Страницы

31.05.2023

Oyaq amerikalı – Hüsnü Mahalli yazır

247 il əvvəl qurulan ABŞ-ın tarixini danışmayacağam.
Qurulduğu dövrdə milyonlarla yerli qızıldərililəri məhv edən avropalı amerikalılar sonrakı illərdə başqa ölkələrə soxulmuş, vətəndaş müharibələri aparmış, dövlət çevrilişləri təşkil etmiş, milyonlarla insanı qətlə yetirmişlər.
Amma nədənsə, dünyanın bir çox yerində nökər ruhlu və genetik problemləri olan bəziləri ABŞ-a olan sevgisindən əl çəkmədilər.
Hamısı aciz və yazıqdırlar.
Son nümunə Fransa prezidenti Makrondur.
“Amerikalılar qazı bizə dörd qat baha satırlar. Bu, bizim dostluq münasibətlərimizə uyğun gəlmir”, - deyə o bildirib.
Mədəni formada deyib ki, “atış” gəlirlər.
Avropa ölkələrinə təzyiq edərək “Rusiya qazını almayacaqsınız” deyən, sonra da hər ehtimala qarşı “Şimal axını” boru kəmərini partladan ABŞ öz qazını istədiyi qiymətə bu ölkələrə soxuşdurmağa çalışır.
“Demokratik, müasir və qabaqcıl” avropalıların əksəriyyəti ABŞ-a təslim olarkən, maraqlı münasibət Səudiyyə Ərəbistanından Məhəmməd Bin Salmandan gəldi. Baydenin bütün təzyiqlərinə baxmayaraq, 75 ildir amerikanın qulu olan səudiyyəlilər “Ruslara sıxışdırmaq üçün neft hasilatını artırmırıq, azaldırıq” dedilər.
Hamı şokdadır, amma səbəb sadədir.
Kaşıkçı cinayətinə görə Bayden də daxil olmaqla hamı Bin Salmanla qatil kimi davransa da, Putin onu qucaqlayıb və tək qoymayıb.
Halbuki eyni səudiyyəlilər 1945-ci ildə başlayan Amerika köləliyi dövründə bütün dünyadakı islamçılara “kommunizmə qarşı mübarizə” adı altında yüz milyardlarla dollar verdilər və əllərində Əl-Qaidə, Taliban, İŞİD, NUSRA və bu kimi təşkilatları yaratdılar.
Amerikalılar Səudiyyənin pulu ilə yaradılmış və silahlanmış əfqan mücahid qruplarından istifadə edərək, nəhayət, Kissincer və Bzejinskinin məşhir “Yaşıl kəmər” nəzəriyyəsi ilə Sovet İttifaqını parçalamağı bacardılar.
“Yaşıl kəmər” demək islamçılardan hər yerdə bol istifadə etmək deməkdir.
Amerikalılar səviyyəni yüksəltdikdən sonra Mad Dog, Cliff Psychology və Creative Chaos nəzəriyyələrini tətbiq etməyə başladılar.
Dəli it, Yaradıcı qarışıqlıq və Uçurum psixologiyası.
Dəli və ya quduz itlərə qorxu aşılayacaqsan, işə yarayan xaos mühiti yaradacaqsan, sonra da istədiyin ölkələri, xalqları uçurumun kənarına sürükləyib istədiklərini etməyə məcbur edəcəksən.
Bu, ABŞ-ın İkinci Dünya Müharibəsindən sonra imperialist impulslarla xarici siyasətdə istifadə etdiyi üsullardır.
Son nümunə 2014-cü ildən sonrakı Ukraynadır.
Qanlı Ərəb Baharı, əvvəllər BOP.
Hər yer qan içindədir.
Amerika imperialistlərinin fikrincə, hər yer Hollivud səhnəsidir.
Xərc artdıqca film kassa rekordları qırır və amerikalılar malı götürür.
Son nümunə Ukrayna müharibəsidir.
Zavodlar ehtiyatlarını tükəndikdən sonra davamlı olaraq yeni silahlar istehsal edir və bu silahlar ilk dəfə Ukraynada sınaqdan keçirilir.
Vyetnamda, İraqda, Küveytdə, Somalidə və Əfqanıstanda olduğu kimi.
Milyonlarla insanın ölməsi, bir çoxunun yaralanması və daha çoxunun evlərindən kənarda qalması kimin vecinədir!
Amerikalılar üçün önəmli olan bu qanlı qarışıqlıqlarda hürəcək it, öz ölkəsini və xalqını uçuruma sürükləyən adam tapmaqdır.
Ukraynada olduğu kimi.
Televiziya serialından qəhrəman yaratmaq heç də çətin deyil.
Kovboy Reyqanla sınanmış və sübut olunmuş nümunə.
Digərləri fərqli deyil.
Yarı qaradərili, beş faizi müsəlman olan, seçilən kimi Nobel Sülh Mükafatını alan Obama və davranışı ilə "hamının ürəyini qazanan", lakin seks qalmaqalı ilə rüsvay olan Klinton.
16 ildə xüsusilə bizim coğrafiyada milyonlarla insanın ölümünə səbəb oldular, amma hamı hər şeyi unudur.

Dilimizə uyğunlaşdıran: Eminquey, "Ədalət" qəzeti

Комментариев нет:

Отправить комментарий