Страницы

02.12.2022

“Sən anama neyləmisən, bilirsən, sənə nə edərəm?” – Anar Vəziroğlu baş verən qalmaqaldan DANIŞDI

Xəzər TV-də yayımlanan “Təsir dairəsi” verilişində ekspert qismində əyləşən Anar Vəziroğlu və vəkil Şəfiqə Nağıyeva arasında yaşanan qalmaqal cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Bir çox sosial şəbəkə istifadəçisi vəkil Şəfiqə Nağıyevanı iştirakçılarla doğru rəftar etməməkdə günahlandıraraq, Anar Vəziroğlunun hərəkətinə haqq qazandırb. Lakin digərləri qadına qarşı belə addımın adekvat olmadığını bildirərək Anar Vəziroğlunu qınaq obyektinə çevirib.
Baş verən hadisə ilə bağlı konkret.az-a açıqlama verən Anar Vəziroğlu bildirib ki, heç bir insan boş yerə başqasının ünvanına nəsə deməz: “Hərənin bir subyektiv fikri var. Amma Şəfiqə Nağıyeva hər verilişdə atmacalar ataraq iştirakçıları təhqir edir. Verilişarası fasilələrdə gərginlik yaratmağa çalışır. Bu zaman mən ona iradımı bildirdim, bir verilişdən qovularaq digərinə keçdiyini dedim. O isə mənim oğluma, qızıma və ailəmə qarşı söyüş söyməyə, təhqirə başladı. Bir-iki dəfə özünü yığışdırması üçün xəbərdarlıq etsəm də nəticəsi olmadı. Sonda yanındakı stəkan dolu suyu üstümə atdı və əynimdəki paltarlar islandı. Bu zaman məni telekanalın mühafizəçiləri verilişdən çıxardı və halım pisləşdiyi üçün dərman verdi. Özümə gəldikdən sonra yenidən verilişə qayıtdım, Şəfiqə Nağıyevanın ünvanıma söyüşlər yağdırdığını eşitdim. Məhəl qoymamağa çalışsam da, o eyni templə təhqirlərini davam etdirdi. Bu zaman mən söz alaraq iradımı bildirdim. “Bura söz, yoxsa at meydanıdır? Bu atı niyə bu qədər çapırsınız, buna kim icazə verib?”, – fikirləri ilə ona adekvat cavab verdim. Beləcə üzərinə su ataraq mənə qarşı etdiyi hərəkəti özünə qaytardım”.
Anar Vəziroğlu əlavə edib ki, onunla heç bir barışıqdan söhbət gedə bilməz: “Məni məhkəməyə verəcəyi ilə hədələdi. Həmin ərəfədə oğlu da verilişə gəldi. “Sən anama neyləmisən, bilirsən sənə nə edərəm?”, – deyərək üzərimə yeridi. Bu zaman mühafizə əməkdaşları onu kənarlaşdırdılar. Verilişin sonuna yaxın onlar çıxıb getdilər, mən də öz evimə gəldim. Əgər məhkəməyə müraciət etsə, mən də lazımi faktları ortaya qoyacam. Şəfiqə Nağıyeva onsuz da 100 məhkəmədən 90-nını uduzur. Ancaq qışqırmaqla reytinq qazanır. İştirakçıları hər kəsin gözü qarşısında təhqir edir. Bu isə heç bir çərçivəyə sığmır”.

Комментариев нет:

Отправить комментарий