Страницы

01.12.2022

Buryat akademiki Arnold Tuloxonov ukraynalı həmkarına cavab verdi


Rusiya Elmlər Akademiyasının akademiki, 2013-2017-ci illərdə Rusiya Federasiya Şurasının üzvü olmuş Arnold Tuloxonov Ukrayna Milli Elmlər Akademiyasının akademiki, Ukrayna Coğrafiya Cəmiyyətinin prezidenti Leonid Rudenkoya açıq məktub dərc edib.
Buna səbəb Leonid Rudenkonun elektron poçtla Arnold Tuloxonova göndərdiyi məktub olub.
Rudenko həmin məktubda Tuloxonova iradını bildirir ki, niyə o Ukraynadakı hadisələrə reaksiya vermir.
Arnold Tuloxonov bununla əlaqədar mətbuata açıqlama vermişdir.
Rudenko 16 noyabr 2022-ci ildə onun elektron poçtuna göndərdiyi məktubda yazıb: “Qardaşlıq hara yoxa çıxdı? Kim və kimin ərazisinə girdi və niyə? Mənə elə gəlirdi ki, Sizin sistemli baxışınız var. Fikirləriniz bu gün üçün də maraqlıdır. Amma bütün keçmiş (?) həmkarlarımın vəziyyətini də başa düşürəm. L.R.”
Tuloxonov isə ona cavab olaraq yazdığı açıq məktubunda bildirir:

“İlk növbədə siyasətdəki və elmdəki fikirlərimin ardıcıllığını qiymətləndirdiyiniz üçün Sizə minnətdaram. Doğrudan da, istər Federasiya Şurasında, istərsə də elmi işlərdə həmişə ölkədə baş verən hadisələrə xüsusi nöqteyi-nəzərə malik olmuşam və bu, son nəticədə parlamentdən istefa verməyimə səbəb olub.
Ona görə də suallarınıza son həqiqət olduğunu iddia etmədən münasibətimi bildirəcəyəm.
Birinci sual: “Qardaşlıq hara yox oldu?”.
1.Qardaşlıq Belovejskaya Puşşada üç “iuda” dünyanın ikinci ən nüfuzlu ölkəsini - Ukraynanın da ən zəngin ittifaq respublikası olduğu SSRİ-ni məhv edəndə yoxa çıxdı.
2.Qardaşlıq əllərində faşist svastikaları və məşəlləri olan “gənclər” Kiyev küçələrində yürüş etməyə başlayanda yoxa çıxdı.
3.Qardaşlıq Ukrayna əhalisinin əksəriyyətinin danışdığı rus dilinin məktəbdə və gündəlik həyatda qadağan olunduğu vaxtdan yoxa çıxdı.
4.Qardaşlıq Odessada Həmkarlar İttifaqları Evində insanlar diri-diri yandırılarkən itdi.
5. Qardaşlıq hərbi abidələri dağıdılmağa, Puşkinin, Qoqolun, Qorkinin abidələri sökülməyə başlayanda yox oldu. Klassiklərdən biri deyib: “Kim tapançadan keçmişə atəş açırsa, gələcək ona top atacaq”.
İkinci sual: “Kim və kimin ərazisinə girdi və niyə?”
1.Əgər Ukrayna Sizin imzaladığınız Minsk razılaşmalarını yerinə yetirsəydi, Donbass və Luqansk Ukraynanın tərkibində xüsusi status alsaydı, bugünkü hadisələrin heç biri baş verməzdi.
2.Əgər NATO qoşunları Rusiyanın Baltikyanı ölkələr və Polşa ilə sərhədlərinə yaxınlaşmasaydı, bu gün müharibə olmazdı. Nə qədər ki Rusiya var, Amerikanın təyyarədaşıyan gəmisi heç vaxt Sevastopol reydində dayanmayacaq.
3.Əgər Donbasda və Luqanskda rus vətəndaşlarını sırf rusca danışmaq istədikləri üçün 8 il ərzində öldürməsəydiniz, bu gün döyüş meydanlarında əsgərlər həlak olmazdı.
4.Əgər Donetsk hava limanını, Donetsk stadionunu, Ukraynanın ən yaxşı teatrını, Krım körpüsünü bombalamasaydınız, bunlar olardımı? Bunu mən soruşmalıyam - niyə etdiniz?!
5.Siz Donetskdə Ukrayna Silahlı Qüvvələrinin qətlə yetirdiyi minlərlə uşağın və dinc sakinin qəbirlərindən əmələ gələn xiyabanı görmüsünüz?!
İndi də sanksiyalar haqqında. Biz sibirlilər xüsusi gəlir olmadan yaşamağa öyrəşmişik. 10 çeşiddə kolbasa sizin mağazalarda asılırdı. Biz xaricə tez-tez getmirdik. Müəllimim akademik V.A.Koptyuq ağır 90-cı illərdə deyirdi ki, ruslar lazım gələndə bir kisə kartof və qənd alıb, odun hazırlayıb, istənilən texnikanı özləri təmir edib, yaşamağa davam edə bilərlər. Ancaq tualet kağızı, xamon əti, kamamber pendiri olmadan yaşaya bilməyən rəqiblərimizin tamamilə fərqli ehtiyacları var. İndi şam işığında yaşamaq və tonqal qalamaq növbəsi sizindir.
Məktubumda şəxsi motiv də var. Əsgərləriniz əsir düşən qohumum üçün 300 min rubl tələb etdilər, lakin bu məbləği aldıqdan sonra onu edam edib, bu edamı sosial şəbəkələrdə nümayiş etdirdilər. Başqa birini axtaladılar, yalnız buryat olduqlarına görə. Bundan sonra sizlərə əfv düşürmü?
Bunlardan sonra biz öz həmvətənlərimizin qisasını alacaq yeni “Buryatiya” və “Baykal” batalyonları yaratdıq. Qisas qiyamətə qalmayacaq, buna əmin olun. Bizim döyüşmək bacarığımıza sizdə yaxşı bələddirlər. Bir az savadı olanlar üçün xatırlatmaq istərdim ki, əcdadlarımız Selengini muşketyor alayının tərkibində Napoleona qarşı vurublar və Yelisey çölləri boyunca qələbə marşı ilə yürüyüblər. Həmin alay 1854-cü ildə Sevastopolu fransızlardan müdafiə edib. Orda həmin alayın şücaətlərinin şərəfinə Selenginski küçəsi və Selenginski istehkamı var. 1812-ci il Böyük Vətən Müharibəsində Qələbənin 100 illiyi münasibətilə qədirbilən nəsillər Kremlin Smolensk divarına çuqun lövhə vurublar. Onun üzərində yazılıb: “Şanlı Selenginski muşketyor alayının varisi və hərbi şöhrətinin daşıyıcısı olan 141-ci Mojayski piyada alayı bu lövhəni 6 avqust 1912-ci ildə Smolensk şəhəri və Zabolotye kənd yaxınlığındakı 1812-ci il 6 və 7 avqust tarixli döyüşlərdə cəsarət, şücaət və fədakarlıq göstərən Selengintsev qəhrəmanlarının xatirəsinə həkk edir”.
Smolenskin işğalı zamanı faşistlərin belə bu xatirəyə əl qaldırmaması əlamətdardır.
Moskva ətrafında Kuzovlyovo hərbi memorialı var. Orda 1941-ci ilin dekabrında Moskvanın müdafiəsi zamanı həmin ilin yayında həmyerlilərimdən yaradılmış 93-cü Şərqi Sibir atıcı diviziyasının demək olar bütün üzvləri həlak olub. Daş plitələr üzərinə həkk olunmuş rus adlarının yanında hər üçündən biri buryat soyadıdır.
Əminəm ki, KVN-çi əqli inkişaf səviyyəsinə malik lideriniz klassikləri oxumayıb. Ancaq onun ağaları Bismarkın vəsiyyətini xatırlamalıdırlar: “Rus ayısını yuvasından çıxarmağın min bir yolunu bilirəm, amma onu geri qaytarmağın bircə yolunu da bilmirəm”. Qərbdə, şimalda, şərqdə rus torpaqlarına qəsd edən Polşa krallarının, Napoleonun, Hitlerin, amerikalıların, yaponların və Poltava yaxınlığında “digər müxtəlif şvedlərin” yürüşlərinin acı təcrübəsini nə tez unutdunuz? Onların axırı necə oldu? Böyük rus tarixçisi V.Klyuçevski yazırdı ki, tarix heç nə öyrətmir, yalnız onun dərslərini bilməyənləri cəzalandırır.
Rusiya Elmlər Akademiyasının akademiki, 2013-2017-ci illərdə Rusiya Federasiyası Federasiya Şurasının üzvü Tuloxonov A.K.”.

Комментариев нет:

Отправить комментарий