Страницы

15.12.2022

Bir tülkünün quyruğu qayanın altında qalır. Xilas olmaq üçün məcbur qalıb quyruğunu kəsir.
Yolda gedəndə başqa bir tülkü bunu görüb soruşur:
— Quyruğunu niyə kəsmisən?
Quyruğu kəsik olan tülkü deyir:
— Belə çox gözəldir. Özümü çox xoşbəxt hiss edirəm. Sevincimin həddi-hüdudu yoxdur.
Bunu eşidən digər tülkü də gedib quyruğunu kəsir. Şiddətli ağrılar içində məsləhət verən tülkünün yanına gəlib deyir:
— Niyə yalan danışdın? Axı bu çox pisdir. Ağrıdan ö*ürəm.
Birinci tülkü deyir:
— Əgər quyruğunun kəsilməsinin ağrı verici və pis olduğunu digər tülkülərə desən, heç bir tülkü quyruğunu kəsməz və bizimlə məzələnərlər.
Beləliklə bu iki tülkü quyruğun kəsilməsinin "yaxşı və xoşbəxtlikverici" olduğunu bütün tülkülərə danışmağa başlayır.
Bir müddət sonra əksər tülkülər quyruğunu kəsir və quyruğu kəsik olmayan tülkülər azlıq təşkil etdiyinə görə qüsurlu hesab olunmağa başlayırlar. Quyruğu kəsiklər quyruğu kəsik olmayanlarla məzələnirlər.
Həyatda da belədir.
Əvvəlcə pisliyi, saxtakarlığı və s. təbliğ edirlər.
Sonra yaxşı, dürüst, pak insanlara anormal kimi baxırlar...

Комментариев нет:

Отправить комментарий