub ordan təlimat alsın, sonra avtomatik on minlik qoşunla Talış dağlarında peyda olub xürrəmilərin üzərinə yerisin. Bunlar hamısı sonrakı ərəb mənbələrinin interpretasiyasıdır. Xilafət-kalita da burdaydı, afşin-şvanlar da burdaydı, xürrəmi-slovaklar da burdaydı. Regionda almanlarla slavyanlar arasında ölüm-dirim döyüşü gedirdi. Tarixin bütün anlarında olduğu kimi!
Beləliklə, slavyanları qərbdən xristianlığı qəbul etmiş anqlosaksonlar - franklar, şərqdən isə müsəlmanlığı qəbul etmiş anqlosaksonlar – farslar əzdilər. Kürdlər və digər Şərq xalqları Roma İmperiyasının şərq hissəsini - slavyanların sağ qaldığı hissəsini Xurumistan, slavyanların qırılıb yerlərini franklar tutduğu hissəsini isə İfrəncə (Fransa, frənglər ölkəsi) adlandırırdılar. Xurumistan adına fikir verək. Roma adı da məhz burdan yaranmışdır. Xürrəmilər adı da bununla əlaqədardır. Xürrəmilər, xram adamları, və yaxud xorom oxuyanlar, xorla oxuyanlar mənasındadır. Qədim slavyanlarda dəbdəbəli bəy-zadəgan evinə, qala interyerinə xorom (horom) deyirdilər. Xram – məbəd də bu sözdəndir. Xürrəmilər – elə xram adamları, xram-məbəddə sitayiş edənlər, xram-məbəddə xor oxuyanlar (xorom) mənasındadır. Yəni qədim slavyan dinində olanlar. Slavyanlar. Xor oxuyanlar Yer üzünün ilk kollektiv oxuyanları sayılır ki, qədim Yunanıstanda (selevkilərdə) yaranıb və tragediya (yas) zamanı oxuyurdular. Xristian məbədlərində indi də xor kollektivləri var.
Xram – Roma İmperiyasının əsl adıdır. İmperiyanın paytaxtı Roma selevkilərin dövründə Xram (Horom) adlanırdı. Roma şəhərinin ilkin özülü qoyulanda adı Xram olmuşdur; çünki bu şəhər xram-məbədin – ibadət yerinin ətrafında yaranmışdır. Bu imperiyanın Şərqdəki təbəələri olan selevkilər də xürrəmilər adlanırdılar – Xram təbəələri.
Afşinin müsəlmanlığı da bağlı bir sıra şübhəli məqamlar doğrurur. Mənbələr açıq-aydın göstərir ki, o islam döyüşçüsü yox, fars nasionalisti olmuşdur. Afşini elə islam xəlifəsi özü edam etmişdir. Afşinin ərəb olmadığı aydındır, bəs o necə islamçı olmuşdur ki, xəlifə onu bütpərəstliyə ibadət etdiyinə görə öldürmüşdür? Bildirilir ki, xilafət onu İran millətçiyini təbliğ etməkdə ittiham edərək həbsə almışdı. Bəzi tarixçilər bildirirlər ki, Afşin özünü müsəlman kimi qələmə verirdi, məqsədi isə torpaqlar ələ keçirib hakimiyyətini genişləndirmək idi (bu isə o deməkdir ki, elə qədim tarixçilər onun özünü müsəlman kimi bizə təqdim ediblər). 839-923-cü illərdə yaşamış islam tarixçisi və ilahiyyatçısı Təbəri bildirir ki, Afşinin məhkəmə prosesində o İran etnik millətçilik əhval-ruhiyyəsini yaymaqda ittiham edilmişdir – yəni fars millətçisi olmuşdur. Afşin özü də İran milli ideologiyasının (əl-əcəmiyyə) aparıcısı olduğunu etiraf etmişdir. O məhkəməsində demişdir: “Məgər mən sizə öz daxilimdəki sirlərimi demədimmi? Fars milli təfəkkürü əl-əcəmiyyətinin məziyyətləri, mənim ona və daşıyıcılarına heyranlığım barədə danışmadımmı?” İttihamçı soruşmuşdur: "Üzərində qızıl, brilyant və qiymətli parça ilə işlənib içərisi Allaha qarşı küfrlə dolu olan bu kitab səndə haradandır?” Afşin belə cavab vermişdir: “Bu kitab atamdan mənə irs qalmışdır. Bu kitabda iranlıların ən hikmətli sözləri toplanmışdır. Küfr haqqında sizin qeydinizə gəldikdə, deməliyəm ki, mən kitabdakı hikmətli sözlərdən həzz alıram”.
Təbəri bildirir ki, Afşin üz-başını dindar müsəlmanlarda olduğu kimi qırxmırdı və sünnət edilməmişdi. Bundan başqa Afşin heyvanları boğub öldürərək ətini yeyirdi, halbuki islamda bıçaqla kəsilməyən heyvanın ətini yemək haramdır. Zərdüşt baş ruhanisi mobed məhkəmədə bildirmişdi ki, Afşin hər çərşənbə günü bir qoyun öldürürdü, qılıncla iki yerə bölürdü, sonra onun ətini yeyirdi. Afşin insanları məcbur edirdi ki, ona “tanrımız” deyə müraciət etsinlər. Onda Afşinin harası müəlman oldu? Təbəri şahidlərin dilindən Afşinin dediyi bu sözləri qələmə alır: “Ərəblər it kimi həyat sürürlər, mən bu itə bir parça sümük ataram, sonra da başını toppuzla əzərəm. Onlar, yəni məğriblilər milçəkdirlər, onlar baş yeyirlər, iblis balalarına (türklərə) gəldikdə isə az vaxt lazımdır ki, onların oxları qurtarsın, sonra atlılarım onları mühasirəyə alar və hamısını qırar”. 13-cü əsrdə yaşamış İran tarixçisi İbn İsfəndiyar bildirir ki, Afşinin məqsədi islamı yox, İranın əvvəlki dinini (Xosrovun dövründə olan) yaymaq olub. 1160-1233-cü illərdə yaşamış islam tarixçi İbn Əsir bildirir ki, Afşin bütpərəst idi və evində bütlər saxlayırdı. O cümlədən, mənbələrdə göstərilir ki, Afşin xürrəmi ellərindən capıb taladığı qiymətli əşyaları və sərvəti Ərəbistana yox, Təbəristan yolu ilə karvanlarla hakimlik etdiyi Soqdianaya göndərirdi. Bəs bu necə xilafət imperiyası idi? Bildirilir ki, Afşin Soqdianada məscid tikən iki nəfərin hərəsinə min qamçı vurdurmuşdu. Bəs bu necə müsəlmanlıq idi? Sovet tarixçisi Aqafanqel Krımskinin Afşinə verdiyi xasiyyətnamədən də aydın olur ki, Afşin müsəlmanlara qarşı olanları yox, zərdüştlərə düşmənçilik edən müsəlmanları cəzalandırırdı.
Bu da bizə Babəki qətlə yetirənlərin, xürrəmiləri qıranların müsəlmanlığı! 980-1037-ci illərdə yaşamış ərəb tarixçisi Əbdülqahir Bağdadinin sözlərinə görə, xəlifə əmr etdi, Afşinin ərzaq payını azaldıb ona gündə təkcə quru çörək versinlər, buna görə də Afşin çox keçmədən acından öldü. Öldükdən sonra ərəblər onu çarmıxa çəkdilər, sonra meyidini yandırıb külünü çaya atdılar.
Həmin Xazar Kabus özünün qara skaut ordusu ilə haqq əhlini qırır, işıq daşıyıcılarını əzir, adını da qoyurlar allahsızlara qarşı mübarizə apardı! Tarix belə yanlışlıqlarla doludur.
Afşinlə əlaqədar məsələ aydındır. İndi qayıdaq Babəkin kafir olmasına, Allaha qarşı döyüşməsinə. Bununla bağlı da təzadlar bir çox tədqiqatçıların əsərlərində geniş yer almışdır ki, biz də onların əsərlərində istinad etdikləri mənbələri sitat gətirək. 850-934-ci illərdə yaşamış ərəb səyyahı İstəxri, 943-988 illərdə yaşamış ərəb səyyahı İbn Hövqəl, 980-1037-ci illərdə yaşamış ərəb tarixçisi Əbdülqahir Bağdadi bildirirlər ki, xürrəmilərin yaşadıqları kənd və qəsəbələrdə məscidlər vardı, xürrəmilər azan verirdilər və Quran oxuyurdular. 9-cu əsrdə yaşamış İbn Vazeh Yəqubi bildirir ki, Xəlifənin sərkərdəsi İsa xürrəmilərlə döyüşməyə gedərkən dedi ki, biz müsəlmanlarla vuruşmaqdan qorxuruq. 1018-1092 illərdə yaşamış fars siyasətçisi Nizamülmülk “Siyasətnamə” əsərində göstərir ki, xürrəmilər Peyğəmbərin Əhli-beytini sevənlər idilər. 1086-1153 illərdə yaşamış ilahiyyatçı Əbülfəth Məhəmməd Şəhristani bildirir ki, Babək imamın qeyb olan ruhunun çox sonralar geri dönəcəyini (ricət) etiqada çevirmişdi. 10-cu əsrdə yaşamış ərəb coğrafiyaşünası Əbu Duləf, 1178-1229 illərdə yaşamış yunan əsilli ərəb coğrafiyaşünası Yaqut əl-Həməvi bildirirlər ki, xürrəmilər İmam Mehdinin zühurunu gözləyirdilər. Xürrəmilərin öz dini-ideoloji baxışlarında istinad etdikləri və ardıcılları olduqları Əbu Müslim Xorasani tərəfdarları (onları tarix ədəbiyyatında şiələr də adlandırılır) birbaşa Peyğəmbər Əhli-beytinə qarşı mövqe tutması ilə səciyyələnən Əməvilərin hakimiyyəti əleyhinə çıxışları ilə tarixdə qalmışlar. Bu fakt da öz-özlüyündə xürrəmilərin Əhli-beyt imamlarının yolunu tutduqlarını söyləməyə ciddi əsaslar verir. Bir daha bildiririk ki, bu təzadlar bizim fikirlər deyil, elə Azərbaycan tədqiqatçılarının öz əsərlərində əks olunmuşdur.
Bəli, Babək heç də kafir olmayıb – kafir Afşin olub! Bunun niyə belə olduğunu biz gözəl bilirik, amma hələ ki açıqlamayacayıq, çünki söhbətimizin mövzusu bu deyil. Qayıdaq əsas məsələyə.
Fars-yunan müharibələri alman-rus müharibələri idi. Nəticədə İoniya-Vaniya sivilizasiyası məhv edildi, serblər qərbə qovuldu. Bu hadisələri tam başa düşmək üçün alt qatına varmaq lazımdır. Yunan-İran müharibələri Midiyanın güclənərək Anadoluya doğru genişlənməsi ilə üst-üstə düşür. Tarixi araşdırarkən görürük ki, Yunan-İran müharibələrinə səbəb İoniyanın yunan koloniyaları əhalisinin farslara qarşı üsyanı səbəb olmuşdur. Bu isə elə o deməkdir ki, van-selevkilər fars işğalına qarşı üsyana qalxmışdılar. Göstərilir ki, ilk üsyan Milet şəhərindən baş qaldırdı, sonra digər məntəqələrə yayıldı. İoniylərin onlara dəstək olub üsyana qoşulmaq çağırışlarına təkcə afinalılar və eretriyalılar səs verdilər. Üsyançılar hücum edib Lidiyanın paytaxtı Sardını tutdular, şəhərdə yanğın başlandı və şəhərin əsas məbədi yandı. Lakin farslar hücum edib Eretriya şəhərini tutaraq dağıdıb xaraba qoydular, əhalisini isə qul edib bazarlarda satdılar. Eretriyanın şağ qalmış əhalisi Afinaya qaçmaqla canını qurtardı.
İranda o qədər keşməkeşlər olub ki, özüldə kimin harda olmasından baş açmaq olmur, amma tam aydın olan budur ki, ağlar gedib, qaralar qalıb. Məhz yunan Van sivilizasiyası ağ irqin mədəni məkanı, İran isə qara puştunların vəhşi məkanı idi. Yunanlar ilkin arxaik periodlarında Şərqin işıqlı Apollon Loqosunda idilər, əksinə farslar Qərbin qara Kibela Loqosunda oturuşmuşdular. Yunanlar klassik periodlarında politiyaya və aristokratiyaya üstünlük verirdilər ki, burda hər bir vətəndaşın subyektivliyi, onun ləyaqəti, bacarığı, yaradıcılıq və fəaliyyət hüququ əhəmiyyət kəsb edirdi. Fars məkanında isə qeyri-arianlardan (germanlardan) başqa heç kəs insan hesab olunmurdu. Yunan-İran müharibələrindən sonra yunan sivilizasiyası siyasət (Aristotelin dediyi kimi, azad insanları idarə etmək sənəti) məkanı kimi baxılırdısa, İran fars despotizmi, tiraniyası, fars şahənşahının digər xalqlar üzərində faşizmi, fars ağalarla qeyri-fars qulların məkanı kimi baxılırdı. Farslar ağa-qul münasibətləri modelini dövlətçilik quruculuğunun əsas prinsipinə çevirmişdilər. Herodotun qeydlərinə görə, əkinçiyə nifrət, onun əməyinə ikrahla yanaşmaq hind-iranlıların nəzərəçarpan xüsusiyyətlərindən biri idi - ustalar, zəhmət adamları onların sosial ierarxiyasında ən aşağı pilləyə qoyulmuşdu. Azadlığa əsaslanmış siyasi Yunanıstan quldarlığa əsaslanmış despotik İranla qarşı-qarşıya idi. Həmin müharibələrdə Yunanıstanla İranın sivilizasiya kodları müvafiq olaraq Sovet Rusiyası ilə Hitler Almaniyasının sivilizasiya kodları ilə üst-üstə düşürdü. Yunanıstanın timsalında sivil sovetizm İranın timsalında vəhşi faşizmlə mübarizə aparırdı. Yunan-İran müharibələri dövründə də yunanlar sivilizasiyalar qarşıdurmasının mahiyyətini məhz bu prizmadan görürdülər. Aristotel özünün “Siyasət” əsərində bu qarşıdurmanı da teoretik cəhətdən məhz belə əsaslandırırdı. Aleksandr Makedonski də özünün Asiya yürüşünü fəth yürüşü yox, “azadedici” yürüş adlandırırdı (Əhəməni çarı Kir, yəni Kuruş-Xoroş da “tanrıların öz vətənlərinə qayıdışının” vacibliyini bəyan edirdi, çar Kambiz və çar Dara da bu ənənəni davam etdirirdilər). Ellinlər fars despotizminin özüllərini dağıdaraq özləri ilə siyasət mədəniyyəti gətirirdilər. Beləcə yunan tarixinin arxaik dövrlərində slavyan azadlığı və siyasi mədəniyyəti fars despotizminə və quldarlığına qarşı formulirovkasında Aleksandr Makedonskinin yürüşlərində öz əksini tapmışdı. Lakin tarixin sonrakı dövrlərində bu alqoritm pozuldu, Yunanıstan özü qara Kibela Loqosunun təsiri altına düşdü.
Qədim müqəddəs irsin dağıdılaraq özününküləşdirməsinə biz İran tarixinin müxtəlif periodlarında rast gəlirik. Mənbələrdə bildirilir ki, fars hökmdarı Vavilon üsyanını yatırdıqdan sonra çoxlu sayda dindarı qırdı, Vavilon tanrısı Belin baş məbədini və Etemenankinin zikkuratını dağıtdı, baş kahini öldürdükdən sonra ordan tanrının qızıl heykəlini götürüb Persepola apardı. O cümlədən Vavilonun himayədarı sayılan tanrı Mardukun da qızıl heykəlinin Persepola gətirilməsini əmr etdi. Beləcə fars hökmdarı Vavilonu sakral İmperiya paytaxtı olmaq statusundan mərhum etdi. O vaxta kimi Vavilon hökmdarları tanrı Mardukdan çarlıq etmək üçün hüquq alırdılar və farslar da bunu tanıyıb qəbul edirdilər. Lakin farslar möhkəmlənib güclənəndən sonra bu hüququ ələ keçirdilər. Vavilonluların hökmdarlığına kimi onlar taxta çıxarkən titullarının adı rəsmi sənədlərdə “Vavilon çarı, Ölkələr çarı” yazılırdısa, farsların hökmdarlığından sonra bu titul “Ölkələr çarı” kimi yazılmağa başlandı.
Bizi bu mövzunu yazmağa vadar edən 2022-ci ildə İranda hicaba və dinə qarşı üsyan da farslar tərəfindən hazırlandı və həyata keçirildi. Fars irqçi kahinləri yenə okeanın o tayından anqlosakson soydaşları karterlərin işarəsini gözləyirlər ki, onlara yad olan şiə dindarlığımı biçib töksünlər, kartirlərin onlara miras qoyduğu zərdüştlüyü bərpa etsinlər. Onlar regionu Qərbin öz əsarəti altına alması üçün amadə dayanıblar. Necə ki İranın əsl dini olan zevanizmi, ardınca isə manixeyliyi məhv elədilər, lazım olsa şiəliyi də məhv edəcəklər. Onlara “azadlıq” lazımdır – Qərb “azadlığı”, qohum xalqlarının yaşadığı Avropada olan müasir “azadlıq”. Farslar məzdəkiləri (massaget-moskvit övladlarını) niyə qırıb köklərini kəsdilər? Onlar nə üçün məzdəkiliyi qarşı çıxıb din kimi qadağan etdilər? Məzdəkilər nə istəyirdilər? Məzdəkilər farsların kasta ayrı-seçkiliyinə və qapalı inçest evliliklərinə qarşı idilər. Məzdəkilər ilk sosialist ideyaların daşıyıcıları idilər və kasta faşizmini dünyada aradan qaldırmaq istəyirdilər. İlk sovetizm də məzdəkilərdə - həmin moskvit-ruslarda olub. Kasta ayrı-seçkiliyinin aradan qaldırılması və bütün xalqlara sosial ədalət verilməsi farsların faşist təbiətinə yad idi. Bu ideyalar onların mental təbiətinə qətiyyən uyğun gəlmirdi. Məzdəkilər vacib reformalar həyata keçirdilər ki, bu reformalar kasta sistemini aradan aparırdı, sosial ədalət və bərabərlik sistemini bərqərar edirdi. Məzdəkilər maddi sərvəti toplamağı günah sayırdılar və var-dövlətin kasıblar arasında bərabər bölünməsinə çalışırdılar. Məzdəkilər farsların sakral hesab etdiyi inçestə - bacı-ana evliliyinə qadağa qoymuşdular. Nəticədə farslar məzdək dininə qarşı üsyana qalxdılar, məzdəkiləri qırıb çatdılar. Farsların sosial bərabərlik istəyən məzdəkilərə qarşı nifrəti o qədər böyük idi ki, onları tutanda torpağı qazıb diri-diri baş-ayaq basdırırdılar. O vaxtdan İran baş-ayaq çevrildi və Şərin əlinə keçdi. Farslar məzdəkiləri – bu qədim moskvitləri kütləvi şəkildə genosidə uğradıb yox etdilər.
2022-ci ildə İranda hicaba və şiə qayda-qanunçuluğuna qarşı qaldırılan üsyan farsların məhsulu idi. Həmin təxribat fars elitasının əli ilə həyata keçirildi. Farslar yenə islama arxadan zərbə endirdilər. Tarixə nəzər salsaq, bu proseslərin təbii və məntiqli ardıcıllıq olduğunu aydın görərik. Məhəmməd peyğəmbər elçilərini göndərdi ki, farslar islamı qəbul etsinlər. İran şahı Xosrov peyğəmbərin naməsini cırıb tulladı, elçilərini isə asdı. Məhəmməd peyğəmbər dedi Allah da Xosrovu o məktub kimi tikə-tikə edəcək. Ərəblər 20 il qoşun yeridib vuruşdular ki, farsları Allahın yoluna gətirsinlər. Məğlub olan İran şahı Yezdəgird Mərvə qaçdı, islama qarşı barışmaz mövqe tutdu və ölənə kimi müsəlmanları lənətlədi. İslam İranda bərqərar olandan sonra da fars şəhərləri dəfələrlə islama qarşı üsyan qaldırdılar, ərəb əmirlərini ölürdülər, xilafət qarnizonlarına hücumlar etdilər ki, islamı istəmirik. Ərəblər qılınc gücünə onları ram edə bildilər. İrqçi zədə qanlarında, köklərində qaldı. Ərəblər farsları öz analarına-bacılarına evlənməkdən ayırmaq üçün uzun zaman çalışdılar, heç bir moizə kömək etmədi. O qədər faşist xislətli idilər ki, qədimdə “milli təmizliklərini saxlamaq” üçün özlərinin yaxın qohumlarına evlənirdilər. Farsların müqəddəs kitabı sayılan “Denkard”da insest evlilikləri barədə deyilir: “Devlərə qarşı ən yaxşı silah qan qohumu ilə nigah – qardaşın bacıya, atanın oğula evlənməsidir!” Farsların qədim “Pəhləvi rivayət” kitabında da insest münasibətləri – xvedodah insanlara nümunəvi hal kimi mədh olunur və deyilir: “Xvedodah (yəni insest) o qədər gözəldir ki, onu edən hətta ən ağır günahlarını da yuyur”. Bax ərəblər farsları bu cür gen pozğunluğundan qurtarmaq üçün uzun zaman əlləşdilər. Xvedodah adlanan bu insest evliliyindən farsları qoparmaq üçün ərəblərə 500 il lazım oldu. Vəhşi dedikləri ərəblər “mədəni-arian” farsları ana-bacı seksindən qılınc gücünə ayırdılar. Fars insestliliyi yalnız türklər regionda oturuşub hakimlik etdikdən sonra tam yığışdırıldı. Farslar indiki qərbdəki sorodiçləri kimi ana-bacıya tullanmırdılar a, dediyimiz kimi rəsmi şəkildə, qanuni formada onlara evlənirdilər ki, bu ənənə xvedodah adlanırdı. Xvedodah indi də farslarda müqəddəs kult sayılır. Aleksandr Duqin deyir ki, hind-avropalılar Köhnə Avropada məhz balto-slavyanlarla təmasa gorəndən sonra matriarxal kültürdən patriarxat mədəniyyətə keçid elədilər. Yəni bir növ desək, məhz slavyanlarla ünsiyyət onlara kişilik, qeyrət, dəyanət qazandırdı. İndi Yezdəgirdin varisləri yenə islama qarşı qalxmışdılar. Onlar yenə də ilk fürsət düşən kimi islama, şiəliyə zərbə endirəcəklər - İranda inqilabı yıxıb özlərini Qərbin seksadromunun qucağına tullayacaqlar. Çünki onların genetik yaddaşı Qərbin seksadromu ilə bağlıdır.
Baxın, İranda zərdüştlükdən qabaq manilik, ondan da qabaq zervanizm var idi. Farslar bu iki dinin ikisini də yox edib yerində öz zərdüştlüklərini (özlərinin modifikasiyasında) bərqərar etdilər. Zervanizm köklü olaraq həm tam olaraq mazdeizmə, həm də bütövlükdə İran identikliyinə yaddır. Mitraizmlə məzdəkilik də məhz zervanizmdən törəyib, serblərin məhsuludur. 1-ci Xosrovun dövründə (528-575) farslar 80 min məzdəkini qırdılar. Məzdəki edam etdilər və onun ardıcılları amansız təqiblərə məruz qalıb regionun ucqar yerlərinə, əsasən də Orta Asiya məntəqələrinə qaçmalı oldular. Nizamülmülk 8-ci əsr hadisələrindən danışarkən İran əhalisinin yarıdan çoxunun məzdəki və rafizi inancında olduqlarını qeyd edir.
Zervanizm – İranın o vaxtkı yerli əhalisi olan serblərin dini idi. Tarixə Sasani İmperiyası kimi düşən imperiyanın əsl adı Moskvit İmperiyası idi. 224-cü ildən 651-ci ilə kimi mövcud olmuş bu imperiyanın dini məzdəkilik idi. Farslar yerlərini möhkəmlədəndən sonra zervanizmi də, manixeyliyi də küfr elan etdilər. Farsların modedan mobedi (ali dini rəhbəri) Kartir həm mani dinindən olanları, həm də zervan dinindən olanları qırmaq barədə fətva verdi. Farslar hər iki dindən olanları zındığ adı qoyub öldürdülər. Beləliklə bu iki dinin kökü İrandan kəsildi, yerində zərdüştlük (farsların interpretasiyasında) bərqərar oldu. 
Farslar o dövrün peyğəmbəri olan Manini zəncirə vurub zindana atdılar, sonra isə diri-diri dərisini soydular. Bundan da ürəkləri soyumadı, onun meyidini deşib yanar məşəl sancdılar ki, hamı onun ölüsünü görsün. Bundan da sakitləşməyib 60 yaşlı qocanın bədənini tikə-tikə doğradılar, kəsilmiş başını isə şəhər darvazasına taxdılar. Beləliklə Maninin adı peyğəmbər kimi tarixdən silindi. O vaxtdan İranda imperiya dini manilik və zervanizm yox, zərdüştlük oldu. 
Maraqlıdır ki, manixeyliyi məhv olub Yer üzündən tam silinməkdən türklər qurtardılar. Soqdiana ərazisinə köçən manixeyləri burda türklər qarşıladılar, yerbəyer etdilər, bir müddət sonra isə manixeyliyi öz dinləri kimi qəbul etdilər. İranın əvvəlki dini manixeylik Uyğurıstanın rəsmi dininə çevrildi, o cümlədən Şərqi Türkistan ərazisinə də yayılaraq türklər tərəfindən qorundu. Bu gün fars millətçiləri türkləri hər növ genosiddə ittiham edirlər. Amma o vaxt İranın əsas dini olan manilikdən olanları farslar qırıb İrandan qovanda onları uyğur türkləri qəbul etdilər, bu dindən olanlara o qədər isti yanaşdılar ki, hətta bir müddət sonra manilik uyğurların öz milli dininə çevrildi. Maniliyin ən geniş yayıldığı ərazi də Türkistan oldu. Fakt budur ki, farslardan fərqli olaraq türklər heç kəsi qırıb kökünü kəsməyiblər. Amma tarixin müxtəlif dövrlərində farslar çoxlu sayda xalqları genosidə uğradıblar. Çünki farslar alman-faşist tipajı soyuna malikdirlər, özlərindən başqa heç kəsi tanımaq istəmirlər və qəbul etmirlər.
Farslar ilkin - əsl “Avesta”nı özləri münasib bildikləri formada tərcümə edərək özününküləşdirdilər və quracaqları imperiyanın dini kitabına çevirdilər. İlkin “Avesta” qədim məktublardan ibarət idi və farslar tərəfindən anlaşılmırdı. 1-ci Hörmüzün dövründə bu mətnlər farslar tərəfindən tərcümə olundu. Bu işlə Mani peyğəmbəri məhv edərək onun yerinə keçib İrana üləmalıq eləyən fars mobedan mobedi Kartir özü məşğul oldu. Onun rəhbərliyi altında zərdüştlər “Avesta”nı özləri istədikləri formaya saldılar.
2-ci Şapurin dövründə (309-379) isə zərdüşt ortodoksiyasının yeni formaya salınmasının ikinci dalğası aparıldı. Şapurun baş dindarı Adurbad Maxraspandan “Avesta”nı farsların tam anlaşıqlı dilinə çevirdi və dövrün fars kanonlarına uyğunlaşdırdı. “Denkard” mətnlərində deyilir ki, Adurbad işləri başa çatdırandan sonra hamıya bəyan etdi: “İndi düzgün inamın nədə olduğunu bildiyimiz halda biz səhv dində olanlara qarşı dözümsüz olacayıq və din məsələsinə qısqanclıqla yanaşacayıq”. Bundan sonra farslar keçmiş “Avesta”ya tapınanları, yəni sarı qövmü qırıb aradan götürdülər.
Beləcə “Avesta” dəyişdirildi. Qədim əsl mətndən əsər-əlamət də qalmadı – onsuz da dediyimiz kimi, farslar həmin dili – “Avesta”nın əsl dilini anlamırdılar. Farslar əsli selevki dilində olan “Avesta”nı öz dillərində təqdim etdilər ki, indiki “Avesta” buna görə anlaşılmazdır. Slavyan müqəddəs kitabı fars müqəddəs kitabına çevrildi. Slavyan solyar-polyar ənənəsi hind-iran dualistik və esxatoloji açarında fundamental reformaya məruz qaldı.
Sasanilərin dövründən isə zərdüştlüyün xarakteri tam dəyişdi. Dini doqmatların əsaslı və detallı şəkildə yenilənməsi baş verdi. Yeni versiya zərdüştləri dev-div tanrılarının məbədlərini, yəni şər yuvaları dedikləri qədim ibadətgahları söküb dağıtdılar. Köhnə din ortadan getdi, onun yeni, tam fərqli versiyası (əslində surroqatı) meydana çıxdı.
Beləliklə Xosrov 1-ci Ənuşirəvanın dövründə 21 naskdan ibarət olan “Avesta”nın yeni kitabı ərsəyə gəldi, əvvəlki mətn isə ortalıqdan yox oldu.
Hal-hazırda qlobal güclər “Quran”la bağlı da bunu etməyə çalışırlar – qədim sanskrit dilinin izini itirmək üçün “Quran”ın milli dillərə çevrilməsini təklif edir, namazın yerli dillərdə səsləndirilməsini istəyirlər ki, kök itsin.
“Avesta” tərcümə edilərkən, yəni fars dilində yenidən qələmə alınarkən bir sıra kobud təhriflərə yol verirdi ki, bu da farsların qara təbiəti - Kibela Loqosu ilə bağlı idi. Məsələn, əsl “Avesta”da deva – mələk, ilahələr qismində, yəni xeyir qüvvə timsalında verildiyi halda fars “Avesta”sında bədheybət divlər, yəni şər qismində göstərildi. Beləliklə işıq tanrıları fars versiyasında qara qorxunc qüvvələr kimi təqdim olundu.
Bu fərq qədim hinduizmi araşdırarkən də qabarıqlığı ilə üzə çıxır. Hinduizmdə devalar işıq tanrıları, asurlar isə cin-şeytan sayıldığı halda, zərdüştlükdə devalar qara-qura cin-şeytanlar, axuralar isə işıq tanrıları qismindədir. Beləcə Şər Xeyirə qalib gəldi, adlar, yerlər dəyişdi, dəqiq koordinatlar itdi, kartlar qarışdırıldı. Qeyd edək ki, zərdüştlükdə xrafstar adlanan şər sekvensiyasına gecə, ölüm, soyuq, meyid, bayquş, ilan, canavar, xəstəlik, çürümə, kir, düşmənçilik, yalan, bəd ruh, bəd əməl, bəd fikir, bəd söz, qara hislər, cinayət, xaos, qarışıqlıq, ari olmayan xalqlar, yalançı şahidlər, 16 şər ölkəsi, zəhərli bitkilər, quraqlıq, qeyri-məshuldarlıq və s. aiddir. Bütün bunlar Əhrimanın (Anqro-Manyu) himayəsi altındadır.  Əhriman, zərdüştlüyə görə, xüsusi heç bir dünya yaratmır, əksinə ona aid olmayan yaradılanları pozğunlaşdırır, eybəcərləşdirir və ələ keçirir.
İndi də bir çox ari millətçiləri bəyan edirlər ki, biz şiəliyi silib zərdüştlüyü qaytaracayıq. Biz də onlardan soruşmaq istəyirik ki, siz hansı zərdüştlüyü qaytaracaqsız: anqlosakson Kartirin qayırdığı zərdüştlüyü, ya ondan əvvəlki original zərdüştlüyü tapıb qaytaracaqsız? Hansına tapınıb tapındıracaqsız?

Комментариев нет:

Отправить комментарий